Ana Səhifə » 2012»İyul»19 » Avstraliyalı nazir: “Mən də müsəlmanlar kimi, oruc tutacağam”
Avstraliyalı nazir: “Mən də müsəlmanlar kimi, oruc tutacağam”
10:01
Ramazan həyəcanı Avstraliyada da hiss olunur.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının İctimaiyyət və Vətəndaşlıq naziri Viktor Dominello bu il ilk dəfə müsəlmanlar kimi oruc tutacağını deyib.
Dominello iftar süfrələrində dostluq və qardaşlıq abı-havasının yarandığını qeyd edərək, ölkənin müsəlman təşkilatları tərəfindən keçirilən yardım kampaniyalarında yığılan ianənin Papua Yeni Qvineya və Avrika ölkələrinə göndəriləcəyini bildirib.
İftar süfrələrinin yaddaşlarda silinməz iz buraxdığını deyən nazir ilk dəfə oruc tutacağını və özünü bərəkətli iftar süfrəsi arxasında əyləşməyə hazırladığını qeyd edib. Dominello Yeni Cənubi Uels ştatı rəhbərliyinin bu il ictimaiyyətin tanınmış şəxsiyyətləri üçün iftar süfrəsi açacağını bildirərək, bir çox müsəlman təşkilatlarından iftar dəvəti aldığını və bütün iftar süfrələrində iştirak etmək istədiyini vurğulayıb.
Nazir müsəlmanların xahişini nəzərə alaraq, builki Ramazanda müsəlmanların evlərində də iftara qonaq olacağını deyib.