Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19619 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16665 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13814 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9564 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9090 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Sentyabr » 11 » Həqiqətənmi, Məhəmməd Peyğəmbərin qızı Fatimə Əbu Bəkirə acıqlanmış və onu ölümünə qədər bağışlamamışdır?
    Həqiqətənmi, Məhəmməd Peyğəmbərin qızı Fatimə Əbu Bəkirə acıqlanmış və onu ölümünə qədər bağışlamamışdır?
    22:56
    Mədinə və Fədəkdəki qənimət torpaqlarını (fiy, yəni döyüşsüz əldə edilən hərbi qənimət – E.Q.), həmçinin Xeybərdə xumsdan qalanı istəmişdi. Əbu Bəkir isə Rəsulullahın (s) belə buyurduğunu bildirmişdi: «Biz miras qoymuruq, bizdən sonra qalan isə sədəqə hesab olunur, lakin Muhəmmədin ailəsi həmin mülkdən yeyə bilər». O dedi: «Allaha and olsun ki, mən Allah Rəsulunun sədəqəsindən heç nə azaltmaram, o, Rəsulullahın dövründə olduğu kimi də qalacaqdır və onu Peyğəmbərimizin idarə etdiyi kimi idarə edəcəyəm». Əbu Bəkir onu Fatiməyə verməkdən imtina etdi və ona görə də Fatimə ondan incidi. Fatimə ömrünün sonuna qədər Əbu Bəkirlə danışmadı (Qeyd edək ki, Həzrəti Fatimə Peyğəmbərimizin (s) vəfatından sonra 6 ay yaşayıb). Bu haqda Buxari «Fərdul xums» və «Məğazi», Müslim isə «əl-Cihad vəssiyər» əsərlərində xəbər verir.
    Həzrəti Fatimə Əbu Bəkirin qərarından narazı idi, çünki hesab edirdi ki, xəlifənin istinad etdiyi Peyğəmbərimizin sözləri torpaq və digər mülklərə sirayət etmir. Hədisin ümumi mənasına əsaslanaraq Əbu Bəkir həmin torpaqların dövlət mülkiyyətinə keçməsi haqqında qərar qəbul etdi və Peyğəmbərin ailəsi üçün həmin torpaqlardan əldə olunan gəlirdən məvacib təyin etdi. Belə bir şərhi İbn Həcər əl-Əskalani də verir.
    Digər səhabələrin, o cümlədən Əli ibn Əbu Talibin belə həmin qərara etiraz etməməsi Əbu Bəkirin ədalətli qərar qəbul etdiyini sübut edir və digər xəlifələr də həmin qərarı qüvvədə saxlamışlar. əl-Qurtubi nəql edir ki, Əli ibn Əbu Talibdən başlayaraq Peyğəmbərin ailəsinə aid olan imamlardan heç biri həmin torpaqlara heç bir iddia irəli sürməmişlər. O yazır: «Öz xəlifəliyi dövründə Əli Əbu Bəkir, Ömər və Osman kimi hərəkət edirdi. O, həmin torpaqları öz mülkiyyətinə keçirməyə cəhd belə göstərməmiş və onlardan özünə heç bir hissə ayırmamışdı. Həmin torpaqlardan əldə edilən gəliri isə ondan əvvəlkilərin etdiyi kimi bölüşdürürdü. Sonra həmin torpaqlar Həsən ibn Əliyə, sonra Hüseyn ibn Əli, daha sonra Əli ibn əl-Hüseyn, sonra Hüseyn ibn Həsən, daha sonra Zeyd ibn Hüseyn, daha sonra isə Abdullah ibn Hüseynin sərəncamına keçmişdi. Daha sonra həmin torpaqları Əbu Bəkir əl-Bərkaninin «Səhih»ində nəql etdiyi kimi, Abbasın nəsli idarə edirdi».
    Beləliklə, Əbu Bəkirin Peyğəmbərin vəsiyyətini pozmaqdan imtina etməsi Peyğəmbərimizin qızının hüquqlarının tapdanması demək deyildi. Fatimə düzgün olmasa da öz şəxsi fikrinə əsaslanırdı, lakin bu, heç də onun üstün məziyyətlərini alçaltmır. Hər bir insana, o cümlədən Peyğəmbərimizin mömin səhabələrinə və ailəsinin üzvlərinə də səhv etmək xasdır, günümüzə belə bir rəvayətlər çatıb ki, Həzrəti Muhəmməd peyğəmbər yaşadığı dövrdə də qızı Fatiməyə rədd cavabı vermişdi. Buxarinin «Fədailus səhabə» və Müslimin «əz-Zikr vəd dua» əsərlərində belə bir hədis nəql olunur ki, Fatimə atasından onlara bir xidmətçini bağışlamağı xahiş etmiş, lakin o, rədd cavabını vermişdi. Bunun müqabilində isə Peyğəmbərimiz qızına və Əliyə Allaha şükr etməyi buyurmuşdu.
    Buxarinin «Hibə» və Müslimin «Fədailus səhabə» (Səhiheyndə) nəql olunur ki, Peyğəmbərimizin xanımlarından bir neçəsi Fatiməni Allah Elçisinin yanına göndərib, ona belə deməyi xahiş etmişlər: «Həqiqətən, sənin arvadların Əbu Bəkirin qızı ilə davrandığın kimi onlarla da bu cür davranmaları üçün səni and verirlər Allaha!» Cavabında Peyğəmbər soruşmuş: «Qızım, mənim sevdiyimi sən də sevirsənmi?» Fatimə cavab verdi: «Əlbəttə, sevirəm!», - sonra qayıdıb digərlərinə də bu haqda danışdı. Onlar «Onun yanına bir də get» deyə qızından xahiş etdikdə, Fatimə imtina etdi. Müslimin əsərlərində nəql edilir ki, Peyğəmbərimiz əlavə etmişdi: «Onu (Aişəni) sev».
    Qeyd etmək lazımdır ki, bir sıra məlumatlara əsasən ölümündən qabaq Fatimə Əbu Bəkirlə barışmışdır. «Əs-sünənul kübra» (6/301) əsərində əl-Beyhaqi əş-Şabinin sözlərini belə nəql edir: «Fatimə xəstələndikdə Əbu Bəkir Sıddıq ona baş çəkməyə gəldi və içəri daxil olmaq üçün icazə istədi. «Əli soruşdu: Fatimə, Əbu Bəkir gəlib və içəri girmək üçün icazə istəyir. Fatimə soruşdu: Ona icazə verməyimi istəyirsənmi?» Əli dedi: «Bəli». Fatimə Əbu Bəkirin daxil olmasına icazə verdi. Onun könlünü almaq üçün Əbu Bəkir dedi: «Allaha and olsun ki, mən evimi, bütün mülkümü, ailəmi və doğmalarımı atmışam ki, Allahın, Onun Elçisinin və sizlərin – Peyğəmbər evinin adamlarının razılığını qazanım». O, bu cür sözləri Fatiməni məmnun edənədək deməkdə davam edirdi».
    Bu, göndərilmiş məlumatdır (mürsəl), lakin İbn Kəsir «əl-Bidayə vən nihayə» (5/253) əsərində onun isnadının səhih (etibarlı) hesab etmişdir, çünki «Amir əş-Şabi (ravilərin ən nüfuzlularından biri hesab edilir) bunu ya birbaşa Əlidən, yaxud Əlidən birbaşa eşitmiş bir şəxsdən eşidib». Ona görə də İbn Həcər onun isnadını əş-Şabidən əvvəl etibarlı hesab etmişdi. Möminlərin anası Aişənin sözləri əş-Şabinın sözlərinin həqiqətə uyğun olduğunu istisna etmir, çünki o, ona bəlli olanları nəql edirdi.
    Ümumiyyətlə, müsəlmanlara Peyğəmbərin səhabələri arasında baş vermiş fikir ayrılıqlarını müzakirə etmək yaraşmır, çünki onların hamısını sevmək hər bir iman gətirənin vəzifəsidir. Ənas ibn Malikin sözlərini Nəsai belə nəql edir: «Peyğəmbər demişdi: ənsarları sevmək imanın əlamətidir, onlara nifrət bəsləmək isə riyakarlığın rəmzidir». Əlbani bu hədisi etibarlı adlandırmışdı.
    Əbu Səid əl-Xudrinin sözlərini Əhməd, əl-Buxari, Müslim, ət-Tirmizi, Əbu Davud, İbn Məcə belə nəql edirlər ki, Allahın Elçisi söyləmişdi: «Mənim səhabələrimi danlamayın, çünki sizlərdən kimsə Uhud böyüklüyündə qızıl belə xərcləsə, bu, səhabələrimdən hər hansı birinin sərf etdiyinin bir ovucu, hətta onun yarısı ilə belə müqayisə edilə bilməz». Allaha iman gətirən insan son günündə Uca Allahın cənnət vəd etdiyi Peyğəmbərin səhabələrində hər hansı bir nöqsan axtarmağa və onların məziyyətlərini alçaltmağa necə cürət edə bilər?! Quranda deyilir: «Mühacirlərdən və ənsardan olan ilk qabaqcıllara və yaxşı əməllər etməkdə onlara tabe olanlara gəldikdə isə, Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Və Allah onlar üçün altından arxlar axan bağlar hazırlamışdır. Onlar orada əbədi qalacaqlar. Bu da həmin böyük səadətdir» («Tövbə» surəsi, 100). Həzrəti Muhəmməd peyğəmbərin səhabələrinin üstünlüklərini sübut edən digər ayələr də mövcuddur.
    Lakin ürəkləri imansızlıq və riyakarlıqla dolu olan şəxslər müsəlmanlar ilə Peyğəmbər arasında əlaqəni kəsmək üçün onun səhabələrinin nüfuzunu şübhə altına alırlar. Onlar ümid etmirlər ki, bir gün inananlar Allahın Kəlamı olan Qurani-Kərimdən üz döndərəcək və ya Onun Elçisinin həqiqiliyinə şübhə edəcəklər. Lakin onlar hələ də inanırlar ki, Peyğəmbərin sünnələrini nəql edən səhabələrin nüfuzuna kölgə sala bilərlər.
    Belə bir fitnəkarların arasında elələri var ki, Allah Rəsulu Həzrəti Muhəmməddən (s) sonra ən yaxşı müsəlman olan Əbu Bəkir əs-Sıddıqın ünvanına iftira atırlar. Onlar bəyan edirlər ki, Əbu Bəkir ilə Fatimə arasında baş vermiş fikir ayrılığı xəlifəni Uca Allahın qəzəbinə düçar etmişdi. Bu zaman onlar Buxarinin «Mənaqib» və Müslimin «Fədailus səhaba» əsərlərində qeyd olunan əl-Misvar ibn Məhrəmin hədisinə istinad edirlər. Orada nəql olunur ki, Peyğəmbərimiz demişdir: «Fatimə mənim canımın bir hissəsidir və onu qəzəbləndirən məni də qəzəbləndirmiş olur.» Müslümün variantında isə deyilir: «Fatimə mənim canımın bir hissəsidir və ona əzab verən mənə də əzab vermiş olur».
    Lakin burada Peyğəmbərimizin qızının ədalətli və əsaslı qəzəbləndiyi halların nəzərdə tutulduğu tamamilə açıq-aşkar görünür. Biz artıq göstərdik ki, bu halda Əbu Bəkirin qərarı ədalətli idi, ona görə də onun davranışı Allahın və Onun Elçisinin qəzəbinə səbəb ola bilməzdi. Digər tərəfdən, Peyğəmbər «Fatimə mənim canımın bir hissəsidir» sözlərini qızının əri Əli ibn Əbu Talibə acıqlandığı zaman demişdir. Buxarinin əsərlərinin birində deyilir: «Bir gün Əli Əbu Cəhlin qızına elçi göndərmişdi. Bunu eşidən Fatimə Allah Elçisinin yanına gəlib demişdi: «Adamların deməyə başlayacaq ki, sən qızların üçün heç qəzəblənmirsən! Əli Əbu Cəhlin qızı ilə evlənməyə hazırlaşır!» Allahın Elçisi ayağa qalxıb necə şəhadət gətirdiyini eşitdim və söylədi: «Və sonra… mən qızımı Əbu əl-Asa ibn ar-Rabiyə verdim, çünki o, mənə düz danışmışdı. Həqiqətən, Fatimə mənim canımın bir hissəsidir və mən onun kədərlənməsini istəmirəm! Allaha and olsun, Allah Elçisinin qızı ilə Allahın düşməninin qızı eyni bir adamın arvadı ola bilməz!» Bundan sonra «Əli öz elçiliyindən imtina etdi».
    Buna baxmayaraq, bu hadisə Əli ibn Əbu Talibin üstün məziyyətlərini heç də azaltmır və alimlərdən heç biri bu məşhur səhabəni Allahın və Onun Elçisinin qəzəbinə düçar olmuşların sırasına aid etmir. Belə bir yanaşma Peyğəmbərin qızının qəzəbini qazanmayan Əbu Bəkirlə münasibətdə də ədalətsizdir. Onlar böyük əhəmiyyət daşımayan hüquqi məsələ ilə bağlı fikir ayrılığı yaşadı və xəlifənin gətirdiyi dəlillər Fatimə üçün aydın idi. Həzrəti Əbu Bəkir isə öz növbəsində Peyğəmbərin qızının üstünlüklərini hər vəchlə vurğulamağa və onun iltifatını qazanmağa çalışırdı. Biz əminliklə hesab edə bilərik ki, ölümündən qabaq Fatimə (r.a.) Əbu Bəkirə heç bir kin bəsləmirdi və ona qəzəblənməmişdi. Hər bir halda Allah hər şeyi hamıdan yaxşı bilir.


    Elmir QULİYEV
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: MUSELMAN-BACI | Baxılıb: 2196 | Tarix: 18.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2009  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru