Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19627 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16746 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13823 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9573 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9098 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » May » 23 » Allah, Muhəmməd, ya Əli sözü..
    Allah, Muhəmməd, ya Əli sözü..
    23:44
    Bu günlərdə İslam dinindən yalnız ateizmin anlatdığı qədər məlumatı olan qaynatam soruşdu:
    - Nə üçün "Allah, Muhəmməd, Ya Əli" deyirlər, "ya" sözünü "Əli"nin qarşısında işlədir, o biri isimlərdən öncə işlətmirlər? Əslində, bu mövzu barədə düşüncələrimi oxucularla paylaşmaq çoxdan ürəyimdən keçirdi, ancaq ehtiyat edirdim: birdən fikrimi kifayət qədər açıqlaya bilmədim? Bəlkə, izahımdan oxucuda cavab əvəzinə daha çox sual meydana gəldi? Məsələ doğrudan da ciddidir, çünki bəziləri bundan sui-istifadə də edə bilərlər, bəziləri üçün məsələ təəccüblü görünər. Lakin bir halda ki, bu sual ateist izahlı İslamı düşüncəyə malik insanları düşündürür, o zaman məsələnin geniş şərhinin vaxtı çatmışdır.


    Ən çox ictimai nəqliyyat vasitələrində rast gəlinən bu xitab növünü kimisi güzgünün üzərinə, kimisi şüşəyə, kimisi xalça parçasına, kimisi daha başqa yerə yazdırır. Sürücü mühərrikini işə salanda, satıcı siftə edəndə "Allah, Muhəmməd, ya Əli!" deyir. Görünür, kimisi üçün bu dua, kimisi üçün tilsim, kimisi üçün də sehrli sözdür. Hamımızdan çox həyatı təhlükə ilə qarşı-qarşıya olan sürücülərdir! Səhər iş üçün evdən çıxan bu peşə sahiblərinin ailə üzvləri qədər narahatlıq keçirən daha hansı peşə sahibləri, onların ailə üzvləri var? Halbuki, heç birimiz bir an sonra sağ qalıb-qalmayacağımızı bilmirik. Kaş insanların hamısı həyatlarının bir tükdən asılı olduqlarını sürücülər qədər hiss edəydi. O zaman yəqin ki, Allah adı çox adamın iş masasının istündə, ən görkəmli yerdə olardı. Nə isə...
    "Allah, Muhəmməd, Ya Əli!"
    Yox ... İnsan bu dünyadan hər an gedə biləcəyini düşünür və Allahı, Peyğəmbəri, xəlifələri xatırlayır.
    Gözəldir amma... Amma nə üçün "ya" sözü təkcə "Əli" sözünün qarşısında işlədilir? Maraqlıdır deyilmi?
    Öncə bu məsələ üzərində dayanmaq istərdik ki, İslam əxlaqı kiməsə və ya kimisə sadəcə adı ilə dilə gətirməyib. Söhbət Allahdan, Peyğəmbərlərdən, xəlifələrdən, səhabələrdən, qısacası İslamın hər hansı bir sahəsində tanınmış adamlardan gedirsə getsin, ya bu adların əvvəlində, ya sonunda hörmət ifadə edən müəyyən sözlər işlədilir. Məsələn, "Allah" deyərkən, ondan sonra "cəllə cələluhu" sözü işlədilir, yaxud "Allah" əvəzinə sinonim sözlər və ifadələr - "Haqq Təala Həzrətləri", "Cənabı Haqq", "Allah Təala" və s. işlədilir. Kainatın fəxri Peyğəmbərimizin adı çəkilərkən "Allahın salatı və salamı onun üzərinə olsun" mənasında gələn "Aleyhissalatu vəssalam", "Sallallahu Aleyhi və səlləm" sözləri, digər peyğəmbərlərin adları çəkiləndə "əleyhissəlam" sözü işlədilir. Bəzi ölkələrdə Peyğəmbərimizə (səllallahu əleyhi vəssəlləm) hörmət əlaməti olaraq yeni doğulan körpələrinə onun adı tək verilmir, onun ətrafında olan digər insanların adı da əlavə eilir. Məsələn, Muhəmməd Əmin, Muhəmməd Əli, Muhəmməd Sadiq. Hətta Muhəmməd yerinə Mehmet belə deyilir. Peyğəmbərimizə (səllallahu əleyhi vəssəlləm) sayqı və hörmətdə qüsur etməkdən qorxan bu insanlar "Birdən Onun adından sonra ləyaqətsiz bir söz işlədərəm, Onun xətrinə dəymiş olaram," - deyə ehtiyat edirlər.
    Bu, sadəcə hörmət ələməti deyildir, inananlar üçün bu, Allahın (cəllə cəlaluhu) əmridir. Əmr isə icra edilməlidir: "Allah və mələkləri Peyğəmbərə çox salat edərlər (onun şərəfini qorumağa, şanını ucaltmağa xüsusi əhəmiyyət verərlər). Ey möminlər! Siz də ona səlat edin və tam bir təslimiyyətlə salam verin" (Əhzab, 56).
    Digər dini dünyagörüşlərindən fərqli olaraq İslam bütün peyğəmbərləri qəbul etdiyindən, onların atamız olduğunu xatırlatdığından bu sayqı və hörmət, əlbəttə ki, bütün peyğəmbərlərə də aid edilməlidir. Qurani-Kərim (diqqət edin, "Quran" sözü də tək işlədilmir, onun da kimin Kitabı olduğu, dəyəri nəzərə çatdırılır), bu barədə deyir: "Biz Allaha və Onun qatından bizə endirilənə; İbrahim, İsmayıl, İshaq, Yaqub və əsbata endirilənə, Musa ilə İsaya verilənlərə, Rəbləri tərəfindən digər peyğəmbərlərə gələnlərə, onlar arasında heç bir fərq qoymadan inanır və biz sadəcə Allaha təslim olduq" deyin." («Bəqərə» surəsi, 136).
    Buna görədir ki, təkcə səhifələr haqqında deyil, kitablar haqqında deyil, onların nazil olduqları insanlar - peyğəmbərlər haqqında danışarkən öncə "Həzrəti" sözünü, sonra "əleyhissəlam" sözləri işlədilir. Bütün bunlara baxmayaraq adi vətəndaşların deyil, hətta məclislərdə bəzi din xadimlərinin də digər peyğəmbərlərin adını çəkərkən sadəcə "Adəm", "İbrahim", "Musa", "İsa" və s. deməkləri adama qəribə gəlir.
    "Allah, Muhəmməd, Ya Əli!"
    Xitabın bu şəkli ilə hər gün rastlaşır, çoxumuz elə belə də deyirik. Bunda nə var? Nə üçün bu mövzuya bu qədər geniş girişdən sonra başlayırıq? Allah (cəllə cəlaluhu) kainatın, onun tərkibində nə varsa, hər şeyin, o cümlədən yerin, yerdə nə varsa, hər şeyin, insanların da xaliqidir. Həm də kitabı göndərən də Odur, insanlar içərisindən birini seçib peyğəmbərlik vəzifəsi ilə şərəfləndirən də Odur, Qiyamət gününün sahibi də odur. İndi ki, hər şey Onun hökmünə tabedir, deməli, müraciət də yalnız Ona olmalıdır. Qurani-Kərimdə keçən müraciət forması - xitab "Ya" dır. Ya Allah! Müraciət ediriksə, "Ya Allah" deməliyik. Həzrəti İbrahimlə (əleyhissəlam) bağlı qissədən məlum olduğu kimi, dağ kimi qalanmış tonqala atılarkən o, yalnız Allahı (cəllə cəlaluhu) xatırlamış, yalnız ondan imdad istəmişdi. Axirət günü bizə şəfaətçi olacaqların başında Kainatın Fəxri, Hz. Muhəmməd (səllallahu əleyhi vəssəlləm) gəlir. "Ümmətim! Ümmətim!" deyə bizi ətrafına toplayacaq, günahlarımızın bağışlanması üçün bizə yardım edəcək, "Bunlar mənim ümmətimdir, Ya Rəbb! Onları bağışla, onları kafirlərlə, münafiqlərlə birlikdə cəhənnəm əzabı çəkməkdən azad elə!", - deyib bizə şəfaətçi olacaqdır. Biz, əlbəttə ki, Ona müraciət edəcək, "Ya Rəsulullah, mən də sənin ümmətindənəm, bütün günah və qüsurlarımla mənə şəfaətçi ol, Cənabı Haqq qarşısında günahlarımın bağışlanması üçün məni də ümmətin kimi qəbul eylə!" deyəcəyik.
    Hələ sağlığında cənnətlə müjdələnmiş on nəfərdən biri, Peyğəmbərimiz (səllallahu əleyhi vəssəlləm) üçün dəfələrlə hər şeyindən keçən Həzrəti Əlinin (radiyallahu anh) xatirinə kim bilir neçə nəfərin günahları bağışlanacaq, cəhənnəm əzabından qurtulacaqdır. Onlardan biri olmaqdan kim imtina edər? "Ya Əli, məni də xatırla, məni də özünlə Peyğəmbərimizin (səllallahu əleyhi vəs səlləm) yanına götür" deyən neçə-neçə insan olacaqdır.
