Bu mövzunu yazmaqda məqsədimiz zamanımızda müsəlmanları məşğul etmiş cəhalətin üzr olub olmaması məsələsinə aydınlıq gətirmək deyildir. Lakin bu məsələ ilə bağlı müsəlmanlar öz aralarında münaqişə edərkən tərəflərdən hər biri öz görüşləri üçün Qurandan və sünnətdən dəlillər gətirməyə çalışırlar. Cahilliyi küfr və şirk kimi məsələlərdə üzr sayanların gətirdiyi dəlillərdən də biri validəmiz əs-Siddiqa Aişə’nin – radiyallahu anhə - sözləridir. İddiaya görə Allahu Təalənin insanın öz nəfsində gizlətdiklərini bilməsi həqiqətindən Aişə anamız cahil olmuşdur. Bununla əlaqədar olaraq bu iddianın nə qədər doğru olub olmadığını araşdıracağıq.