“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, başıörtülü tələbələrin şəklini çəkərək, universitetə daxil olmalarına icazə vermədiyi üçün məhkəmə qarşısına çıxarılan Egey Universiteti Astronomiya fakültəsinin müəllimi prof. Əsəd Rənnan Pekünlü barəsində hökm oxunub.
Məhkəmə universitet müəlliminin yol verdiyi davranışlarına görə 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb. Qərarda professorun cəzasının təxirəsalınmadan icra edilməsinin zəruriliyi də xüsusi vurğulanıb.
Xatırladaq ki, Pekünlü barəsində cinayət işi açıldıqdan sonra universitetdəki fəaliyyətinə son qoyaraq, təqaüdə çıxmışdı. Prof. məhkəmədə tələbələrin şəxsi həyatlarına müdaxilə və təhsil haqqlarını əldən alma maddəsi ilə ittiham olunurdu.