RUBUBİYYƏ - Rəbb sözündəndir. Lüğətdə - Mürəbbi - tərbiyə edici, Malik - mülk və iqtidar sahibi, Seyyid- ağa, Mudəbbir- yönəldən, düzüb qoşan, Vəli - idarəçi, Munim - neymət verici, Mutəmmim -tamamlayan və s. mənaları ifadə edir .
Allah - subhənəhu və təalə - hər bir şeydə birdir. Zatında, əməlində, İsim və Sifətlərində də. İbadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqda da birdir. Bu sayılanların heç birində ortağı (şəriki ) yoxdur. Həmçinin yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərən və şəfa verməkdə də ortağı (şəriki) yoxdur. «Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə yüksələn, sürətlə təqib edən, gündüzü gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə tabe edərək yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca və böyükdür». (əl-Əraf 54). «Ey insanlar! Allahın sizə olan nemətini yada salın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir ilah yoxdur. Elə isə necə döndərilirsiniz?». (Fatir 3).
Ümumən Allah - subhənəhu və təalə - kitabları - Lə iləhə illəllah - görə nazil edib, Peyğəmbərləri - Lə iləhə illəllah - görə göndərib, bizim yaradılışımızda - Lə iləhə illəllah -görədir, cihadı da - Lə iləhə illəllah - görə fərz edib. Əsas da elə budur. Bu kəliməni bilmək və səndən tələb etdiyi şeyləri yerinə yetirmək. Əgər əsas möhkəm və düz olarsa onun üzərində qurulan hər bir şeydə möhkəm və düz olar .
ŞƏHADƏT - bir şey haqqında bilərək xəbər vermək, onun doğru olduğunu və sabit olduğuna inanmaq deməkdir, İqrar və itaət, qəlb və dil bir-birinə müvafiq olmadıqca şəhadət mötəbər sayılmaz.
İSLAM - sözdə «ƏL-ISLAM», «ƏL-İSTISLAM> itaət etmək, bağlanmaq deməkdir . Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, itaət ilə boyun əymək, şirkdən və şirk əhli olan müşriklərdən uzaq olmaq deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, Ibrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22).
Əhli Sünnə istər etiqad, istər əhkam, istər
yaşayış baxımından ifrat və təfrit arasında vasat və itidal üzərə olanlardır.
O, halda bu ümmət digər ümmətlər arasında vasat olduğu kimi onlar da bu ümmətin
firqələri arasında vasat olanlardır.