İslam şəriətində “fitr zəkatı” adlandırılan bu zəkat növü xalqımız arasında “fitrə” və ya “fitrə sədəqəsi” adlandırılır.
Fitrə zəkatı Ramazan ayına xas ibadət (burada ibadət geniş mənada başa düşülməlidir) növü olub özünə məxsus gözəlliyə və oruc tutanlar üçün yerinə yetirilmə baxımından böyük əhəmiyyətə malikdir. Bu gözəllik və əhəmiyyətdən dolayı bu fürsətin qaçırılmaması üçün fitrə zəkatı haqda olan məlumatı sizlərə təqdim edirik:
Bayramda nə etmək lazımdır? Bayram sabahı yuxudan tez oyanmaq, çimib-təmizlənmək, diş fırçası və ya misvakla dişləri təmizləmək, ətir sürtmək, yeni və təmiz paltar geyinmək, Ramazan bayramında, bayram namazından əvvəl şirniyyat, xurma yemək, xurmanı 1, 3, 5, kimi tək sayda yeyərək, təkə riayət etmək sünnədəndir.