Ana Səhifə » 2012 » Avqust » 16 » Polşalı qadın azan səsindən təsirlənərək müsəlman olub
Polşalı qadın azan səsindən təsirlənərək müsəlman olub
11:39
Polyak Boğuçka adını Məryəm kimi dəyişdirib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, mübarək Ramazan ayının son günlərində Türkiyənin Adana şəhərindəki turistlərdən biri İslamı qəbul edib. Belə ki, şəhərdəki Mərkəzi Sabancı məscidindən və azan səsindən təsirlənən polyak Boğuçka kəlmeyi-şəhadət gətirib.
Xəbərdə Adana müftiliyinə müraciət edən Boğuçkanın müsəlmanların dinlərinə sıx bağlı olduğunu dediyi bildirilib. Azan səsindən və şəhərdəki Mərkəzi Sabancı məscidindən təsirlənən polyakın Müfti köməkçisi Mustafa Turanın müşayiəti ilə müsəlman olduğu qeyd edilib.
Turan müsəlman olduqdan sonra Məryəm Duru adını qəbul edən Boğuçkaya başörtüyü, Qurani-Kərim tərcüməsi və digər dini ədəbiyyat hədiyyə edib.