İftar çadırı paytaxt məscidlərindən birinin bağçasında qurulub.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Rusiya federasiyasının paytaxtı Moskvada iftar çadırı qurulub. Paytaxt məscidlərindən birinin bağçasında qurulan iftar çadırının açılış mərasimində Rusiya Müftilər Şurasının (RMŞ) sədri Ravil Qaynutdin də iştirak edib.
Çadırda verilən ilk iftarda rusiyalı müsəlmanlarla birlikdə Moskvada məskunlaşan azərbaycanlılar, türklər, çeçenlər, tatarlar, özbəklər, qırğız və qazaxlar oruclarını açıblar. İftar mərasimində çıxış edən RMŞ sədri Qaynutdin Ramazanın Qurani-Kərimin nazil olmağa başladığı ay olmasından dolayı böyük əhəmiyyət daşıdığını qeyd edərək, bütün müsəlmanları mübarək ay münasibətilə təbrik edib.