Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 19 » Ramazan və Quran oxuma
    Ramazan və Quran oxuma
    10:21
    Ramazan ayının gəlişindən etibarən bir-çox müsəlman məscidlərə gedər, Quran oxuyar.Kimi Quranı bir dəfə, kimi iki dəfə, kimi də üç dəfə və ya daha çox xətm edir. Ramazan Qur`an ayıdır. Hamı istəyir ki, Quran tilavətinə görə savab qazansın. Bu təbiidir.Ancaq, Quranı oxuyub xətm edərkən özündən “neçə ayə üzərində dayandım, hansı ayələri qəlbimlə yaşadım, hansılarını tətbiq etdim” - deyə soruşsan, nəticə səndə təəssüf hissi doğurar.

    Belə ki, çox az müsəlman tapmaq mümkündür ki, Quranı həqiqi mənasında yaşayıb. Quranı oxuyarkən bir çoxunun fikri surə və ayələrdəki mənalar deyil, onu bir neçə dəfə xətm etməkdir. Çünki, bizlər Quranla yaşamır, onun ayələrini layiqincə düşünmür, mənası və məzmununu başa düşməyə çalışmırırq.
    Ən ali məqsəd: Quranı oxumaqda əsas məqsədimiz onu həyatımızın düsturuna çevirməkdir. Ona olan pis münasibət və davranışımızı yaxşısı ilə əvəz etməkdir. Daha dəqiq desək, onunla yaşayıb ona əməl etməkdir. Quranın dediklərinə əməl etmək üçün isə, ondakı mənaları və Allahın bu ayələrlə bizlərə nə demək istədiyini başa düşmək lazımdır. Bu isə sadəcə oxumaq və ayələrini düşünməklə mümkün deyildir. Bilməliyik ki, Allahın rəsulu (s) səhabələrini Qur`anı çox oxumağa təşviq etməklə, hədislərində Quran oxumağın böyük savab və əcrə malikliyini bildirməklə Allah kəlamına mütəmadi olaraq yaxınlaşmağı, onunla yaşamağı, onu anlamağı öyrədirdi. Allah kəlamını uzun-uzadı oxumağımıza rəğmən oxuduqlarımız barəsində düşünməmək və beləliklə onunla yaşamam əsas məqsəd deyil. Quranı oxuyarkən onu məzmunu ətrafında düşünmək lazımdır. Allah (c.c.) buyurur: “Onlar Qur’an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur?” (Muhəmməd, 24)
    Rəsulullah Abdullah ibn Amr ibn Asa Quranı 3 gündən tez xətm etməkdən çəkindirərək ona belə demişdi: “(Quranı) qısa vaxt ərzində xətm etmiş kəs onu anlamaqdan uzaq olar”. Bu hədisdən də məlum olur ki, Quranı oxuyarkən oxudubumuz barəsində düşünməyimiz gərəkir.
    Səhabələr və Quran: səhabələrin Allah kəlamına olan münasibətlərinə nəzər salsaq, iki şeyin: onların Quranı Kərimi çoxlu sayda oxumaları və ona əməl etmlərinin şahidi olarıq. Məhz bu səbəbdən də Allah kəlamı onları təmamilə başdan-ayağa qədər dəyişdirdi, kamilliyə ucaldtdı. Halbuki, onlar İslamın gəlişindən qabaq mənəvi dəyərlərdən məhrum bədəvi ərəb toplumu idilər. Bu toplumda isə cahiliyyə qanunları və əsəbiyyə (cahiliyyə ərəblərində tayfa, qəbilə və nəsl təəssübkeşliyi) Prinsipi hökm sürürdü. Daş qəlbli idilər. Kiçicik səbəb ucbatından aralarında illərlə müharibələr olardı. Ancaq, İslamı qəbul edib Allah kəlamını həyatlarında yaşatdıqdan sonra, bu, onların insanlara olan əsəbiyyə münasibət tərzinə təsir edərək onlara gözəl əxlaq, davranış bəxş etdi, onları dəyişdi. Beləliklə, onlar Allahın istədiyi kəslərdən oldular. Səhabələr Qur`ana sadəcə oxunan bir kitab gözü ilə baxmırdılar. Onlar üçün Quran ayələrinin onlara müraciət edərək onlardan bəhs etdiyi bir kitab idi. Bunun üçün də onlar Qurandan faydalana bildilər.
    İndi isə, səhabələrin Qurana olan münasibəti və bu kitabın onları necə hərəkətə gətirməsinə dair misallara müraciət edək:
    Allah təala “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (əl-Ənam, 82) ayəsini endirdikdə səhabələr narahat olmuş və Rəsulullahın (s) yanına gələrək demişdilər: “Ey Allahın rəsulu, bizlərdən kim özünə zülm etməyib ki?!” (yəni, hamımız zülm etmişik). Peyğəmbər (s) onlara ayədə keçən “zülm” sözü ilə «şirk etmə»-nin nəzərdə tutulduğunu bildirdikdə onlar rahat olmuşdular. Bu ayədə isə imanlarını zülmlə qarışdırmamış olanların əmin-amanlıqda və hidayətdə olacağı bildirilir Və Hz. Əbu Bəkrin ® qızı Hz. Aişə ® zina ilə ittiham edilərkən (İfq hadisəsi) Allah təala Nur surəsində bir ayə ilə onun bu iyrənc hərəkətdən uzaq olduğunu bildirir. Hz. Aişəyə ® böhtan atanlar arasında Məstah ibn Əsəsənin də yer aldığı bəlli olur. Bu şəxs Hz. Əbu Bəkrin ® qohumlarından olub kasıb birisi idi. Hz. Əbu Bəkr ® ona çox köməklik etmişdi. Bu hadisənin baş verməsindən və Hz. Aişənin təmiz olması bəlli olduqdan sonra Hz. Əbu Bəkr and içdi ki, bir daha ona köməklik etməyəcək. “İstəmirsinizmi ki, Allah sizi bağışlasın?!” ayəsi nazil olduqda Əbu Bəkr ® Allah kəlamının buyruğuna əməl edərək, Məstahla barışmışdı. Rəvayət olunur ki, bəzi səhabələr gecəni yalnız bir ayə ilə namaz qılmaqla keçirərdilər (yəni, ayədəki mənalar barəsində düşünərdilər).
    Səhabələrdən Təmim əd-Dəri ® “Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!” (əl-Caciyə, 21) ayəsini o qədər təkrar-təkrar namazda oxuyardı ki, sabah olardı. O, bunu hər bir hərfində savab qazanmaq üçün deyil, bu ayədə olan məna, xeyir və hidayəti anlamaq üçün təkrarlayırdı.
    Qur`an ayələrində deyilənlər barəsində düşünmək, onunla yaşamaq dedikdə Allah kəlamının hərflərinə görə savab qazanmaq üçün oxunulması nəzərdə tutulmur. Düzdür, Quranı çox-çox oxumaq da,onun barəsində düşünməkdə onu başa düşmək də lazımdır. Bunların hər ikisi də mühümdür. Ancaq demək istədiyimiz budur ki, mənanı düşünmədən oxumaq əsas götürülməməlidir. Abdullah ibn Məsud ® deyib: “Quranı nə şeri oxuduğunuz kimi (dayana-dayana), nə də tələsə-tələsə oxuyun. Qur`anın ecazkar məqamları üzərində dayanın, onunla qəlblərinizi hərəkətə gətirin. Məqsədiniz sadəcə surəni başa vurmaq olmasın”.
    Madam ki, yuxarıda qeyd etdiyimiz bu iki iki şey çox mühümdür, onda, onların hər ikisini bir araya necə gətirməli, bu iki gözəlliyə Ramazanda necə nail olmalıyıq? Elə isə, sizlərə aşağıdakı əməli proqramı təqdim edirik:
    Əziz qardaşım, Quran oxumaq istədikdə özünü, ruhunu bunun üçün hazırlamalısan. Bunu dəstəmaz almaqla, misvakdan istifadə etməklə, qibləyə yönəlməklə, yorğun olmadığın anları seçməklə, oxuduğun ayələri təzim etməklə edə bilərsən. Axı, bu, Rəbbindən sənə olan bir məktubdur.
    Ramazanın gəlişindən öncə özülüyündə Ramazanda neçə dəfə Quran xətm etmək barəsində fikirləş. Daha sonra gündəlik oxuma norması üçün kifayət qədər vaxt ayır. Məsələn, əgər gündəlik 3 cüz oxumaq istəyirsənsə, buna heç vaxt 30 dəqiqə vaxt ayırma. Bunun üçün sən oxuduğun miqdara uyğun vaxt ayırmalısan. Məsələn, sübh namazından sonra 1 saat, iftardan öncə 1 saat və bir saat da gecə vaxtı üçün ayır. Bu təqdirdə Qur`anı dərindən anlama, onun barəsində yetərincə düşünmək , onunla yaşamaq imkanı əldə etmiş olarsan. Yox, əgər üç dəfə xətm etməyə imkanın olmazsa, onda iki dəfə xətm et. Bu, mənanı düşünmədən oxuyaraq üç dəfə xətm etməkdən daha yaxşıdır. Alimlərdən Aciri “Qur`an oxuyanın əxlaqı” adlı kitabında yazır: “Qurandan düşünərək az miqdarda oxumaq mənim üçün düşünmədən çox miqdarda oxumaqdan daha xoşdur”
    Oxunulan ayələrin üzərində duraraq barələrində düşünmək, mənalarını anlamağa cəhd göstərilməli, surəni tezliklə bitirməyə çalışılmamalıdır.Bilməliyik ki, qur`an ayələrinində deyilənlər barəsində düşünmək əsas məqsədimizə çatmaq üçün bir vəsilədir. Çünki məqsəd Qur`anın davranışımızı dəyişməsinə və həyatımızın məhəkdaşına çevrilməsinə nail olmaqdır.
    Oxuyacağımız normanın hamısını gündüz oxumamlı, gecəyə də pay ayırmalıyıq. Gecə qalan hissəni iki və ya daha artıq rükətlik namaz əsnasında gözəl səslə, təcvidlə, düşünərək və qəlbimizi vəcdə gətirən ayələri təkrarlamaqla oxumalıyıq.
    Əziz qardaşım, oxuduğun cüzün hər hansısa bir ayəsinin üzərində dur. Onu təkrar-təkrar oxu, onu yaşa, həyatına tətbiq et. Elə et ki, bu ayə sənin həyatını dəyişsin. Əgər hər gün bir ayə üzərində dayanmış olman, onda bu mübarək ayda 30 ayə üzərində durmuş olarsan. Qardaşım, təsəvvür edirsənmi ki, 30 ayə ilə yaşayırsan və o sənə təsir edir, sənin davranışlarını dəyişir. Ay bitdikdən sonra sezəcəksən ki, sən Ramazan oncəki “sən” deyilsən, dəyişmisən.
    Ramazan bitdikdən sonra da ayda bir dəfə Quranı xətm etməyə çalış. Oxuduğun cüzlərdə Ramazanda dayanmadığın ayələrin üzərində dur, düşün, özün nəticəni görəcəksən. Biz burada sənə konkret ay əvə misal göstərməyəcəyik.Lakin, sənə bir nümunə təqdim edirik: Qardaşım, ilk öncə dərk edərək, oxuduğun ayələr barəsində düşünərək Qurana müraciət et. Qəlbinə təsir edən, davranışında olan hər hansı bir əyriliyi düzəldə biləcək bir ayəyə rast gələrsənsə, üzərində dur və onu təkrar-təkrar oxu. Eyni zamanda həmin ayəyə verilmiş təfsirə də müraciət edərək özlüyündə onu həyatına tətbiq et. Məsələn, gözünü haramdan çəkindirməyən və bu problemdən əziyyət çəkən birisi “Mö’min kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” (ən-Nur, 30) ayəsini oxuduğu zaman , onu üzərindən ötüb keçməməli, onu təkrar-təkrar oxuyub düşünməli və dərk etməlidir ki, bu, ona Rəbbindən olan ilahi bir əmrdir. Oxuyacabı Quran normasını bitirdikdən sonra isə həmin ayənin təfsirinə baxmalı və oxuduğuna əməl edəcəyini niyyətləməlidir.
    Sonda bir şeyi qeyd etmək istəyirik ki, məqsədimiz kimisə Ramazan ayında kəmiyyət etibarilə Quranı xətm etməkdən çəkindirmək deyil. Ancaq, oxunuşla bərabər fikirləşməli, oxuduğumuzu yaşatmağa önəm verməliyik. Bizlərin üç və ya dörd və hətta beş dəfə Qur`anı düşünərək oxumağa vaxtı var. Ancaq, o olmasın ki, birimiz bir saat ərzində sanki, qəzet oxuyurmuş kimi 4-5 cüz oxusun, sonra da yatsın və ya boş-boş şeylərlə vaxtını itirsin və desin ki, Quranı 4-5 dəfə xətm edib. Təbii ki bu cür oxunuş ilə o, heç nə anlamamış və heç bir ayənin üzərində də dayanmamışdır. Bu, bəyənilməyən, məzəmmətəlayiq bir oxuma tərzidir. Son olaraq bir daha vurğulayırıq ki, keyfiyyət və kəmiyyəti də bir-birindən ayırmaq düzgün olmazdı.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 898 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 9
    Qonaqlar: 9
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru