Müxtəlif ölkələrdən olan mütəxəssislərin apardığı elmi tədqiqatlar sübut etmişdir ki, Ramazan ayını bütünlükdə oruc tutmaq mənəvi və psixoloji cəhətdən orqanizmə faydalıdır. Bir ay boyu oruc tutan şəxs bəzi keyfiyyət və bacarıqlar qazanır ki, bu da güclü və sağlam şəxsiyyətin formalaşmasına kömək edir.