Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9102 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 14 » TÖVHİDİN MÖMİNİN HƏYATINDAKI YERİ
    TÖVHİDİN MÖMİNİN HƏYATINDAKI YERİ
    11:38
    Tövhidin möminin həyatənda yeri olduqca mühüm və böyükdür. Bunlardan bir neçəsini zikr edə bilərik:

    1) Tövhidin sayəsində qul həqiqi həyat yaşayır və bununla da Bağışlayan və Rəhimli olan Allahın kərəmini və nemətlərini qazanır. Tövhidsiz isə o, heyvanların həyat tərzi kimi həyat sürür. Necə ki, Uca Rəbbimiz Quranda buyurur:
    “Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.” (Furqan, 44)

    2) Həqiqətən əgər bir qulda tövhid itərsə, o meyit hesab olunur, hətta o, yer üzündə gəzib dolaşsa belə. Lakin tövhidi yaşayan kəs həqiqi həyata sahib olur. Allah Təalə buyurur:
    “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi.” (Anam, 122). Ayədə məqsəd: yəni Biz onu iman və tövhidlə diriltdik-anlamına gəlir.
    Digər bir ayədə Uca Allah buyurur: “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin.” (Anfal, 24)

    3) Tövhidlə məmləkətlər və bədənlər əmin amanlıqda olur.
    Hər bir insan istəyər ki, dünyada ikən o, sıxıntılardan və qorxulardan əmin-amanlıqda olsun və o, dünyada ikən əmin-amanlığı özü üçün böyük bir nemət hesab edir. İnsan aclıqdan əmin olmaq üçün özünə ruzi toplayır, xəstəlikdən əmin olmaq üçün özünü qoruyur, düşməndən əmin olmaq üçün güc toplayır. Hər bir insan insan istəyər ki, əmin-amanlıqda olsun. Bəs axirətin əmin-amanlığını necə qazanmaq olar?! Halbuki o əbədi həyətın əmin-amanlığıdır… Uca Allah bizə dünya və əbədi həyat olan axirət yurdunun əmin-amanlğını qazanmamız üçün hidayət yolunu göstərmişdir. Allah Quranda buyurur:

    “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam, 82)

    Digər bir ayədə isə buyurur: “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə — yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə — onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir!” (Nur, 55)

    4) Tövhidlə qulun rahatlığı və səadəti təmin olunur. Uca Rəbbimiz buyurur:

    “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin müqabilində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (Nəhl,97).

    Digər bir ayədə buyurur:
    « Məndən sizə doğru yolu göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar.» (Ta ha, 123).

    Başqa bir ayədə buyurur:
    “Ta, Ha! Biz Quranı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi). (Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik). ” (Ta hə, 1-3). Yəni onu sənə ancaq sən və sənə tabe olanlar səadət tapsın deyə endirdik.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 618 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru