Qardaşlarımızın yol verdiyi böyük xətalardan biri də hər hansısa fərz namazı məsciddə camaatla birlikdə qılmamaq və ümumən camaat namazına getməməkdir. Bilmək lazımdır ki, Uca Allah fərz namazları camaatla qılmağı bizə əmr etmişdir. Uca Allah buyurur: - Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə surəsi, 43) -... Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get! (Ali İmran, 43)
Günümüzdə informasiya və digər texnologiyaların inkişafı uşaqlarımızı istədiyimiz kimi tərbiyə etməyi çətinləşdirir. Xüsusən oğlan uşaqları batil musiqi, əyləncə və rəhavətdən ibarət həyatın qarşısında kişiyə yaraşmayan incə, zərif, qadınsayağı xislətdə tərbiyə almaqdadırlar.
Sizə təqdim etdiyimiz bu kiçik məqalə böyük İslam alimi İbnul-Qayyim əl-Cevziyyənin (691- 728 h.) müsəlmanın qəlb və ruh tərbiyəsinə dair qələmə aldığı əl-Fəvaid adlı kitabından alınmışdır.
İslam ilə əlaqəli anlaşılmazlıqlardan biri də kəlimeyi-şəhadət məsələsində özünü göstərməkdədir. Bilindiyi kimi riyaziyyatda bir misalı həll edərkən düsturlardan birini yanlış tətbiq etsəniz cavab da səhv olacaqdır. Kəlimeyi-şəhadət İslamın düsturudur. İlk mərhələdə bunu doğrulasaq, nəyə necə şahidlik etdiyimizi də doğru anlamış və doğru yaşamış olarıq.
Bir nəfər İbrahim bin Ədhəmin yanına gələrək deyir: “Ey Əbu İshaq, mən özümə çox zülm edirəm (yəni çox günah edirəm). Bundan qurtaqmağa mənə bir yol göstər.” İbrahim bin Ədhəm ona belə cavab verdi: