Elə bir dövrdə yaşayırıq ki, insanlar bir-birindən uzaqlaşmış, bir-birinə yadlaşmışlar. Mərhəmət duyğuları itmiş, insanlıq kökündən sarsılmışdır. Günahlar adiləşmiş, cinayətlər adi bir işə çevrilmişdir.Varlılar həddindən artıq varlanmış, kasıblar da həddindən artıq kasıblamışlar. Məqsədyönlü olaraq həyata keçirilən “zinaya təşviq” kampaniyası evlərimizin içərisinə qədər gəlmişdir.Küçənin ortasında abırsızlıq və ya həyasızlıq etmək artıq müasirlik kimi qiymətləndirilir.
Ramazan ayının gəlişindən etibarən bir-çox müsəlman məscidlərə gedər, Quran oxuyar.Kimi Quranı bir dəfə, kimi iki dəfə, kimi də üç dəfə və ya daha çox xətm edir. Ramazan Qur`an ayıdır. Hamı istəyir ki, Quran tilavətinə görə savab qazansın. Bu təbiidir.Ancaq, Quranı oxuyub xətm edərkən özündən “neçə ayə üzərində dayandım, hansı ayələri qəlbimlə yaşadım, hansılarını tətbiq etdim” - deyə soruşsan, nəticə səndə təəssüf hissi doğurar.
Əl-Bəqərə surəsinin oruc tutmadan bəhs edən ayələri “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə müttəqilərdən olasınız!” (əl-Bəqərə, 183) ayəsi ilə başlayır
“Adəm oğlunun еtdiyi hər bir əməl аrtığı ilə yаzılаr. Görülən hər xeyir əməlin ən azı 10 misil əcri vаrdır. Bunun ən çохu isə 700 misildir. Allah təalа belə buyurur: “Oruc bu qaydadan müstəsnadır. Çünki o, sırf Mənim üçündür. Onun mükafatını dа Mən verəcəyəm”.
Əvvəla, kəlmeyi-şəhadəti yadımıza salaq. İlk birlik, vəhdət anlayışı buradan başlayır: tək ilah - hər şeyi bilən, görən, eşidən, idarə edən və ancaq Özünə ibadət olunmasını istəyən tək Allah... Əslində tövhid etiqadı islam vəhdətinin əsasıdır.
Ramazan ayı ömrümüzə verilən nadir və çox qiymətli fürsətlərdəndir. Hamı bu ayın bərəkət və dəyərindən bol-bol istifadə edə bilər. Allahın mərhəmətindəndir ki, bu ayda Оnun mərhəməti, məğfirəti və saleh əməllərin savabını vermə yаlnız bir qrup insan üçün deyildir.