Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19925 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14157 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9947 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Mart » 23 » Əhli-Sünnət vəl-Cəmaata görə imanın həqiqiəti
    Əhli-Sünnət vəl-Cəmaata görə imanın həqiqiəti
    16:54

    Mərhəmətli, Rəhimli Allahın adı ilə!

    "İman" kəliməsinin lüğətdəki anlamları

    Lüğətdə əsasən iki məna daşıyır: Əmin-amanlıq və təsdiq.

    Birinci mənası: Əmin-amanlıq. Yəni əmin-amanlıq və arxayınlıq verməkdir. Bu qorxunun ziddidir. "Ona arxayınlıq verdim", "onu qorxutdum" deməyin ziddi olaraq “ona arxayınlıq verdim” deyilir.

    Necəki Allahu Təalə ayədə belə deyir: "Allah onları qorxudan əmin etdi." (Qureyş, 4).

    “اَمن” "Əmənə", yəni: arxayınlığa daxil oldu mənasındadır. “ اِسْتَاًمَنَاِ لَيْهِ” "İstamənə ileyh", onun qoruması altına, himayəsi altına girdi, deməkdir.

    “الأَمنة والأَمانة” "əl-Əmənətu va əl-Əmaanətu", sədaqət və etibarlılıq deməkdir, bu isə xəyanətin ziddidir.

    Allahın, Tabərakə va Təalə, "əl-Mumin" adı buradan gəlir. Çünki O, qullarına zülm etməyəcəyi barədə əmanət (arxayınlıq) vermişdir.

    İkinci mənası: "Təsdiq". Yəni sözünü əməli ilə doğrulayan, təqsdiq edən deməkdir.

    Təsdiq: təkzibin, yəni yalanlamağın ziddidir.

    Lüğətdə “اَمن” ə-m-n maddəsinə daha geniş məlumat üçün bax: əl-Cəvhəri, "Əs-Sıhah fil-Luğah", 5/2071, İbn Manzur, "Lisənul-Ərab", 13/21-27, Feyruzabadi, "əl-Qamus əl-Muhit", səh: 1518.

    Qul, “Rəbb olaraq Allaha iman gətirdim” dediyi zaman “Onu təsdiq etdim” mənasını verir.

    Mömin təsdiqini açıq şəkildə ifadə etdiyi kimi gizlədə də bilər.

    Allah təalə belə buyurmuşdur: “Biz Allaha iman etdik deyin.” (əl-Bəqərə, 136).

    Başqa bir ayədə də belə buyurur: “Onların sizə inanacaqlarınamı ümid edirsiniz?” (əl-Bəqərə, 75).

    Təsdiq, əmin-amanlıq və arxayınlığı əhatə edir.

    Bu səbəblə Yusufun (əleyhis-Sələm) qardaşları atalarına belə demişdilər: “Amma biz doğru danışsaq da sən bizə inanmayacaqsan.” (Yusuf, 17).

    Yəni biz doğru danışsaq da sən bizim xəbərimizi təsdiq etməz, bu xəbərə etibar etməz və bununla qəlbin qənaətlənməz.

    Bu halda istifadə olunmasına görə iman sözünün lüğətdə iki mənası vardır: Arxayınlıq və təsdiq. Bu iki məna bir-biri ilə eynidir.

    Burda bir xüsusiyyətə diqqət çəkməliyik. "İman" lüğətdə təsdiq anlamını daşısa da, bu kəlimə ilə tam əhatəli şəkildə ifadə oluna bilməz. Çünki, əslində "iman" ilə "təsdiq" arasında fərq mövcuddur.

    İman kəliməsi iqrar kəliməsi ilə şəri bir anlamda daha yaxındır, çünki qrammatik anlamında, həm də arzu olunan məqsədi ödəmək xüsusiyyətinə görə "təsdiq" kəliməsindən daha uyğundur. Şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) buna üstünlük verir. O, imanın mənarı içərisinə “iqrar” mənasını da daxil etmişdir.

    Çünki “iqrar etdi” mənasına gələn “أَقَرَّ” ləfzi, bir çox səbəblərə görə şərii imanın mənasını digər ləfzlərdən daha doğru bir şəkildə ifadə etməkdədir. İbn Teymiyyə (rahiməhullah) bu səbəbləri zikr etmiş, sonra bunları ağla uyğun olaraq münaqişə etmiş, imanın təsdiq kəlməsinin eyni mənada olduğunu iddia edənlərin görüşünü qüvvətli bir elmi araşdırma ilə rədd etmiş və bunların eyni mənada olduğu iddiasını çürüdəcək şəkildə aralarındakı fərqi zikr etmişdir.

    Şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) belə deyir:
    "Bu isə "iman" ləfzinə müxalifdir, çünki bu həmişə məful halında "ləm" zamirini alır, heç bir zaman "əməntuhu" deyilməz, lakin "əməntu ləhu" deyilir, "əqrartu ləhu" deyildiyi kimi. Aralarındakı fərqə baxmayaraq İmanın iqrar ləfzi ilə təfsir edilməsi, təsdiq ləfzi ilə təfsir edilməsindən daha yaxındır (uyğundur)." ("Məcmuul-Fətava", 7/291).

    .Daha sonra belə deyir:

    “Rasula iman etməyə gəldikdə isə: Buna iman etmədikcə Allaha iman tamamlanmadığı üçün, bunsuz nicat və səadət hasil olmadığı üçün və bu Allaha, Subhənəhu, gedən yol olduğu üçün, çox əhəmiyyətlidir. Buna görə də İslamın rükunudur: "Əşhədu ənlə iləhə illə Allah va Əşhədu ənnə Muhammədən abduhu va rasuluh".

    Məlumdur ki, iman iqrar deməkdir, yalnız təsdiq anlamını verməz. İqrar həm "təsdiq" adlanan qəlbin sözünü, həm də "inqiyad" (itaət, mütilik, bağlılıq) adlanan qəlbin felini əhatə edir." (“Məcmuul-Fətava”, 7/638).

    Şeyxul-İslam (rahiməhullah), iman ilə təsdiq kəlmələrinin eyni mənada olduğunu iddia edənlərə qarşı çıxarkən belə deyir:

    "İkincisi: Bu (iman) təsdiq ləfzi ilə eyni məna daşımır. Çünki bütün müşahidələrdən və yaxud qeybdən xəbər verən kəsə dildə “صَدَ قْتَ” "sadaqtə" (doğru söylədin) deyilir, ya da “كَذَّبْتَ” "kəzəbtə" (yalan söylədin) deyilir. "Səma üzərimizdədir" deyən kəsə doğru söylədin və yaxud yalan söylədin deyilir.

    İman ləfzinə gəldikdə isə, bu yalnız qeybdən gələn xəbərlər haqqında işlədilir, "Günəş çıxdı və ya batdı" deyən kəsin misalındakı müşahidələr kimi (yəni gözlə görülə bilən), bu zaman "ona iman gətirdik" şəklində bir kəlam dildə yoxdur, beləki bu zaman "onu doğruladıq, təsdiq etdik" deyilir.

    Buna görə də danışanlar, şahidlər və onların bənzərləri haqqında "biz onları doğruladıq" deyilir, "onlara iman gətirdik" söylənilməz. Çünki "iman" kəliməsi "əmn" (güvən, hüzur) kəliməsindən əmələ gəlir, və etibar olunan bir xəbər gətirənin xəbəri haqqında işlədilir. Məsələn, etibarlı biri qeybi bir məsələdə xəbər verirsə “اَمَنّا” “əmənnə”, yəni iman etdik/inandıq deyilir. Bu səbəblə Quranda və başqa bir yerdə ona inandı mənasındakı “اَمَنَ لَهُ” "əmənə ləhu" təbiri ancaq bu növ yerlərdə istifadə olunur." ("Məcmuul-Fətava", 7/291).

    İbn Teymiyyə (rahiməhullah) sözlərinin davamında bunları söyləyir:

    “Üçüncüsü: İman ləfzi lüğətdə təsdiq ləfzi kimi təkzibin müqabili, qarşılığı deyildir. Çünki məlumdur ki, lüğətdə bütün xəbər verənlərə "doğru söylədin" və ya "yalan söylədin" deyilir , və yaxud "sadaqnahu" (biz onu təsdiq etdik, doğruladıq) və ya "kəzəbnəhu" (onu yalanladıq) deyilir. Lakin hər xəbər gətirən üçün "ona iman etdik" və ya "onu yalanladıq" deyilməz. Eləcə də "sən onun möminisən, və ya yalanlayanısan" deyilməz, əksinə, bilinir ki, imanın qarşılığı küfr ləfzidir. O, mömindir və yaxud kafirdir deyilir. Küfr təkziblə təxsis edilməz, xüsusiləşdirilməz.” (“Məcmuul-Fətava”, 7/292).

    Şeyx Muhamməd ibn Saleh əl-Useymin (rahiməhullah) delə deyir:

    “Elm əhlinin əksəriyyəti deyir: “əl-imən” lüğətdə təsdiq anlamındadır. Lakin bunu araşdırmaq lazımdır. Çünki bir kəlimə başqa kəlimə ilə eyni mənada olduqda, onun kimi məful (icra olunan) olur. Məlumdur ki, təsdiq kəliməsi yalnız özü ilə məful ola bilirsə, iman kəliməsi isə yalnız özü ilə məful ola bilmir (yəni mütləq harfi cərr (sözün sonunu kəsra edən) əlavə olunur). Məsələn, onu təsdiq etdim mənasında “صَدَّقْتُهُ” “saddəqtuhu” deyərik, “اَمَنْتُهُ” “əməntuhu” demərik. Lakin “اَمَنْتُ بِهِ” “əməntu bihi” və “اَمَنْتُ لَهُ” “əməntu ləhu” (ona inandıq) deyirik.

    Ancaq hərfi cərr ilə məful ola bilən lazımi bir fel, özü ilə məful ola bilən mütəaddi (təsirli) bir fel ilə təfsir etməyimiz mümkün deyildir. Sonra isə “صَدَ قْتُ” "sadaqtu” kəliməsi “اَمَنْتُ” “əməntu” kəliməsinin mənasını verməz. Çünki “اَمَنْتُ” “əməntu” kəliməsi xəbər verənin xəbərinə münasibətdə “صَدَ قْتُ” “sadəqtu” kəliməsindən daha çox əmin-amanlıq, könül rahatlığını ifadə edər.

    Buna görə də “əl-ima" kəliməsi “əl-iqrar” kəliməsi ilə təfsir edilsə gözəl olar. Biz deyirik ki, əl-iman əl-iqrar deməkdir, və iqrar da yalnız təsdiq ilə olur. “اَمَنْتُ بِهِ” “əmənə bihi” dediyimiz kimi “أقَرَّ بِهِ” “əqarra bihi” deyirik, “اَمَنَ لَهُ” “əmənə ləhu” dediyimiz kimi “أقَرَّ لَهُ” “əqarra ləhu” deyirik.” (“Şərhul-Aqidətul-Vasitiyyə”, 2/229).

    Ey Müsəlman qardaşım! Allah təalə bizə də sənə də sələfi salihin yolunu göstərsin. Bil ki:

    İman kimi həqiqətlərin mənası şəriət vasitəsilə bilinir. Günəş kimi şeylərin mənası lüğət vasitəsilə bilinir. Qəbz, tutmaq, təslim olmaq kimi kəlmələrin mənası da örf (ənənə) vasitəsilə bilinir.

    Şərii təyinlə lüğəvi təyin bəzən birləşə bilir, bəzən də şərii mənanın lüğəvi mənadan daha əhatəli olması səbəbiylə fərqliləşə bilər. Belə vəziyyətlərdə şərii mənada etibar edilməsi lazımdır, çünki biz onlarla Allaha ibadət edərik.

    Şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) deyir:

    “Bilinməlidir ki, Quran və hədislərdəki mövcud ləfzlərin təfsiri və qəsd edildikləri mənalar Peyğəmbərdən (səlləllahu əleyhi və səlləm) öyrənilmişsə, artıq bunlar haqqında nə lüğətçilərin, nə də başqalarının sözlərinə etibar edilməz. Bu səbəblə fiqhçilər dedilər ki: İsimlər üç növdür: Namaz, zəkat kimi bir qisim isimlərin mənası dindən öyrənilir. Günəş və ay kimi bir qisim isimlərin mənası dildən öyrənilir. Qəbz, tutmaq ləfzi kimi bir qisim kəlmələrin mənası da örfdən öyrənilir.” (“Məcmuul-Fətava”, 7/286).

    Yenə Şeyxul-İslam İbn Teymiyyə (rahiməhullah) belə deyir:
    “Müsəlmanların digər imamlarının metodu da budur. Peyğəmbərin bəyan etdiklərinə çatmaq üçün bir yol tapdıqları zaman onlar başqa heç bir şeyə dönüb baxmazlar. Bu imamların üsulunun kənarına çıxanlar bidətlərin içinə düşərlər ki, o zaman da ya Allah haqqında bilmədikləri bir şeyi söyləmiş olurlar və ya həqiqətdən kənar bir şey demiş olurlar. Bu isə Allah və Rəsulunun qadağan etdiklərindəndir.” (“Məcmuul-Fətava”, 7/288).

    Elə isə lüğət cəhətdən imanın tərcih edilən mənası etibar, təsdiq və iqrardır.

    İqrar da iki şeylə birlikdə gerçəkləşir:

    1. Qəlbin etiqadı ilə, yəni qəlbin xəbərləri təsdiq etməsiylə;

    2. Qəlbin əməlləri ilə, yəni əmirlərə itaət etməsi və boyun əyməsilə.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 6684 | Tarix: 03.12.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Mart 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru