Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19630 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13829 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9100 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyun » 11 » ŞƏHADƏT
    ŞƏHADƏT
    12:11
    ŞƏHADƏT
    ŞƏHADƏT - bir şey haqqında bilərək xəbər vermək, onun doğru olduğunu və sabit olduğuna inanmaq deməkdir, İqrar və itaət, qəlb və dil bir-birinə müvafiq olmadıqca şəhadət mötəbər sayılmaz. Çünkü Allah münafiqlərin söylədiklərini: «(Ya Peyğəmbər) Münafiqlər sənin yanına gəldikləri zaman: Biz sənin doğrudan da Allahın Peyğəmbəri olduğuna şəhadət veririk!». (əl-Münafiqun 1). Onlar bu kəlməni yalnız dilləri ilə söylədikləri üçün Allah onları yalançı adlandırmışdı. «Allah da sənin onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir». (əl-Münafıqun 1) .
    (1)
    Şəhadət kəlməsi özü-özlüyündə onu açıqlayır ki, onu söyləyən hər bir kəs yalnız elmi, yəqinliyi, ixlası və səmimiyyəti əsnasında bu kəlməni söyləmiş olur. Bu xüsusiyətlərin olamaması şəhadət kəlməsini etibarsız edir. Şəhadət elm üzərində olan bir kəlimədir. Dünyəvi məsələlərdə insan bir şeyə şahidlik etdikdə bildiyi şeyə şahidlik edər. Bilmədiyi bir şeyə şəhadət edərsə bu - Yalançı şəhadət adlanır. Bu şəhadəti insanlar da qəbil etməzlər. Şəhadəti deyən insan Allaha söz verir ki, mən Səndən başqa heç kəsə ibadət etməyəcəyəm. Əgər o, bu sözünə əməl etməzsə: «Ya filankəsin cəddi!», «Ya filankəs!» deyərsə onda bu söz pozular. Şəhadət Kəliməsinin fayda verməsi üçün insan iki şeyi bilməlidir.
    1. Şəhadət Veriləni - Allahı tanımaq. Bu da özü-özlüyündə iki şeyi əhatə edir. 1) Ümumi tanımaq, 2) Təfsilatı ilə tanımaq.
    ƏŞHƏDU - elmlə deyilən bir sözdür. Bu da bəsirət, göz və xəbərlə əldə edilən bir elmdir. Osman - radiyallahu anhu - rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləııı - buyurdu: «Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər»
    (2). O, dediyi sözün düzgün olması üçün Allahı tanımaq lazımdır. Allah - subhənəhu və təalə - nin tək olduğuna, bənzəri olmadığma, oxşarının, şərikinin olmadığını bilməlidir. Allah SAMƏDDİR - ehtiyacsız, möhtac deyildir. Allah yeməyə, içməyə, rahatlığa ehtiyacı yoxdur. Bütün məxluqat Allaha möhtacdır. Allaha zəiflik, xəstəlik, yuxu, ölüm və s kimi naqisliklər üz vermir. Allah doğmayıb, doğulmayıb, yoldaşı da yoxdur. Allah aləmlərin Rəbbidir, Bütün mülk onun əlindədir. Əmr etmək də, yaratmaq da ona aiddir.İbn Teymiyyə rahmətullahı aleyhi - bu kəlməni belə izah edir: «İLAH ibadət və itaət olunandır. İlahlaşdırılan da yalnız ibadətə layiq olandır. Çünki o, elə bir xüsusiyyətlərə malikdir ki, istər- istəməz onu yüksək məhəbbətlə sevmək və ona itaət, ibadət etmək qaçılmazdır. İLAH - nə ki, sevilir, ibadət edilir və qəlblərin (ürəklərin) ona olan məhəbbətindən ilahlaşdırılır. Ona itaət edirlər və onun qarşısında alçalırlar. Ondan qorxurlar və onu arzulayırlar (istəyirlər). Bəlada ona sarı qaçırlar və mühüm məqamlarda duaları ona yönəldirlər. Ruzi intizarında ona təvəkkül edilir və ondan sığınacaq istənilir. Onun adı zikr olunanda sakitləşirlər və ona olan məhəbbətdən rahatlıq tapırlar. Allahdan başqa belə bir ilah yoxdur». Artıq insan bunu bilərsə o, şəhadət dedikdə kimə şəhadət etdiyini bilər. Az da olsa o, Allahı başqa ibadət olunan ilahlardan ayıra bilməlidir. (Görürsən ki, insan Lə Iləhə llləllah deyır, lakin Allahdan qeyrisındən kömək diləyir, qurban kəsir, nəzir diyir və s. Deməli bu insan hələ də Lə Iləhə Illəllah kəliməsini başa düşməyib). Az bir bilik ilə onunla əqidəsi düzgün olar əməli qəbul olar. Bu kəlimə də ondan qəbul olunar. İnsan bu ümumi bilgi ilə İslam dininə daxil olur. Lakin insan bu bilgi ilə kifayətlənməməli. Mütləq o, bilgisini artırmalı və Allahı geniş surətdə tanımalıdır. Allahın İsim və Sifətlərini bilməlidir ki, bununla da imanı artsın. 
    2. Şəhadət Kəliməsinin mənasını bilməli və səndən tələb etdiyi şeyləri bilməlisən. «Allah özündən başqa heç bir ilah olmadığma şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir ilah olmadığına şəhadət verdilər». (Ali-İmran 18). Bu ayədən göründüyü kimi Allah Özü haqqında şahidlik etdikdə ki, ondan başqa heç bir haqq ilah yoxdur, Mələklər və Elm sahibləri də şahidlik etdilər. Bu şahidlik ən böyük şəhadətdir. Çünkü şəhadət kəlməsi sayəsində hər bir kəsin malı və qanı qorunmuş, himayə altına alınmış olur. İbn Ömər - radıyallahu anhu ~ rəvayət edir ki, Rəsulullah - səllallahu aleyhi və səlləm -buyurdu: «Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincə, namaz qılınca, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdilərmi, öz qanlarım və mallarını məndən qorumuş olurlar. İslamın haqqı ilə olması müstəsna. Haqq- hesablarını çəkmək isə Allaha aiddir» .
    (3)
    Şəhadət kəlməsi ilə Allah bizə əmr etdiyi əməlləri qəbul edir, onunla Cənnətə girmək və Cəhənnəmdən qurtarmaq olar. «Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər». (əl-Əraf 40). Nə qədər günahlar böyük olursa olsun onuıı səbəbi ilə bağışlanılır.

    İlkindən sonuncusuna qədər bütün Peyğəmbərlərin dəvət etdikləri, hətta dəvətlərinin özəyi və işlərinin başı da bu olmuşdu. Son Rəsulumuz Muhəmməd - səllallahu aleyhi və səlləm - də Məkkədə 13 il yalnız bu kəlməyə dəvət etmiş və insanlara onun nə qədər mühüm olduğunu açıqlamağa çalışmışdı. «(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. (Allaha təslim olanlarıq)». (Ali-İmran 64).


    (1)«əl-Əqidətıul-Vasitiyyə» İbn Teymiyyə.
    (2)Müslim.
    (3)Buxari, Müslim.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 1260 | Tarix: 25.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2010  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru