Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra xəlifə kimdir! Əhli
sünnə yekdil olaraq, Peyğəmbərdən sonra Əbu Bəkrin xəlifə olduğunu qeyd
edirlər. Amma digərləri isə bu məsələdə onlara müxalif çıxaraq, Əlinin,
Əbu Bəkr, Ömər və Osmandan, xəlifəliyə daha haqlı olduğunu demişlər.
Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sonra
ilk xəlifə mütləq Əli olmalıydı deyirlər. Onlar bu iddialarına Qurandan
və Əhli Sünnənin, istər Səhihi Buxari, Səhihi Müslim və ya digər sünnə,
müsnəd, kitablarından bir neçə əsas belə gətirirlər. Biz o dəlillərin
daha əhəmiyyətlisini və doğrusunu qeyd edib, məsələ ilə nə dərəcə
bağlılığını bəyan edəcəyik.