Ana Səhifə » 2012»Avqust»8 » “Həzrəti Ömər” teleserialını izləyənlərin sayı milyonlarladır
“Həzrəti Ömər” teleserialını izləyənlərin sayı milyonlarladır
08:39
İlk dəfə bir serialda Raşidi xəlifələri canlandırılıb.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Misirin müəyyən dini dairələrinin boykot çağırışlarına rəğmən ölkədə yüz minlərlə insane internet vasitəsilə “Həzrəti Ömər” teleserialını izləyir.
Rejissoru suriyalı Hatim Əli, ssenari müəllifi fələstinli Vəlid Seyf, istehsalçının isə Səudiyyə Ərəbistanı və qətərli işadamlarının olduğu teleserial raşidi xəlifələrin canlandırıldığı ilk bədii serialdır.
Kinotənqidçi Tariq Şinnavi yüksək keyfiyyətlə çəkildiyi və doğru məlumatlara əsaslandığı təqdirdə “Həzrəti Ömər” və bu qəbildən olan bədii serialların Avropada İslamın doğru-düzgün təbliğinə töhfə verəcəyini deyib. Şinnavi “Həzrəti Ömər” teleserialının digər dillərə tərcümə edilməsinin vacibliyini də vurğulayıb.
Səudiyyə Ərəbistanından olan yazıçı Fəhd İbrahim əd-Dağisər isə bədii serialın ssenari müəllifi Vəlid Seyfin İordaniya universiteti Ərəb dili və ədəbiyyatı fakültəsindən məzun olduğunu, doktorluq işini isə London universitetində başa vurduğunu qeyd edərək, serialdakı dialoqların son dərəcə gözəl olduğunu bildirib.
Bir çox sosial şəbəkə istifadəçiləri teleserialı izləmənin haram olduğuna dair fitvalara etiraz edərək, serialda müsəlmanlar üçün mühüm şəxsiyyətlərin həyatlarının nümayiş olunduğunu və filmin gəncləri səhabələrin həyatlarını araşdırmağa sövq etdiyini qeyd ediblər.
Misirli fəal Ənəs Həsən isə “Həzrəti Ömər” teleserialındakı ədəbi cümlələri və hikmətli sözləri nəzərdən qaçırmamaq üçün filmi əldə qələmlə izləməyi tövsiyə edib.