Uca Allah bizə
Muhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) adı gəldikdə
ona salam və salavat deməyimizi əmr edərək deyir: “Doğrudan da,
Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman
gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın”. (əl-Əhzab surəsi, 56) Bu
ayədə Uca Allah, Özünün və mələklərin yanında Peyğəmbərin (Allahın ona
salavat və salamı olsun) dərəcəsindən xəbər verir. Sonra yer əhlinə ona
salavat deməyi əmr edir. Və beləliklə ona adı zikr olunduqda həm yerdə
həm də ki, göydə ona salavat gətirilir. Uca Allah və Onun mələkləri,
Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) salavat deyirlərsə,
insanlarda ona salavat deməlidirlər. Həmçinin Uca Allah bu ayədə onun
fəzilətini və şərəfini bəyan edir. Əbu əl-Aliyə (Allah ona rəhmət
eləsin) buyurmuşdur: Allahın salavatı, ona mələklərin yanında səna
demək, mələklərin salavatı isə onun üçün dua etməkdir.
Bu gün sizə atda
gedəni atından salan, varlını kasıb edən və s. bu cür insan həyatında
pisliklərlə dəyişiklik edən səbəblərdən biri haqqında danışmaq
istəyirəm. Bu elə bir şeydir ki, "insanı qəbrə, dəvəni isə qazana
salar". Bu göz dəymədir.