Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19924 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9947 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Dekabr » 30 » Aşura
    Aşura
    05:29


    Aşura günü, onun fəziləti, o gündə oruc tutmağın savabı, o gündə baş verən tarixi hadisələrə dair dəlillər səhih mənbələrə (Quran və Sünnəyə) əsaslanır. Bununla belə, Aşura ilə əlaqədar bəzi əfsanələr və yanlış anlayışlar cahil insanların ağıllarına öz yolunu tapmağa imkan, macal tapa bilmişdir ki, bunlar səhih, etibarlı islam mənbələrinə əsaslanmır və yaxud onlarla dəstəklənmir. Bu adətlərin ən çox yayılanlarına bunlar aiddir:

    Bu gün Adəm əleyhissəlamın xəlq olunduğu gündür.
    Bu gün İbrahim əleyhissəlamın anadan olduğu gündür.
    Bu gün Adəm əleyhissəl
    amın tövbəsinin Allah tərəfindən qəbul olunduğu gündür.
    Bu gün Qiyamət günü baş verəcəkdir.
    Hər kim Aşura günü çimərsə heç zaman xəstələnməz.

    Bütün bunlar və digər buna bənzər qəribəliklər və təxəyyüllər tamamilə əsassızdır. Bu barədə qeyd olunan adət-ənənələr etibarlı deyildir.

    Bəzi insanlar Aşura günü xüsusi yemək bişirməyi adət etməyi Sünnə hesab edirlər. Bu əməlin, həmçinin səhih, etibarlı islam mənblərində heç bir əsası yoxdur.

    Digər insanlar "Aşura "gününün müqəddəsliyini sevimlimiz İmam Huseyinin Suriya ordusu ilə döyüşü zamanı radiyallahu anhu şəhadətinə bağlayırlar. Şübhə yoxdur ki, sevimlimiz Huseyin radiyallahu anhununun şəhadəti tariximizin ən faciəli epizodlarından biridir. Bununla belə, "Aşura” gününün müqəddəsliyinu bu hadisə ilə əlaqələndirmək doğru deyil və mümkün deyil. Bunun səbəbi sadədir. Çünki Aşura gününün müqəddəsliyi Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə qoyulmuşdur ki, bu da sevimlimiz Huseyin radiyallahu anhunun doğumundan çox erkən olmuşdur.

    Əksinə, sevimlimiz Huseyin radiyallahu anhunun şəhadətinin "Aşura” gününə təsadüf etməsi onun üçün fəzilət və ləyaqətdir.

    Muhərrəm ayına dair insanlarda yaranan başqa bir yanlış anlaşma bu ayın "guya” şərrli və yaxud uğursuz ay olmasıdır. Belə ki, bu ayda Huseyin radiyallahu anhu şəhid olmuşdur. Bu yanlış anlaşmadan dolayıdır ki, insanlar Muhərrəm ayında toy etmirlər. Bu bir daha əsassız anlayışdır. Quran və Sünnənin təlimlərinə ziddir. Əgər məşhur bir şəxsin xüsusi bir gündə ölümü ondan sonra gəlməkdə olan həmin günü "uğursuz” edirsə, o zaman bu "uğursuzluqdan” qaçmaq üçün çətin ki, ildə bir gün tapasan. Belə ki, hər bir gün bəzi məşhur insanların ölümü ilə əlaqədardır. Quran və Sünnə bizləri bu cür mövhumatçı inançlardan xilas etmişdir.

    Ağlayaraq şikayətlənmək və matəm mərasimləri
    Bu ayda edilən digər yanlış bir əməl sevimlimiz İmam Huseyinin (radiyallahu anhu) şəhadəti xatirinə hüzn, ağlaşma və matəm mərasimlərinin keçirilməsidir. Əvvəlcə də qeyd olunduğu kimi, Kərbəla hadisəsi tariximizin ən faciəvi hadisələrindən biridir. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm hər hansı bir insanın ölmü ilə əlaqədar hüzn, ağlaşma mərasimlərinin keçirilməsini qadağan etmişdir. Cahillikdə insanlar öz ölülərinin üzərində yüksək səs ilə ağlayardılar, paltarlarını cırardılar, sinələrini, yanaqlarını cırar və vurardılar. Peyğəmbər sallallahu aleyhi və səlləm bütün bunları etməyin qarşısnı aldı və "İnnə lilləhi vua innə ileyhi raciun” (Biz Allaha məxsusuq və Ona da qayıdacağıq) deməklə insanları səbr nümayiş etdirməyə istiqamətləndirdi. Mövzuya dair bir çox səhih hədislər var. Onlardan bəzilərini qeyd edək:

    "Yanaqlarına vuran, paltarlarını cıran və cahiliyyə insanlarının etdiyi tərzdə qışqıran kəs bizdən deyildir”. (Səhih Buxari)

    Bütün etibarlı fəqihlər yekdil rəydədirlər ki, bu cür matəm mərasimləri qadağandır. Hətta seyydimiz Huseyin radiyallahu anhu ölümündən bir müddət əvvəl, öz sevimli bacısı seyyidə Zeynəbə (Allah ondan razı olsun) onun ölümü üzərinə bu cür matəm saxlamaması üçün nəsihət etmişdir. O demişdir: "Mənim əziz bacım! Mən sənin yanında and içirəm ki, mən ölsəm sən paltarlarını cırmayacaqsan, nə üzünü cıracaqsan, nə də mənə görə kiməsə lənət oxumayacaqsan, nə də öz ölümünü istəməyəcəksən”. (Əl-Kamil, İbn Kəsir cild.4 səh.24)

    Sevimlimiz Huseyin radiyallahu anhunun bu nəsihətindən bəlli olur ki, bu cür matəm tərzi hətta bu mübarək insanın özü tərəfindən də məzəmmət olunmuşdur. O insan ki, onun xatirinə insanlar bu cür matəm mərasimləri edirlər. Hər bir müsəlman bu cür əməldən çəkinməli və Peyğəmbər sallallahu aleyhi və səlləm və onun sevimli nəvəsi sevimlimiz Huseyin radiyallahunun təlimlərindən möhkəm tutmalıdır.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: ABDULLAH | Baxılıb: 1507 | Tarix: 01.12.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2009  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru