Qurani Kərimin enməyə başladığı Qədr gecəsi İslamda ən müqəddəs və fəzilətli gecədir. Qədr gecəsi, içərisində Qədr gecəsi olmayan min aydan xeyirlidir. Qurani Kərimdə də bu gecənin fəzilətini göstərən müstəqil bir surə vardır. Bu surədə Uca Rəbbimiz belə buyurur: “Doğrusu biz Quranı Qədr gecəsi endirmişik. Qədr gecəsinin nə olduğunu sən bilirsənmi? Qədr gecəsi min aydan xeyirldir. Mələklər və Cəbrayıl o gecə Rəblərinin izni ilə hər cür iş üçün enərlər. Gecə, dan yerinin ağarmasına qədər salamatlıqdır.” (Qədr,1-5)
Oruca dair rəbbimizin öz ayələrində də işarə etdiyi kimi, sizlərin Allah qarşısında təqvalı olmağınızı arzulayırıq. Orucun əsas hikməti də məhz Allah qarşısında yüкsəк təqvaya sahib olmadır. Təqvaya isə hərtərəfli itaət ilə çatmaq olar. Ramazanda Allaha itaətin ən bariz nümunəsi isə peyğəmbərimizin (s) buyurduğu və hamını ona dəvət etdiyi etiкafdır.