İranlı rejissor Məcid Məcidi yeni filmində Məhəmməd peyğəmbərin danışacağını deyib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, iranlı rejissor Məcid Məcidi Məhəmməd peyğəmbər haqda yeni film çəkəcək. Tanınmış rejissor filmdə islam peyğəmbərinin uşaqlıq dövrünün də işıqlandırılacağını deyərək, Məhəmməd əleyhissəlamın uşaqlıq dövründə danışacağını açıqlayıb.
“Əgər peyğəmbərlik dövrümüzdə davam etsəydi, İslama dəvət filmlərlə aparılardı. Çəkdiyimiz filmdə həzrəti Məhəmmədin uşaqlıq dövrünü canlandıran aktyor danışacaq. Bu məsələdə əks reaksiyalardan narahat deyiləm”, - deyə Məcidi bildirib.
Rejissor yeni filmdə peyğəmbərin surətinin nümayiş etdirilməcəyini də qeyd edib..