Novruz
- əslən farca bir sözdür. Ərəbcələşmiş şəkili “Neyruz”dur. Novruzun
mənası “yeni gün” deməkdir. Novruz bayramı, Farsların bayramlarından
biridir və onların ən böyük bayramı sayılır. Bu günü bayram olaraq ilk
dəfə keçirən şəxs farsların ilk krallarından olan Cəmşiddir. Novruz
Farisi ilin ilk günləri olub, beş gün davam edir. Misirdə yaşayan
qibtilər də (Misirin xristian ərəbləri) Novruzu qeyd edirlər. Qibtilərə
görə Novruz, ilin ilk günü olub Şəm Nəsim (Məltəm ətiri) bayramı
adlanır. Bu barədə ən böyük islam alimi olan Zəhəbi – Allah ona rəhmət
eləsin – “Teşebbuhu'l-Hasîs bi Ehli'l-Hamîs”; s: 46 adlı əsərində belə
demişdir: “Novruz bayramına gəlincə, Misir camaatı həddini aşaraq bu
günü təntənəli şəkildə qeyd edirlər. Novruz, Qibtilərin ilinin ilk günü
olub onlar bu günü bayram olaraq qeyd edirlər. Müsəlmanlar da bu
məsələdə onlara bənzəmişdir” (Medine-i Münevvere İslâm Üniversitesi Dergisi; sayı: 103-104).