Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » May » 12 » Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat demək
    Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat demək
    03:41
    Salavat deməyin fəziləti

    Abdur-Rahman ibn Ovf (Allah ondan razı olsun) buyurmuşdur: Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) yanına gəldim və o səcdə halında idi. Səcdəni uzatdı və sonra mənə dedi: “Cibril mənim yanıma gələrək dedi: Kim sənə salavat deyərsə mən də ona salavat, sənə salam deyənə mən də salam deyərəm və buna görə Allaha şükür səcdəsi elədim” (Həkim, 1/550, Albani hədisi səhihləşdirmişdir). Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Kim mənə bir salavat deyərsə, məndə ona on salavat deyərəm” (Muslim, 4/128, Əbu Davud, 1516, Tirmizi, 2/270, ən-Nəsəi, 3/50). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Mənim qəbrimi ziyarətgaha çevirməyin! Mənə salavat və salam deyin. Harada olursanız olun, sizin salam və salavatınız mənə yetişir”(Əbu Davud,2026, Əhməd 2/367, Albani hədisi səhihləşdirmişdir). Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Allahın yer üzərində səyahət edən mələkləri vardır. Ümmətimin göndərdiyi salamı mənə çatdırırlar” (ən-Nəsəi, 3/43, Həkim, 2/421). Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Paxıl o kəsdir ki, mən zikr olunduqda mənə salavat deməz”. (Sunən ət-Tirmizi, 3546)

    Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra ikinci pilləsinə qalxıb: “Amin!”- dedi. Sonra da üçüncü pilləsinə qalxıb: “Amin!”- dedi. (Səhabələr) soruşdular: “Ey Allahın elçisi! Biz sənin üç dəfə: “Amin!”- dediyini eşitdik”. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Birinci pilləyə qalxdıqda Cəbrail yanıma gəlib dedi: “Ramazana yetişib günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub bu səbəbdən də) Cənnətə daxil olmayan bəndə bədbəxt olsun!” Mən: “Amin!”- dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə bədbəxt olsun!” Mən də: “Amin!”- dedim" . (Buxari, "Ədəbul-Mufrad" kitabı, hədis 644. Albani buyurmuşdur: "Sahihul liğeyrihi")

    Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat və salam dedikdə uca səslə demək müstəhəbdir. Alimlər Muhəmməd peyğəmbər (Allahın ona salavat və salamı olsun) zikr olunduqda, həmçinin diğər peyğəmbərlər və mələklər zikr olunduqda salavat deməyin sünnə olmasında ittifaq etmişlər. Peyğəmbərlərdən başqa insanlar zikr olunduqda salavat demək isə caiz deyildir. Alimlər adi insanlara salavat deməyin hökmündə ixtilaf etmişlər. Onlardan bəzilər haram, bəzilərinin rəyinə görə isə bəyənilməyən bir əməldir. Peyğəmbər olmayan insanlara salavat demək bidət əhlinin şüarlarından sayıldığı üçün hər bir müsəlman bu əməldən uzaqlaşmalıdır. Alimlər adi insanlara salavat deməyin ancaq bir halda caiz olmasını bəyan etmişlər. Bu hal adi insanlar Muhəmməd peyğəmbərdən (Allah ondan razı olsun) sonra zikr olunarsa o zaman caizdir. Necə ki deyilir: “Allahın Muhəmməd peyğəmbərə, onun ailəsinə, əshabələrinə, yoldaşlarına salamı və salavatı olsun”.



    Salavatın faydaları

    1. Allahın əmrini yerinə yetirmiş olursan.
    2. Bir salavat dedikdə on salavat sənə deyilir.
    3. Qiyamət günü Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) şəfaətinə nail olursan.
    4. İnsanın daimi olaraq, Peyğəmbəri (Allahın ona salavat və salamı olsun) sevməsinə səbəbdir.

    Salavat deməyin yerləri

    1. Namazın axırıncı təşəhhüdündən sonra.
    2. Cənazə namazında, ikinci təkbirdən sonra.
    3. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı zikr olunduqda.
    4. Məscidə girib, çıxdıqda.
    5. Azanı eşitdikdən sonra.
    6. Dua etdikdə.
    7. Cümə günü.
    8. Xütbə verdikdə.
    9. Məclisdən qalxdıqda.
    10. Nikah kəsdikdə.

    Qeyd: Bu günkü günümüzdə çox kitablarda Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı gəldikdə (s.a.s), (s.ə.v), (ə.s) və yaxud salavatın başqa növlərinin tək baş həriflərini yazmaqla kifayətlənirlər. Bu cür yazılış alimlər tərəfindən şiddətlə inkar edilərək bunun sünnəyə müxalif olduğunu qeyd etmişlər. Həmçinin bu cür yazılış oxuyan və ya eşidəni böyük savabdan məhrum etməsinə səbəbdir. İmam Suyuti “Tədribu ər-Ravi” kitabında qeyd edir ki, ilk dəfə belə hərifləri yazan şəxsin əlini kəsmişlər. Çünki ilk dəfə bu pis adəti o qoymuşdur. Məhz buna görə müsəlmanlar bu adətdən əl çəkməli və Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı gəldikdə salavatı tam şəkildə yazmalıdırlar.

    Ramil Soltanov
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1187 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 1
    15.05.2009
    1. könül (medine) [Məqalə]
    SALAMALEYKUM ALLAH RAZI OLSUN MASALLAH GÖZÄL YAZIDIR

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2009  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 2
    Qonaqlar: 2
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru