İslam ilə əlaqəli anlaşılmazlıqlardan biri də kəlimeyi-şəhadət məsələsində özünü göstərməkdədir. Bilindiyi kimi riyaziyyatda bir misalı həll edərkən düsturlardan birini yanlış tətbiq etsəniz cavab da səhv olacaqdır. Kəlimeyi-şəhadət İslamın düsturudur. İlk mərhələdə bunu doğrulasaq, nəyə necə şahidlik etdiyimizi də doğru anlamış və doğru yaşamış olarıq.
Bir nəfər İbrahim bin Ədhəmin yanına gələrək deyir: “Ey Əbu İshaq, mən özümə çox zülm edirəm (yəni çox günah edirəm). Bundan qurtaqmağa mənə bir yol göstər.” İbrahim bin Ədhəm ona belə cavab verdi:
Qəlbin ancaq Allahı zikr etməklə rahatlıq tapar! “O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə rahatlıq tapmışdır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.” (Rad surəsi, 28)