    Elə isə nə üçün biz təkcə Hz. Əliyə (radiyallahu anh) xitab edirik?
    İlk baxışda çox İslami görünən, haqqında bəhs edilən xitab haqqında da eyni sözlər söylənə bilər. Yüz illər boyu ilan kimi sakit, səssiz içimizə, şüurumuza yerləşdirilən zındıq əfkarlar içərisində onlarca, bəlkə, yüzlərcə, minlərcə nümunələr vardır. Məlum olduğu kimi, xristianlıqda bir növ üçtanrılıq mövcuddur - Ata Allah, Oğul Allah, Müqəddəs Ruh. Hətta Hz.İsanın (əleyhissəlam) və Hz.Məryəmə belə sitayiş edilir, onların rəsmləri, heykəlləri qarşısında səcdə edilir və s. Beləliklə, Allahın (cəllə cəlaluhu) saf dininə xələl gətirilərək yenidən bütpərəstliyə qayıdılır. Halbuki, Allah təkdir, şəriki yoxdur, Ondan başqa hər şey və hər kəs Onun tərəfindən yaradılmışdır və Onun hüzuruna qayıdacaqdır.
    Xristianlığı pozanlar eyni məqsədlə İslama da təsir göstərməyə çalışır, saf, təmizqəlbli müsəlmanların da bir qismi bu tora düşərək xristianlığın düşdüyü yanlış yola düşür, pərdə arxasında nələrin işləndiyinin fərqinə varmırlar. "Allah üçdür" deməyin, sizin üçün xeyirli olacağına görə bundan vaz keçin. Allah ancaq bir təkdir. O, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Vəkil olaraq Allah yetər" («Nisa» surəsi, 171).
    Avtomaşınların şüşəsindən, güzgüsündən əsli olmayaraq rəsmlər asılır. Bəzi kənd məscidlərində, kilsə divarlarını xatırladan rəsmlərin asıldığına belə rast gəlmişəm. Hətta səcdə üçün istifadə edilən möhürlərin üzərində belə insan rəsmləri çəkilir. Qəribədir ki, bu rəsmlər bir xristian ölkəsindən deyil, İslam ölkələrindən ixrac edilir.
    Allah, Muhəmməd, Ya Əli!
    Burada ehtiyat edilən nə var? Var. Birinci; bu xitab növü xristianlıqdakı üçtanrılığa çox yaxındır. Halbuki, yuxarıda da izah edildiyi kimi, yalnız və yalnız Allah (cəllə cəlaluhu) hər şeyin yaradanı, maliki, o cümlədən din gününün sahibidir. İmdad istəniləcəksə, yalnız O vardır.
    Hz.Muhəmməd (səllallahu əleyhi vəssəlləm) kəlmeyi şəhadətdə dediyimiz kimi "Allahın qulu və rəsuludur". Diqqət edin, əvvəlcə qulu, sonra Rəsuludur. Allah Rəsulunun (səllallahu əleyhi vəssəlləm) ən yaxını, silahdaşı, din qardaşı, əmisioğlu, kürəkəni Hz.Əli (radiyallahu anh) də öncə Allahın qulu, sonra xəlifədir. Bu halda həm Peyğəmbərimiz (səllallahuəleyhi vəssəlləm), həm də Hz. Əli (radiyallahu anh) öncə qul, sonra birincisi rəsul, ikincisi isə xəlifə rütbələri ilə şərəfləndikləri halda, nə üçün biz Allaha (cəllə cəlaluhu) deyil, Hz. Əliyə (radiyallahu anh) müraciət edirik? Nə üçün, heç olmazsa, "Ya Allah, Ya Muhəmməd, Ya Əli" demir, birinci və ikincinin sadəcə adlarını hörmətsizliklə sadalayıb "Ya Əli" deyirik?
    Məgər Hz. Əli (radiyallahu anh) buna razı olardımı? Allah Rəsulunu (səllallahu əleyhi vəssəlləm), Hz.Əlini sevən, onlara sayqı göstərən, onlar kimi bir həyat yaşamağa çalışan hər bir müsəlman nə Allaha (cəllə cəlaluhu), nə Onun Rəsuluna (səllallahu əleyhi vəssəlləm), nə də Hz. Əliyə (radiyallahu anh) belə hörmətsizlik etməz və bunu ağlına da gətirməz.
    "Bismillah" (Bismillahir Rəhmanir Rahim) hər xeyirin başıdır. Biz də onunla başlayırıq. Bil, ey nəfsim! Bu mübarək kəlmə İslam nişanı olduğu kimi, bütün mövcudatın hal dili ilə Onu anmasıdır". Allah təkdir və şəriki yoxdur. Allaha şərik qoşmayın!

    Fərrux ƏKBƏROV
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 2747 | Tarix: 23.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 141 2 »
    03.01.2011
    Gayidaq hasas masalaya.YA ALLAH YA MUHAMMAD YA ALI.

    01.01.2011
    13. ABDULLAH (Selef) [Məqalə]
    Jahangir ALLAH SENE HIDAYET VERSIN,,9 ILE NECEDENE MEHZEB DEYISHMISEN,,BIRAZDA KECSE MECUSI SONRA ATEIST OLARSAN INSHALLAH,, AMMA EN GOZELI KOMPOT OL happy happy happy

    31.12.2010
    Oki galdi bu suyalın cavabına : biz deyirik YA ALLAH YA MUHAMMAD YA ALİ!!!
    Başqa sööbət olabilməz

    31.12.2010
    Ay rafizler meni 14 yaşım var 5 yaşınnan men Namaz qılmışam mən həm Sələfi olmuşam hə Maliki olmuşam həm Şafii olmuşam amma mən ədaləti gördüm Cəfəri(Şiə) oldum. ən haq yoldadır şiə
    Allah oz hidayətini bizdən göturməsin Amin!!!

    17.06.2009
    10. Abdullahalbashkechiidi (Abdullah_alBashkechiidi) [Məqalə]
    Orxan (AbdulHaq)-BarakALLAHU fikum qardash amma ele sert olma bir az yumshaq ol onlar xestediler biz ise hekim kimi olmaliyiq ve onlari islah mualice etmeliyik ALLAH SUBHANAHU ua TAALANIN izni ile ve ONUN rizasi uchun tebiiki, Assalamu aleykum ua rahmatuLLAHi ua barakatuhu.

    30.05.2009
    9. Orxan (AbdulHaq) [Məqalə]
    Ас саламу алейкум ва рахматуллахи ва баракатуху мусельманлар,рафизилер истиснады,улан сени,шерефсиз рафизи,неди сизин эгидеде дузгюн,э?чаммата ширке деевет эдирсиз,пирлере,сиз эмэли киме бахыб готурурсуз?хэ?киме?суал верирем,киме? эгэр пейгембер саллаллаху алейхи ва салляме бахыб,ве йа имам Али радияллаху анхуйа бахыб ве йа Ислам да уджа шехслере бахыб готурсейдиз йене хе,амма сиз шейтана бахыб готурурсуз хер эмэливизи,сизин эмэливиз бутун суннейе зиддир ай алчаглар,бизим бир гоншу,джахиль гыз,рафизийе эрэ гетмишди,гэнде гыза дейирди ки гель гоншумузнан сиге элэ,ахырда гыз безиб гачды оннан,гелиб атасынын эвинде отурду,горун джахиль гыз о рафизиден алчагдан гейретди чыхды,инди сене суал верим ай рафизи диши,будур сизин хидайет йолувуз*?хейванлар сизден хейирлидир,иблисин достлары,Аллах сизин кимивиз лайигсизсе ,хидает версин онлара,галанларывызы мехв этсин,йахуди торемелери.

    28.05.2009
    8. BACI (MUSELMAN-BACI) [Məqalə]
    Nurana ALLAH sene shefa versin

    27.05.2009
    7. ABDULLAH (Selef) [Məqalə]
    Nurana AMIN ALLAH BIZLERE DAHADA HIDAYET VERSIN SIRATAL MUSTAQIM YOLUNDA SABIT ETSIN ,,, SIZLERE ISE ONCE SHEFA VERSIN ,,,,

    27.05.2009
    6. Nurana (Nurka) [Məqalə]
    Allah bilir ozunuz bilin amma geydirme oyunlarinizla ancaq ozunuze ziyan edirsiz. Allah hidayet etsin sizleri.
    HER HALDA SAYTIN ADMINI SIZSINIZ VE ISTEDIYINIZI BURDA EDE BILIRSINIZ.
    Hec kim kor deyil her halda.
    men bir defe sizin burda qoydugunuz bir movzu ile elaqedar serh yazmisdim onu tez cixardiniz. Niye? serf etmedi ona gore......
    Onda movzu qoyanda zehmet olmasa asagidan sherh yazmaq ucun yer qoymayin.

    26.05.2009
    5. ABDULLAH (Selef) [Məqalə]
    Nurana camahatin haqqina girmeyin BACI harda deyib ki meqaleni o yazib? , niye yalan danishirsan ,oz adina yazan meqalenin altinda oz adini yazardi sadece baci bu meqaleni elave edib ve altindada muellifin adini yazib,,eger oz adina yazsaydi onda danishmaqa ehtiyyac olardi bu barede,, DIQQETLI olun insanlarin haqina girmeyin !!! o ki qaldi nese silmeye , muzakire ucun forum var movzu acin orda ne qeder istesez yazin,, meqale ise oxuya bilmirsinizse bu qaradasha mesxsusdur Fərrux ƏKBƏROV

    1-10 11-14
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2009  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru