Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə kimdir! Əhli
sünnə yekdil olaraq, Peyğəmbərdən sonra Əbu Bəkrin xəlifə olduğunu qeyd
edirlər. Amma digərləri isə bu məsələdə onlara müxalif çıxaraq, Əlinin,
Əbu Bəkr, Ömər və Osmandan, xəlifəliyə daha haqlı olduğunu demişlər.
Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra
ilk xəlifə mütləq Əli olmalıydı deyirlər. Onlar bu iddialarına Qurandan
və Əhli Sünnənin, istər Səhihi Buxari, Səhihi Müslim və ya digər sünnə,
müsnəd, kitablarından bir neçə əsas belə gətirirlər. Biz o dəlillərin
daha əhəmiyyətlisini və doğrusunu qeyd edib, məsələ ilə nə dərəcə
bağlılığını bəyan edəcəyik.
Peyğəmbərimizin
vəfatından sonra qızı Fatimənin xəlifə Əbu Bəkirə acıqlanması barəsində
hadisə etibarlı mənbələrdə qeyd olunur. Möminlərin anası Aişə danışırdı
ki, Peyğəmbərin qızı Fatimə Əbu Bəkirin yanına adam göndərib, ondan
Allahın Elçisindən miras qalan
Deyirlər ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat edəndən sonra Fatimə, Əbu Bəkr əs-Siddiqin yanına gəlib atasından qalan mirasını tələb edəndə, Əbu Bəkr ona miras payını vermədi. Onlar, Fatimənin tələb etdiyi Fədək mirasının mahiyyətində ixtilaf etmişlər.
Günlərin birində alim tələbəsindən soruşur: Nə vaxtdan bəri mənim tələbəmsən? Tələbə: Düz otuz üç ildir ki, sizin tələbənizəm. Alim: Bu müddət ərzində məndən nə öyrənmisən? Tələbə: Bu illər ərzində sizin sayənizdə səkkiz məsələdən agah olmuşam. Alim: İnna lillahi və inna ileyhi raciuun, ömrümü sənə həsr etmişəm, sən isə yalnız səkkiz məsələ öyrənmisən? Tələbə: Ustadım, yalan danışmağı sevmirəm, inanın ki, yalnız səkkiz məsələdən başqa sizdən heçnə öyrənməmişəm. Alim: Yaxşı, danış görüm nədir bu səkkiz məsələ?10]