Ana Səhifə » 2012»İyul»27 » Türkiyədə Myanmarlı müsəlmanlar üçün qiyabi cənazə namazı qılınıb
Türkiyədə Myanmarlı müsəlmanlar üçün qiyabi cənazə namazı qılınıb
10:09
Buddizmin çirkin üzü ifşa olunur.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin Antalya şəhərində Myanmarda buddistlər tərəfindən qətlə yetirilən minlərlə müsəlmanın qiyabi cənazə namazı qılınıb.
Şəhərdə fəaliyyət göstərən Anadolu Gənclik Dərnəyinin (AGD) üzvləri dünənki təravih namazından sonra Muradpaşa məscidinin dəhlizində məscidə gələn digər vətəndaşlarla birlikdə öldürülən myanmarlı müsəlmanlar üçün cənazə namazı qılıblar.
AGD-nin Antalya şöbəsinin rəhbəri Əhməd Məhəmməd Bişirici Arakan müsəlmanlarının tükürpədici şəkildə qətlə yetirildiklərini deyib. Arakan vilayətindəki Myanmar hökumətinin insan haqlarına ümumiyyətlə məhəl qoymadığını bildirərək, başda Türkiyə olmaqla bütün islam ölkələrini problemə müdaxilə etməyə çağırıb.
Bu arada xarici KİV-də dərc olunan xəbərlər müsəlmanlara qarşı dözümsüz davranan buddizm mənsublarının və sözügedən dinin çirkin üzünü ifşa edir. Belə ki, Myanmardakı buddist rahiblərin humanitar yardım təşkilatlarının Arakan müsəlmanlarına göndərdikləri yardımın paylanmasına mane olduğu və bu istiqamətdə bir sıra kampaniyalar həyata keçirdiyi bildirilib.