Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19630 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13829 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9100 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyun » 10 » İSLAM
    İSLAM
    15:04
    İSLAM - sözdə «ƏL-ISLAM», «ƏL-İSTISLAM> itaət etmək, bağlanmaq deməkdir .(1) Şəriətdə isə Tövhid ilə Allaha təslim olmaq, itaət ilə boyun əymək, şirkdən və şirk əhli olan müşriklərdən uzaq olmaq deməkdir. «Yaxşı əməl sahibi olub özünü Allaha təslim (İslam) edən, Ibrahimin hənif (2) millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər». (ən-Nisa 125). «Yalnız ona təslim olub itaət edin». (əl-Həcc 34). «Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o artıq ən möhkəm bağdan yapışmış olur». (Loğman 22). 
    Şirkdən uzaq olmaq ondan uzaq olmaq deməkdir. Bu isə şirk əhli olan müşriklərdən uzaq olmaqla olur. «İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir». O zaman onlar öz qövmünə belə demişdilər: «Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman (təslim) gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır». (əl-Mumtəhinə 4).
    Allahın bütün insanlardan iman etməsini əmr etdiyi İslam, bütün Peyğəmbərlərin də iman etdiyi tək dindir. İtaət və təslimiyyət göstərən isə müsəlman adlanır. «İbrahim nə Yəhudi, nə də Xristian idi. O, ancaq Hənif müsəlman (Allaha təslim olan) idi və Allaha şərik qoşanlardan deyildi». (Ali-İmran 67). «Xatırla ki, o zaman həvvarilərə: (İsanın on iki əshabəsinə) «Mənə və Peyğəmbərimə iman gətirin!» deyə əmr etmişdim. Onlar isə: «Bizim müsəlman olmağımıza şahid ol!» deyə cavab vermişdilər. (əl-Maidə 111). Rəbbi İbrahimə: «Təslim ol!» dedikdə, İbrahim də: «Aləmlərin Rəbbinə təslim oldum» - deyə cavab vermişdi. (əl-Bəqərə 131). «(İbrahim və İsmail) Ey Rəbbimiz! Bizim hər ikimizi sənə itaətkar (müsəlman), nəslimizdən yetişənləri sənə təslim (İslam) olan ümmət et». (əl- Bəqərə 128). (Bir zamanlar Nuh belə demişdir) «Mənə müsəlanlardan olmaq əmr edilmişdir». (Yunus 72). İbrahim və Yəqub bunu öz oğlanlarına vəsiyyət edib: «Ey oğlanlarım, həqiqətən Allah sizin üçün (belə bir) din (İslam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz». (əl-Bəqərə 132). Musa dedi: «Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və müsəlman olmusunuzsa, ona təvəkkül edin». (Yunus 84).
    Ayələrə nəzər saldıqdan sonra görürük ki, Allahın göndərdiyi ilk Rəsuldan düz son Rəsula qədər bütün Peyğəmbərlər Allaha təslim (İslam) olmuş və onların dinləri də İslam adlandırılmışdı. Peyğəmbərlərinə tabe olanlar isə onların dövründə müsəlman idilər. Məs: Xristianlar İsa - əleyhissəlam - ın dövründə, Yəhudilər Musa - əleyhissəlam - m dövründə müsəlman idilər. Lakin İslam, son Peyğəmbər Məhəmməd - səllallahu aleyhi və səlləm - gəldikdən sonra Allah bütün bu dinləri nəsx
    (3) etmiş və onlar Muhəmməd - səllallahu aleyhi və səlləm - i inkar etdiklərinə görə artıq müsəlman deyildilər. Çünki hər bir göndərilən Peyğəmbər öz qövmünü, tayfasını və ya öz dövlətini (Allahııı əzabı ilə) qorxutmaq və (Allahın Cənnəti ilə) müjdələmək üçün göndərilmişdir. «Biz Peyğəmbərləri müjdə verən və əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət və hikmət sahibidir». (ən-Nisa 165).
    Muhəmməd - səllallahu aleyhi və səlləırı - isə bütün bəşəriyyətə göndərilmişdi. «Biz səni aləmlərə rəhmət olaraq göndərdik». (əl- Ənbiya 107). Hədislərə gəlincə Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurmuşdu: «İstər Yəhudi, istər Xristian olsun mənim Peyğəmbərliyim haqqında eşidib və mənə iman etməzsə mütləq Cəhənnəm atəşini dadar»
    (4) . Buna görə də Yəhudi və Xristianlardan qurtuluş istəyənlər İslama girərək, İslam Peyğəmbəri Muhəmməd - səllallahu aleyhi və səlləm - ə tabe olmaq məcburiyyətindədirlər. Ancaq bıı şəkildə, Allahm salat və salamı onların üzərinə olsun Musa, İsa və Muhəmrnəd - əleyhimussəlam -a həqiqi şəkildə itaət etmiş olarlar.
