Ana Səhifə » 2012»Avqust»1 » “SALLALLAHU ALEYHI VƏ SƏLLƏM” kəliməsini “S” və yaxud “SAV” kimi ixtisar edərək yazmaq
“SALLALLAHU ALEYHI VƏ SƏLLƏM” kəliməsini “S” və yaxud “SAV” kimi ixtisar edərək yazmaq
14:40
Sual: Sallallahu aleyhi və səlləm kəliməsinin əvəzinə "S” yazmaq olar və nə üçün?
Cavab: Bu məsələdə sünnət "sallallahu aleyhi və səlləm” yazmaqdır. Çünki bu duadır. Dua da ibadətin bir növüdür. Bu şifahi şəkildə söylənilir. "S” və yaxud "SAV” dua deyil və ibadətin növlərindən deyil, fərqi yoxdur istər sözlə deyilsin və yaxud yazılsın. Buna görə də, bu cür ixtisar, Peyğəmbərin sallallahu aleyhi və səlləm onların fəzilətinə şahidlik etdiyi ilk üç nəsil tərəfindən istifadə olunmamışdır. Müvəffəq edən Allahdır. Allahın salamı və salavatı Peyğəmbərimizin sallallahu aleyhi və səlləm, onun ailəsinin və səhabələrinin üzərinə olsun.
Fətəvə əl-Ləcnə əd-Daima lil Buhus əl-İlmiyyə vəl-İftə, cild 12, səh.208, sual 3, Fətva 5069
| > Fətvalar və Elmi Tədqiqatlar üzrə Daimi Heyəti < |