Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Avqust » 16 » Qarşıdan bayram gəlir!
    Qarşıdan bayram gəlir!
    11:53
    Bayramda nə etmək lazımdır? Bayram sabahı yuxudan tez oyanmaq, çimib-təmizlənmək, diş fırçası və ya misvakla dişləri təmizləmək, ətir sürtmək, yeni və təmiz paltar geyinmək, Ramazan bayramında, bayram namazından əvvəl şirniyyat, xurma yemək, xurmanı 1, 3, 5, kimi tək sayda yeyərək, təkə riayət etmək sünnədəndir.

    Bir hədisdə belə deyilir: “Allah təala təkdir və təkə riayət edəni sevər”(Buxari).

    Bayramda üzük taxmaq, insanlarla gülərüzlə salamlaşmaq, kasıblara çoxlu sədəqə vermək, Allah üçün çalışanlara yardım etmək, küsülüləri barışdırmaq, qohum-əqrabanı, din qardaşını ziyarət etmək və hədiyyə vermək də Peyğəmbərin (s) etdiyi əməllərdir.

    Biz bayramı Ramazan ayı başa çatdığından dolayı deyil, günahlarımızın bağışlandığı üçün, böyük savab və nemətə qovuşduğumuz üçün edirik. Hədisdə deyilir: “Bayram sabahı müsəlmanlar namaz üçün məscidlərə toplaşınca Allah təala mələklərə: “İşini mükəmməl görənin qarşılığı nədir?” - deyə sual edər. Mələklər də: “Qarşılığını almaqdır”, - deyərlər. Allah da buyurar: “Siz şahid olun ki, Ramazanda orucların və namazların qarşılığı olaraq qullarıma öz rizamı və məğfirətimi (bağışlamağımı) verdim. Ey qullarım, bu gün məndən istəyin, izzət və cəlalıma and olsun ki, istədiyiniz hər şeyi verərəm!” (Beyhəqi).

    Bir dəfə Peyğəmbər (s): “Ramazanın sonuncu günündə Allah təala oruc tutanları əfv edər”, - deyə dilləndikdə səhabələr: “Ey Allahın rəsulu, o gün qədir gecəsidirmi?” - deyə soruşdular. Peyğəmbər də: “Bilmirsinizmi, iş görənə işi bitdikdə qarşılığı verilir”, - deyə cavab verdi (Beyhəqi).

    Bu mükafatları bilən müsəlman nə üçün sevinməsin, nə üçün bayram etməsin? Bayram günləri sevinmək, nəşələnmək lazımdır. Hz. Əbu Bəkr qızı Aişənin ® evinə getdikdə iki cariyənin dəf çalıb oynadığını gördü. Onlar səhabələrin qəhramanlıqlarını mədh edir, şer söyləyirdilər. Hz. Əbu Bəkr Rəsulallahın (s) evində belə bir davranışın uyğun olmadığını və onların susmalarını tələb etdi. Peyğəmbər də (s) Hz. Əbu Bəkrə: “Onlara mane olma! Hər qövmün bir bayramı var, bu da bizim bayramımızdır. Bayram sevinc günləridir”, - dedi (Buxari).
    Hz. Əli deyib: “Bu gün orucu qəbul edilmiş, zəhmətinin mükafatını görmüş və günahları əfv edilmiş olanların bayramıdır”.
    Bir hədisdə deyilir: “Allah təala Ramazanda dörd qrup insandan başqa hər kəsin günahlarını əfv edər. Bunlar içki içməyə davam edən, ana və ataya asi olan, qohum-əqrabanı ziyarət etməyən və mömin olmaqdan ümidini kəsənlərdir”.

    Günahlardan çəkinərək, oruc tutanlar nə xoşbəxtdirlər! Onlar əsil bayramı axirətdə keçirəcəklər.

    Küsülü olanlar bayramı gözləməyib barışmalıdırlar. Allahı və peyğəmbərini sevən kəs insanların qüsuruna baxmaz, möminlərə qarşı mülayim olar. Yaxşı kəs, yəni, mömin hər kəslə yaxşı davranır. Başqalarına sıxıntı vermədiyi kimi, onların verdiyi əziyyətə də səbr edər.

    Mömin heç kimdən inciməməli, küskünlük varsa üç gündən artıq bunu davam etdirməməli, bayrama qədər küsülü olanla barışmalıdır. Hədisdə deyilir: “Din qardaşı ilə üç gündən artıq küsülü durmaq caiz deyildir. Üç gündən sonra onunla qarşılaşarsa, ona salam verib halını soruşmalıdır. O biri də salamını alarsa, birlikdə savaba nail olarlar. Əgər salamını almazsa, günaha girər. Salam verən də küsülü durmağın məsuliyyətindən qurtulmuş olar” (Əbu Davud).

    Başqa bir hədisdə oxuyuruq: “Əməllər bazar ertəsi və çərşənbə günü Allaha göstərilər. Allah da şirk qoşmayan hər kəsi əfv edər. Ancaq bu bağışlanma bir-birinə kin bəsləyən kəslərə nəsib olmaz. Allah: “Onlar barışana qədər əməllərini mənə gətirməyin!” - deyə buyurar” (İmam Malik).

    Bayram ziyarətləri

    Bayram ziyarətləri zamanı nələrə diqqət etməli, kimləri ziyarət etməliyik? Əməlisaleh əqrabanı ziyarət etmək vacibdir. Həmçinin, əməlisaleh dostları ziyarət etmək də çox savabdır. Ziyarət yalnız Allah rizası üçün olmalıdır. Gözəl bir hədisdə deyilir: “Öz qardaşını ziyarətə gedən kişinin yanına Allah bir mələk göndərər. Mələk ondan soruşar: “Hara belə?” Deyər: “Filan qardaşıma baş çəkmək istəyirəm”. Mələk deyər: “Ona ehtiyacınmı var?” Cavab verər ki, yox. Mələk soruşar: “Aranızda olan qohumluğa görəmi?” Deyər: “Yox”. Mələk soruşar: “Onun sənə olan yaxşılığımı səni ona baş çəkməyə sövq edir?” Cavab verər: “Yox”. Mələk nəhayət soruşar “Onda, bəs nə üçün onu ziyarət edirsən?” Kişi ona cavab verər: “Çünki onu Allah naminə sevirəm”. Mələk deyər: “Allah məni göndərdi ki, sənə Rəbibnin səni onu (qardaşını) sevdiyin üçün sevdiyini xəbər verim. Bunun üçün də Allah sənə Cənnəti bəxş etdi” (Müslim).

    Peyğəmbər (s) deyib: “Din qardaşını ziyarət edənə bir mələk: “Nə xoşbəxtsən, cənnətə layiq görüldün!” - deyər. Allah təala buyurur: “Mənim üçün ziyarət edən quluma cənnətdə sevinəcəyi mükafatlar verəcəyəm” (Bəzzar).

    Digər bir hədisdə isə Peyğəmbərin dilindən oxuyuruq: “Elə bir qul yoxdur ki, din qardaşını Allah üçün ziyarət etdiyi vaxt bir mələk ona: “Nə gözəl əməl etdin, cənnət sənə halal olsun!” - deməsin. Allah təala da deyər: “Qulum məni ziyarətə gəldi. Mən onu ağır qarşılamalıyam” (Əbu Yala). Digər hədislərdə deyilir:
    “Din qardaşını ziyarət edən dönənə qədər lütf, mərhəmət içərisindədir” (Təbərani).
    “Cənnətdə elə gözəl köşklər var ki, bunlar bir-birini Allah üçün ziyarət edən, Allah üçün sevib Allah naminə yardım edənlər üçün hazırlanmışdır” (Təbərani).

    “Din qardaşını yalnız Allah üçün ziyarət edən cənnətdədir” (Təbərani).

    “Sizi ziyarət edənə hörmət göstərin!” (Haraiti).

    “Ziyarətlərinə ara ver ki, aradakı məhəbbət artsın!” (Bəzzar). Ariflər deyib: “Ziyarəti tərk etmə səni unudarlar, çox-çox da getmə ki, səndən bezsinlər”.

    “Allah təala buyurur ki, “Mənim üçün bir-birini ziyarət edən, Mənim üçün bir-birini sevən, Mənim üçün bir-birini yardım edən sevgimə qovuşar” (Hakim).

    Allahın razılığı üçün müsəlmanı ziyarət etmək çox savabdır. Alimi, yoxsulu və əməlisaleh əqrabanı ziyarət etmək daha çox savab qazandırar. Hədisdə deyilir: “Varlını ziyarət edən kəs oruc tutanın və gecə ibadət edənin savabını, yoxsulu ziyarət edən isə Allah yolunda cihad edənin savabını qazanmış olar və hər addımı Allah yolunda atılan addım kimi olar” (Deyləmi).

    “Alimi ziyarət edən məni ziyarət etmiş kimi savab qazanar” (Təbərani).

    “Sileyi-rəhm (qohumluq bağlarını kəsməmə) özünü ziyarət etməyən əqrabanı axtarıb tapmaq, ziyarət və yaxşılıq etməkdir” (Təbərani).

    “Ruzisinin bol, ömrünün uzun olmasını istəyən qohum-əqrabasını ziyarət etsin!” (Buxari).

    “Sileyi-rəhm var-dövləti çoxaldır, ailədə evgini artırır və ömrü uzun edir” (Təbərani).

    Əməlisaleh əqraba heç olmasa həftədə və ya ayda bir dəfə ziyarət edilməli, ayrı durma 40 günü keçməməlidir! Uzaq ölkədə olanların isə məktubla, telefonla könlü alınmalı, aradakı küsülülüyə son qoyulmalıdır.
    Birisi layiq olsa da təklif edilməd

    ən ziyarətə getdiyi yerdə imamlığa keçməməlidir. Bu zaman ya ev sahibi, ya da onun təyin etdiyi kəs imam olmalıdır. Hədisdə bu barədə belə deyilir: “Bir qövmü ziyarətə gedən onlara imamlıq etməsin!” (Tirmizi).

    Ramazan ayının son günü ilə bayramın birinci günü arası bayram gecəsidir. Bu gecəni keçirən böyük səadətə qovuşmuş olar. Bir hədisdə deyilir: “Ramazan və qurban bayramı gecələrini keçirən kimsənin qəlbi qəlblərin öldüyü gün ölməz”. Başqa hədisdə isə mərhəmət qapılarının dörd gecə açıldığını, bu gecələrdə edilən duaların rədd edilmədiyi və ramazan bayramı gecəsinin də bunlardan biri olduğu bildirilir.

    Dəvət edilən yerə və ya hər dəvət olunan yerə getmək olarmı?

    Yemək süfrəsində günaha səbəb olacaq haram qidalar, içkilər olarsa getmək olmaz. Kasıbların dəvətinə getməyib varlıların dəvətinə getmək təkəbbürlük əlamətidir. Özündən aşağı olanları ziyarət etmək isə təvazökarlıqdır.

    Toy ziyafətinə dəvət zamanı getmək sünnə, başqa ziyarətlərə getmək isə müstəhəbdir. Bəzi alimlər isə: “Toy yeməyinə getmək vacib, digər dəvətlərə getmək sünnədir”, - deyiblər. Müsəlmanın müsəlman üzərindəki beş haqqından biri də onun dəvətini qəbul etməsidir. Hədisdə deyilir: “Dəvəti qəbul edin” (Müslim).
    Səmimi olaraq dəvət edilən yerə gedilməlidir. Hədisdə bu barədə belə deyilir: “Dəvəti qəbul etməyən Allaha və rəsuluna asilik etmiş olur” (Buxari).

    “Müsəlman qardaşına hörmət edən Allaha hörmət etmiş olur” (İsfəhani).

    “İki nəfər eyni vaxtda dəvət edərsə, qapısı sənə yaxın olana get! Çünki, qapısı yaxın olanın haqqı daha çoxdur” (Buxari).

    Əgər onlar tövbə edərlərsə, Allah günahlarını əfv edər. İnsanlar Ramazandakı fəziləti bilsəydilər, hər günün Ramazan olmasını istəyərdilər. Hədislərin birində deyilir: “Ramazana xas savablar bilinsəydi, bütün ilin Ramazan olması arzu edilərdi”.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 608 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Avqust 2012  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 4
    Qonaqlar: 4
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru