Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19623 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16670 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13819 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9569 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9094 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » May » 7 » ƏLİ ra ÖZ ŞİƏLƏRİNİ PİSLƏMƏSI
    ƏLİ ra ÖZ ŞİƏLƏRİNİ PİSLƏMƏSI
    23:11

    O deyir: "Allaha and olsun ki, mən belə zənn edirəm ki, bu tayfa öz batil işlərində yekdil olduqlarından və sizin öz haqq işinizdə yekdil olmadığınızdan, si-zin bu haqq işdə öz imamınıza asi olduğunuzdan, on-ların öz batillərində öz imamlarına itaət etdik-lərindən, onların öz hökmdarına sədaqətli, sizin öz hökmdarınıza xain olduğunuzdan, onların öz diyarla-rında yararlı işlər gördüklərindən, sizin öz diya-rınızda yaramaz işlər gördüyünüzdən sizə qalib gə-ləcək. Qorxuram ki, sizin birinizə bir çarıq etibar etsəm, bağı ilə birlikdə gedər. (Sizə etibar etmək olmaz: dəvəni palanı ilə birlikdə udarsınız.). Ey Allah, mən onlardan cana doymuşam, onlar məndən; mən onlardan bezmişəm, onlar məndən. Mənə onların əvəzində onlardan yaxşılarını ver, onlara mənim əvəzimdə məndən pisini. Ey Allah, onların qəlblərini duz suda əriyən kimi ərit”. ("Nəhc əl-bəlağə”, səh.67, Beyrut çapı)

    O onlara lənətlər yağdırıb deyir: "Ey kişiyə oxşa-yıb kişi olmayanlar! Uşaq xəyallı, qadın ağıllılar. Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanıma-yaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədər-dən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəl-bimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmi-siniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddur-musunuz. Mənim rəyimi mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz. Iş o yerə gəlib çıxıb ki, Qüreyş əhli deyib: "Əbu Talibin oğlu şücaətli adamdır, lakin hərbdən xəbəri yoxdur.


    Onları Allah vurmuşdu! Görəsən onların arasında hərbi işdə məndən qətiyyətli, məndən bacarıqlı bir nəfər varmı? Mən bu işə iyirmi yaşa çatmamış girişmişəm. Budur, indi altmışdan yuxarı yaşım var! Lakin itaət olunmayan adamın sözü keçməz”. (Nəhc əl-bəlağə”, səh.70,71, Beyrut çapı)


    Həmçinin: "Ey adamlar, ey cismən bir yerdə olub fikrən bir-birinə zidd olanlar, səsiniz karın qula-ğını açar, işiniz düşmən sevindirir! Məclislərdə deyirsiniz ki, belə etmək lazımdır, elə etmək la-zımdır, döyüş vaxtı gələndə deyirsiniz: — Mənə nə, mənə nə!


    Kim sizi dəvət etsə, dəvəti cavabsız qalar, si-zinlə yoldaşlıq etməli olanın qəlbi rahat olmaz. Ey yalandan özlərini xəstəliyə vuranlar, siz məndən xa-hiş etdiniz ki, vaxtı uzadım. Borcunuzu verəndə canı-nız çıxır. Zəlil adam özünə qarşı edilən ədalətsiz-liyə mane ola bilməz! Haqq yalnız çalışıb-vuruşmaqla əldə edilə bilər. Öz evinizi itirəndən sonra hansı evi qoruyacaqsınız? Məndən sonra hansı sərkərdə ilə birlikdə vuruşacaqsınız? Allaha and olsun ki, sizə aldanan adam kordur. Kim sizin köməyinizlə qələbə çalıb, Allaha and olsun ki, bu qələbə təsadüfən olub. Sizinlə birgə vuruşmaq küt qılıncla zərbə endirmək kimidir. Allaha and olsun ki, daha mən sizin sözünüzə inanmıram, köməyinizi istəmirəm, düşmənə sizinlə hədə gəlmirəm. Sizə nə olub? Dərdiniz nədir? Əlacı-nız nədir? Onlar da sizin kimi adamlardır. Ey boş danışanlar! Düşüncəsiz qafillər! Haqları olmayan şeyi istəyən tamahkarlar!”. ("Nəhc əl-bəlağə”, səh.72,73)


    O (Allah ondan razı olsun!) Müaviyənin tərəfdar-larını tərifləyir və öz şiələrini pisləyir: "Mə-nim ruhum əlində olan Allah onlara ona görə qələbə verməyəcək ki, onlar sizdən haqlıdırlar, ona görə verəcək ki, onlar öz hökmdarlarının batil işini sürətləndirirlər, siz isə mənim haqq işimi yavaşı-dırsınız. Adətən, millətlər öz başçılarının zül-mündən qorxurlar. Mən isə öz rəiyyətimin zülmündən qorxuram. Sizi cihada səslədim, səsimə səs vermədi-niz; sizə söz demək istədim, eşitmədiniz. Sizi gizlin də, aşkar da dəvət etdim, dəvətimə cavab vermədiniz. Nəsihət etdim, qəbul etmədiniz. Varlığınızla yoxluğu-nuzun fərqi yoxdur. Qul ola-ola özünüzü ağa kimi apa-rırsınız! Mən sizə hökm oxuyuram, ondan uzaq qaçır-sınız. Bəlağətli moizə oxuyuram, hərə bir yana səpə-lənib dinləmir. Sizi zülmkarlara qarşı cihada səslə-yirəm, sözümü bitirməmiş görürəm ki, hərəniz bir tə-rəfə getmisiniz. Öz yerlərinizə qayıdanda bir-biri-nizə yalandan moizələr oxuyursunuz. Mən səhərlər si-zin qəddinizi düzəldib sizi yola salıram, axşam ya-nıma qozbel qayıdırsınız.


    Ey bədənləri qalıb ağılları getmiş, fikirləri müxtəlif, hökmdarları onlardan bəlalar görmüş tay-fa! Sizin hökmdar Allaha itaət edir, siz ona asi olur-sunuz; Şam əhlinin hökmdarı Allaha asilik edir, on-lar ona itaət edirlər. Allaha and olsun ki, Müaviyə sizi onlarla dinarı dirhəmlə xırdalayan kimi dəyiş-məyə razı olsaydı, sizin onunuzu verib onlardan bi-rini alardım.


    Ey Kufə əhli, mən sizdə bir üç şey görmüşəm, bir də iki şey: qulaqlarınız var — karsınız, diliniz var — lalsınız, gözləriniz var — korsunuz; üz-üzə gələn-də doğru danışmazsınız, dara düşəndə bir-birinizə qardaş köməyi göstərməzsiniz. Sizi görüm başınız batsın! Ey çobanları itmiş dəvə sürüsünə bənzəyən-lər! Bir tərəfdən bir yerə toplayanda o biri tərəfdən dağılışırsınız. Allaha and olsun ki, mən indi si-zinlə birlikdəyəm, ancaq təsəvvür edirəm ki, vuruş başlasa, döyüş qızışsa, siz Ibn Əbu Talibdən arala-nıb qabaqdan qıçlarını aralamış qadının qıçları kimi hərəniz bir yana gedərsiniz”. ("Nəhc əl-bəlağə”, səh.141,142)


    Həmçinin: "Əgər mən düşmənlə qarşılaşanda — bu qarşılaşma mənim üçün qara gün olsa belə — şə-hid olmaq arzusunda olmasaydım, hazırlığımı görüb sizdən uzaqlaşar, sağa-sola baxmadan başımı götürüb gedərdim; siz tənə etməkdən, başqalarına irad tutmaq-dan başqa bir şey bilmirsiniz, özünüzü kənara çəkib yalan danışmaq, ara vurmaqla məşğulsunuz. Qəlbləriniz bir-birindən o qədər uzaqdır ki, sayınızın çoxluğunun heç bir faydası yoxdur”. ("Nəhc əl-bəlağə”, səh.176.)


    O sonra demişdir: "Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də elə hörmətə layiq-siniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızış-dıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyət gördüm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsi-niz, nə də sirr açanda etibarlı qardaş!”. ("Nəhc əl-bəlağə”, səh.183)


    O onların xasiyyətini belə təsvir etmişdir: "Ey əmr olunanda itaət etməyən, çağıranda cavab verməyən adamlar! Allahın qəza-qədərinə, məni sizə mübtəla et-məsinə baxmayaraq, Ona həmd edirəm. Siz elə adamlar-ınız ki, möhlət veriləndə hücuma keçirsiniz, döyüşə göndəriləndə geri çəkilirsiniz. Adamlar bir rəhbə-in ətrafına toplaşan kimi siz ona tənə edirsiniz, çətinliyə düşəndə dala qaçırsınız. Canınızdan nə qorxursunuz! Qələbəyə və öz haqqınız uğrunda cihada ma-raq göstərmirsiniz! Sizin üçün ölüm yaxşıdır, yoxsa zəlillik? Allaha and olsun ki, bilmirəm mən öləndən sonra — bu onsuz da olacaq — aramıza ayrılıq düşüb mən sizi tərk edəndə sizi hansı din bir yerə topla-yacaq, hansı həvəs ayağa qaldıracaq? Təəccüblü deyilmi ki, Müaviyə sadə, kobud adamları hədiyyəsiz-filansız dəvət edir, onlar onun ardınca gedirlər, mən isə sizi — Islamın varislərini və başqalarınızı yardım göstərərək, yaxud bir qisminə hədiyyə verərək dəvət edirəm, siz məndən uzaqlaşır və mənim əleyhimə çıxırsınız? Elə bir əmrim olmur ki, ondan razı qalıb yerinə yetirəsiniz, elə bir şey yoxdur ki, onun acığından bir yerə toplaşasınız; ölmək də istəsəm, ölüm yaxına gəlmir! Mən sizinlə birlikdə Kitab (Quran) öyrəndim, elmi söhbətlər apardım, inkar etdi-yinizlə sizi tanış etdim; sizə tüpürdüyünüzü yalatdım. Bunu kor da görərdi, yuxuda olan da oyanıb başa dü-şərdi. Onlar elə bir millətdirlər ki, Allah tanıma-maqda onlara ən yaxın adam onların başçısı Müaviyə-dir! Tərbiyəçiləri də Ibn Nabiğə!”

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1704 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2010  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru