İslam əqidəsı deyildiyi zaman Əhli Sünnə
vəl Cəmaatın əqidəsi başa düşülür. Çünki Allahın qulları üçün bəyənib seçdiyi
İslam budur. Peyğəmbər - səllallahu aleyhi və səlləm
Səhabə, Tabiin və onlara gözəl bir şəkildə tabe olanlarm yoludur.
SƏLƏF - keçən, keçib gedən, keçmiş deməkdir.
Keçmiş cəmaatdır. «...Və onları sonradan gələnlər
üçün sələf (keçmiş) və ibrət
dərsi etdik». (əz-Zuxruf 56).
Bu şiə saytı alimlərin gizli saxladığı digər "qeyri-rəsmi” şiə baxışını sizə təqdim edir. Lütfən bu məqaləni ötəri yox diqqətlə oxuyun. Unutmayın ki, həqiqəti inkar edənlər sonda öz vicdanlarını itirərlər.
Allah bütün ilahi ad və sifətlərə malik olaraq labüd olaraq mövcud olan əsl tanrının məxsusi adıdır. Allah təkdir. Onun nə oğlu ,nə şəriki, nə də tayı-bərabəri var. O kainatı yeganə yaradıcısı və saxlayanıdır. Hər bir məxluq Onun təkliyinə,ilahiliyinə,rübubiliyinə və Onun ad və sifətlərinin təkliyinə şahidlik edir.
Bu mövzunu yazmaqda məqsədimiz zamanımızda müsəlmanları məşğul etmiş cəhalətin üzr olub olmaması məsələsinə aydınlıq gətirmək deyildir. Lakin bu məsələ ilə bağlı müsəlmanlar öz aralarında münaqişə edərkən tərəflərdən hər biri öz görüşləri üçün Qurandan və sünnətdən dəlillər gətirməyə çalışırlar. Cahilliyi küfr və şirk kimi məsələlərdə üzr sayanların gətirdiyi dəlillərdən də biri validəmiz əs-Siddiqa Aişə’nin – radiyallahu anhə - sözləridir. İddiaya görə Allahu Təalənin insanın öz nəfsində gizlətdiklərini bilməsi həqiqətindən Aişə anamız cahil olmuşdur. Bununla əlaqədar olaraq bu iddianın nə qədər doğru olub olmadığını araşdıracağıq.