“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Birləşmiş Ştatların Viskonsin əyalətində buddistlərə məxsus məbədə edilən hücumdan dərhal sonra Missuri əyalətində bir məscid yandırılıb.
Bölgədə təxminən 125 nəfərin ibadət etdiyi məscid tamamilə yanaraq, külə dönüb. ABŞ mətbuatı törədilən cinayət zamanı xəsarət alanın olmadığını yazıb. Xəbərlərdə bu dəfə tamamilə yandırılan məscidin daha əvvəl də naməlum şəxslərin hücumuna məruz qaldığı bildirilib.
Məscidə ard-arda iki hücumun baş verməsi aktın irqi ayrı-seçkilik zəminində törədildiyi ehtimallarını qüvvətləndirir.