    Maraqlı burasıdır ki, bu dinin adı nə bir tayfa, nə bir insan, nə də bir dövlət adı ilə bağlıdır. Necə ki, digər dinlərin adlarına nəzər salsaq, Xristianlıq İsa - əleyhissəlam - ın adından, İudaizm İuda adlı tayfadan, Buddizm Quatama Budda adlı şəxsin adından, həmçinin Konfusianizm Konfusianın adından, Marksizm Karl Marksın adından götürülmüşdü. Yeganə İslam dinidir ki, bu sadaladıqlarımızdan heç birinə məxsus deyildir. Çünki bu adı ona Allah - subhənəhu və təalə - vermişdi. «Allah dərgahında din, əlbəttə ki, İslamdır». (Ali-İmran 19).
    İslam dinidir ki, Allahın dərgahında qəbul edilən və qəbul edənə fayda verəndir. «Kim İslamdan başqa bir din ardınca gedərsə heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar». (Ali-İmran 85). «Necə ola bilər ki, onlar (kitab əhli) Allahın dinindən başqa bir din axtarsmlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz ona (Allaha) təslim olmuşlar və onun hüzururıa qayıdacaqlar». (Ali-İmran 83). İbn Teymiyyə -rahmətullahı aleyhi - deyir ki: «Rəsulların hamısı Allahın dini olan İslamı təbliğ etməklə əmr olunaraq göndərilmişlər. İslam, Allahın nə ilk insanlardan, nə də onlardan sonra gələcək olanlardan ondan başqa heç bir dini qəbul etməyəcəyi tək haqq dinidir. Rəsuilardan bizə gələn səməvi mutəvatir kitablarda xəbər verildiyinə görə Allah insanlardan hənif din olan İslamdan başqa heç bir dini qəbul etməyəcəkdir. Allahın bütün insanlara göndərdiyi, Rəsulların hamısına əmr etdiyi Tövhiddir. O, da Rəsulların, üzərində ittifaq etdikləri İslam dinidir. Bu dinin əsli olan Tövhiddir, ədalətin ən ucasıdır. Əksi isə zülmlərin ən böyüyü olan şirkdir. İbn Teymiyyə - rahmətullahi aleyhi - sözünə davam edərək deyir: «Allahın dini olan İslam iki təməl üzərində qurulmuşdur. Heç bir şeyi Allaha şərik qoşmayaraq Ona ibadət etmək, bunu da Alahın Rəsulunun diliylə bizə bildirdiyi şəriət üzərə etmək. Bu da şəhadət kəliməsinin özüdür» .
    (5)
    İslam dinidir ki, Allah onu Muhəmmədə və ümmətinə lütf etmişdir. «Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətinıi başa çatdırdım və bir din kimi sizin üçün İslamı bəyənib seçdim». (əl-Maidə 3).İslam dininin mərtəbələri, rukunları haqqında bizə (müsəlmanlara) məlumatı Rəsulullah - səllallahu aleyhi və səlləm - in sünnəsində varid olunmuş Cəbrail - əleyhissəlam - ın hədisi xəbər verir. Ömər - radıyallahu anhu -rəvayət edir ki, bir gün Rəsulullah - səllallahu aleyhi və səlləm - in hüzurunda oturmuşduq. Bu vaxt paltarı dümağ, saçları olduqca qara, üzərində səfər əlaməti görünməyən və aramızda heç kimin tanımadığı bir nəfər içəri girib, Peyğəmbər ~ səllallahu aleyhi və səlləm - in yanında oturdu. İki dizini onun dizlərinə söykəyib, əllərini dizlərinin üstünə qoyaraq dedi: «Ey Muhəmməd, mənə İslam haqqında xəbər ver». Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «İslam, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat verrnək, Ramazanda oruc tutmaq, Beyti imkan olduqda həcc etmək». (Adam): Doğru söylədin, dedi. (Ömər) dedi: «Adama heyrət etdik. Həm ona sual verir, həm də onun söylədiklərini təsdiq edirdi». (Yenə) soruşdu: «Mənə İman haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «(İman) Allaha, Mələklərinə, Kitablarına, Peyğəmbərlərinə, Axirət gününə və xeyir və şərin Allahdan olmasına inanmaqdır». (Adam): «Doğru söylədin» dedi. Bu dəfə «Mənə Ehsan haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «(Ehsan) Allahı onu görmüş kimi ibadət etməkdir. Lakin sən onu görməsən də, O, səni görür». (Adam): «O halda mənə Qiyamət saatı haqqında xəbər ver». Rəsulullah: «Soruşulan soruşandan cox bilmir». (Adam): «Onda mənə onun əlamətləri haqqında xəbər ver». (Peyğəmbər) buyurdu: «Qul qadın öz ağasını doğması, ayaq yalın, çılpaq, cobanlarm hündür bina tikməkdə bir-birləri ilə yarışmaları». (Ömər) dedi: Sonra o adam durub getdi». Bir müddətdən sonra (Peyğəmbər) mənə buyurdu: «Ey Ömər, o sual verənin kim olduğunu bilirsən?» Allah və Rəsulu daha gözəl bilir. (Peyğəmbər) buyurdu: «O, Cəbrail - əleyhissəlam - idi. Sizə dininizi öyrətməyə gəlmişdi»
    (6). Həmçinin Əbu AbdurRəhman b. Ömər b. əl-Xəttab - radıyallahu anhu - rəvayət edir ki, mən Rəsulullah - səllallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim. «İslam beş təməl üzərində bina edilmişdi. Allahdan başqa ibadətə layiq haqq ilahi olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət gətirmək, namaz qılmaq, zəkat vermək, Beyti həcc etmək və Ramazan ayının orucunu tutmaq»(7) . Bu hədislərdən göründüyü kimi İslam zahiri əməlləri əhatə edir. Şəhadət kəlməsini dil ilə söyləmək dilin əməli, namaz, oruc, həcc bədənin, zəkat isə malın əməlidir. Buna görə də Islanı dini üç mərtəbədən ibarətdir.
    1. İSLAM. 2. IMAN. 3. EHSAN
    Hər bir mərtəbənin də öz rukunları vardır.
    İslam haqqında çox geniş danışmaq olar, lakin mən, hörmətli bacı və qardaşlarım, ilk öncə özümə, sonra da sizə İslam dinini gözəl bir şəkildə öyrənməyinizi və bu dindən möhkəm yapışmağınızı tövsiyə edirəm. Çünkü Rəsulullah - səllallahu aleyhi və səlləm - bu dində olanların dünya və axirətlərinin xoşbəxt olması ilə bizi müjdələmişdi. Əbu Hureyrə, İbn Ömər - radıyallahu anhumə - dən gələn rəvayətdə Rəsulullah - səllallahu aleyhi və səllənı - buyurur: «İslam qərib olaraq başladı, başladığı kimi yenə də qəribliyə dönəcəkdir. Xoşbəxtdir o qəriblər»
    (8) . Başqa rəvayətdə: «Qəriblərə müjdə olsun! Onlar say etibarı ilə pis adamların içərisində olan, saleh kimsələrdir (azlıq təşkil edənlərdir). Onlara qarşı gələnlər, onlara itaət edənlərdən daha çoxdur» (9). Allah bizi də onlardan etsin.



    (1)«Lisənul-Ərab» 12/293.
    (2)Əbu Hənifə - rahmətullahi aleyhi - deyir ki: «HƏNIF - haqq üzərində düz yeriyən və ona uyan kimsə deməkdir. Bütün dinlərdən üz çevirərək haqqa yönələn kimsədir». «Lisanul-Ərab» 9/157, «İbn Kəsir təfsir» 1/186,187, «Muhtarus-Sihah» s. 159. Digər bir tərif: «Şirkdən uzaq olaıı, Allaha ixlas üzərində bina edilmiş dinin adıdır». «Üç əsas» Seyx Useymin - rahmətııllahi aleyhi - nin şərhi ilə. 
    (3)NƏSX - lüğətdə nəql etmək, axtarmaq deməkdir. Istilahi mənası - şəri bir dəlilin hökmünü yaxud da ləfzini Kitab və Sünnətdən bir dəlil ilə qaldırmaq deməkdir, Hökmü qaldırmaq. «Usuli Fiqh» Şeyx Useymin.
    (4)Müslim.
    (5)Fətva əl-Kubra 1/335, 348, əl-Ubudiyyə s. 34.
    (6)Buxari, Müslim.
    (7)Buxari, Müslim.
    (8)Müslim.
    (9)əl-Albani «Səhihul Cəmius Səğir» 1/12, 3816.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 1205 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2010  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru