Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyul » 31 » Müsəlman qadın vaxtını necə dəyərləndirir?
    Müsəlman qadın vaxtını necə dəyərləndirir?
    19:41
    Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurur:
    - Günəş qürub edərək ömrüm azalarkən, həmin gün əməlimi artıra bilmədiyimə peşman olduğum qədər, heç bir şeyə peşman olmamışdım!
    Əsl ömür doğulandan ölümə qədər yaşanılan illər qədər deyildir. Əsl ömür- yalnız Allah qatında olan gözətçinin yazdığı saleh əməllər və xeyirli işlər qədərdir.
    Rasulullah (Allahın ona salavat və salamı olsun) buyurur:
    - “Qiyamət günü gətirilən hər bir bəndə dörd şeydən soruşulacaqdır.” Bunlardan biri də “Ömrünü harada keçirdin?” sualı olacaqdır.
    Həyat gündəlik olaraq yeyib-içmək, yuxu və əyləncə, oyun və oyuncaq, zinət və öyünmək deyildir. Bu ancaq qafil insanların həyatıdır. Sənin yaradılışında yalnız bir qayə vardır: “Sən heç bir şəriki olmayan Allaha qulluq üçün yaradıldın!”
    Qadın nə üçün asudə vaxtını boşa keçirir?
    1- Çünki planları və xeyirli əməlləri sabaha saxlayır:
    O bir əməl etmək istədikdə şeytan ona gəlib deyir: “Sabah edərsən, sonra edərsən!” Və beləcə o da, edəcəyi işi sabaha saxlayaraq ömrünü bu xeyirli əməlləri etmədən keçirir. Sonraya saxlama və əməl etməyə indidən başla!
    2- Çünki faydasız şeylər ilə məşğul olur:
    Bəzən isə bu haram da ola bilər. Məs: əxlaqsız qəzetləri izləmək, haram olan kasetləri dinləmək, seriallara baxmaq, uzun müddət telefonla danışmaq, lüzumsuz yerə evdən çıxmaq və s.
    Ey mübarək qadın! Vaxtını Quran oxuyaraq, dini kitabları mütaliə edərək, peyğəmbərlərin qissələrini oxuyaraq keçir. Bax, bundan sonra evində bərəkət, təmizlik və iffət tapacaqsan!
    3- Çünki pis rəfiqələri özünə örnək seçir:
    Bəzi qadınlar vaxtlarını dəyərsiz kəslərə baxmaqla keçirirlər. Hətta bəzi qadınlar, “filan qadın vaxtını məndən çox zay etdi” – deyib özünü məzəmmət də edirlər!
    4- Çünki əksik və zəif olduğunu düşünür:Bəzi qadınlar güclü olduqları və vaxtlarından səmərəli istifadə edə bilmək qüdrətinə malik olduqlarına baxmayaraq – öz-özlərini ruhdan salırlar. Nə vaxt bir işə əl qoyarlarsa, bu işi yerinə yetirə bilməyəcəklərini düşünərlər.
    Bunun əlacı isə Allahdan kömək umaraq, bu düşüncənin şeytanın bir vəsvəsi olaraq qəbul etməkdir. Nəfsini yavaş-yavaş əməl etməyə təşfiq et!. Uca Allah buyurur:
    - Uğrumuzda cihad edənləri mütləq Öz yolumuza yönəldəcəyik. (Ənkəbut surəsi, 69)
    Ey müsəlman qadın! Günlük plan hazır et: Səhərdən axşama kimi vaxtının hər bir anından necə istifadə edəcəyin üçün özünə günlük plan qur və bacardığın qədər bu plana müvafiq əməl et ki, həyatının qızıldan dəyərli vaxtlarını zay etməyəsən. Unutma ki, keçən vaxtı bir daha geri qaytarmaq mümkün deyildir!
    Gündəlik zikrləri əzbərlə. Çünki Allaha ən sevimli qul, dili daim Allahın zikrindən islanan bir kəsdir.
    [‘Keyfə təstəğillu əl-Məratul Muslimə Vaqtəhə’- adlı risalədən]

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 579 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2012  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 4
    Qonaqlar: 4
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru