Uca Allah bizə
Muhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı gəldikdə
ona salam və salavat deməyimizi əmr edərək deyir: “Doğrudan da,
Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman
gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”. (əl-Əhzab surəsi, 56) Bu
ayədə Uca Allah, Özünün və mələklərin yanında Peyğəmbərin (Allahın ona
salavat və salamı olsun) dərəcəsindən xəbər verir. Sonra yer əhlinə ona
salavat deməyi əmr edir. Və beləliklə ona adı zikr olunduqda həm yerdə
həm də ki, göydə ona salavat gətirilir. Uca Allah və Onun mələkləri,
Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat deyirlərsə,
insanlarda ona salavat deməlidirlər. Həmçinin Uca Allah bu ayədə onun
fəzilətini və şərəfini bəyan edir. Əbu əl-Aliyə (Allah ona rəhmət
eləsin) buyurmuşdur: Allahın salavatı, ona mələklərin yanında səna
demək, mələklərin salavatı isə onun üçün dua etməkdir.
Bu gün sizə atda
gedəni atından salan, varlını kasıb edən və s. bu cür insan həyatında
pisliklərlə dəyişiklik edən səbəblərdən biri haqqında danışmaq
istəyirəm. Bu elə bir şeydir ki, "insanı qəbrə, dəvəni isə qazana
salar". Bu göz dəymədir.
Hamd, aləmlərin Rəbbi olan Allah (c. c.) üçündür. Gözəl nəticə təqva
sahiblərinə, düşmənlik isə bidətçilərə, müşriklərə, tağutlara və
zalımlaradır. Allahdan (c. c.) başqa ibadətə layiq ilah
olmadığına, ONun ortağı tapılmadığına və tək olduğuna, əvvəlkilərin də,
sonrakıların da ilahı olduğuna, göylərin və yerin dəstək olucusu
olduğuna şahidlik edərəm. Hz. Məhəmmədin (s.ə.v.) ONun qulu, rəsulu,
öndərimiz ye nümunəmiz olduğuna, ONdan sonra qiyamətə qədər gələcək heç
bir nəbi tapılmadığına da şahidlik edərəm. Allahım! Salat və salamın
hamısı Hz. Məhəmmədə (s.ə.v.), ONun təmiz əhli beytinə, səhabələrinə və
qiyamətə qədər yaxşılıqla onlara uyanların üzərinə olsun.
Möminlərə öz aralarında bir-birlərinə öyüd-nəsihət verməyi əmr etmək İslam şəriətinin əzəmət və mərhəmətini göstərir. Hər bir müsəlman öz qardaşına öyüd-nəsihətlə, onu yaxşı işlərə təşviq edir və şər işlərdən isə çəkindirir.
Vehb bin Münəbbih (rahiməhullah) ona “Ləə iləhə İlləllah” Cənnətin açarı deyilmi?” deyə soruşan birinə bu cavabı vermişdir:
“Əlbəttə elədir, ancaq açacaq olan açarın dişləri varsa! ancaq dişləri olan bir açar gətirsən sənin üçün Cənnətin qapısı açılar, əks təqdirdə açılmaz.” Buxari: Cənaiz: 1, “Fəthul-Bari”də də bir hədisin açıqlaması verilərkən zikr edilmişdir.
Həmd, Aləmlərin Rəbbi Allaha məxsusdur. Salatı Salam Rəsulullah sallallahu əleyhi və selləmin, Əhlinin, Səhabəsinin və də qiyamətə qədər onları dost əldə edən hər kəsin üzərinə olsun.