Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 15 » Oğlan uşaqlarını əsl kişi kimi tərbiyə etmək
    Oğlan uşaqlarını əsl kişi kimi tərbiyə etmək
    09:59
    Günümüzdə informasiya və digər texnologiyaların inkişafı uşaqlarımızı istədiyimiz kimi tərbiyə etməyi çətinləşdirir. Xüsusən oğlan uşaqları batil musiqi, əyləncə və rəhavətdən ibarət həyatın qarşısında kişiyə yaraşmayan incə, zərif, qadınsayağı xislətdə tərbiyə almaqdadırlar.

    Bu gün teviziya və radiolardakı bir çox aparıcılar, müğənni və digər sənət admları buna canlı sübutdur. Yəni artıq bu bir problem kimi cəmiyyətin qarşısındadır. Hərçənd ki, cəmiyyətin özünün bundan hələ xəbəri yoxdur. Yenə də bu məsələnin həllində İslami tərbiyə öz üslubu ilə seçilməkdədir. Bu yazımızda sizə evladlarımızı, oğlan uşaqlarını kişi kimi tərbiyə etmək üçün İslami qaydalardan bəzilərini hədislərdən nümunələrlə nəzərinizə çatdıracağıq.

    1.Oğlan uşağını bəzən böyüklərin məclisinə aparmaq.

    Bu zaman əlbəttə həmin məclisin mahiyyəti nəzərə alınmalıdır. Söhbət burada dini-əxlaqi görüş və söhbətlərin olduğu məclislərdən gedir. Bu uşağın fikir dünyasını genişlədir, özündən böyük saleh əməlli insanlara özünü bənzətməsinə kömək edir. Səhabələr həmişə öz uşaqlarını Rəsulullahın məclisinə gətirərdilər. Bunu təsdiqləyən hədislərdən birini Muaviyə bin Qurrə Rivayət edir: Rəsulullah oturduqda səhabələr yanına toplaşıb oturardılar. Onlardan birinin uşağı arxasından gələrdi onu da qabaq tərəfdə oturdardı." (Nəsəi)

    2.Onlara qəhrəmanlar, İslam tarixində baş verən döyüşlər və qələbələrdən bəhs etmək.

    Bu onlarda şücaət və igidlik kimi keyfiyyətlərin formalaşmasına təkan verir. Zubeyr bin Avvamın iki oğlu vardı. Oğlanlarından biri atası ilə bəzi döyüşləri seyr etmişdi. Digəri isə atasının döyüş təəssüratlarını dinlər, hətta bu zaman onun çiynində olan qılınc yaraları ilə oynardı. Oğlu Urvə bin Zübeyr rəvayət etməkdədir: Yərmuk döyüşündə səhabələr Zübeyrə dedilər: Döyüşə giriş, biz də səninlə döyüşə girək." O, isə cavab verdi: Döyüşə girişsəm qorxuram mənə inanmayasınız." İnanarıq" - dedilər. Zübeyr düşmənə qarşı hücuma keçdi. Döyüşə-döyüşə düşmən qoşununu yararaq ikiyə böldü. Bu zaman yanında bir adam görmədi. Geri dönmək istədikdə düşmənlər atının cilovundan tutaraq çiyninə iki qılınc zərbəsi vuraraq yaraladılar. Vurulan iki qılınc yarasının ortasında Bədr döyüşündə aldığı bir yara vardı. Mən əlimi bu yaranın içinə qoyub oynayardım." Urvə o gün qardaşı Abdullah bin Zubeyrin atası ilə bərabər olduğunu rəvayət etməkdədir. Abdullahın o zaman on yaşı vardı. Abdullahı atası ata mindirib bir nəfərə tapşırdı." (Buxari)İbn Həcər Əsqalani bu hədisin şərhində bunları söyləyir. Zübeyr oğlu Abdullahın şücaətini, yaxşı at sürməyini anlayıb onu ata mindirmişdi. Və özünün döyüşə başı qarışdığı zaman onun üzərində olduğu atla gücünün yetməyəcəyi düşmənə qarşı hücuma keçəcəyindən ehtiyatlanaraq oğlunu düşməndən qorumaq üçün onu bir nəfərə tapşırmışdı." Həqiqətən, gələcəkdə Abdullah bin Zubeyr öz igidliyi və qorxmazlığı ilə məşhur bir şəxs olmuş, zülmə qarşı çıxmış və bu yolda şəhid olmuşdur.

    3.Onlara böyüklərə qarşı ədəbli olmağı öyrətmək.

    Bir hədisdə Əbu Hureyrə Rəsulullahdan (s) rəvayət edir: Kiçik böyüyə, keçən oturana, az çoxa salam versin" (Buxari)

    4.Uşağa məclisdə yerini bildirmək.

    Bunu bu hədislə izah etmək olar - Səhl bin Sə`d rəvayət edir: Rəsulullaha (s) bir qab su verildi. Sağında bir uşaq, solunda yaşlılar oturmışdu. Rəsulullah (s) uşağa dedi: Ey oğlan, icazə verirsənmi suyu böyüklərə verəm." Uşaq cavab verdi: Sənin verdiyin suyu heç kimə isar (digərini özümə tərcih) etmərəm, ya Rəsulullah." Rəsulullah da birinci suyu ona verdi" (Buxari)

    5.Uşaqları idmana sövq etmək.

    Atıcılıq, at minmək, üzgüçülük kimi idman növləri sağlamlıqla yanaşı uşaqlarda kişilik keyfiyyətlərini də inkişaf etdirir. Hz. Ömər Əbu Ubeydə bin Cərraha yazarq deyirdi: Uşaqlarınıza üzməyi öyrədin" (Əhməd bin Hənbəl)

    6.İncəliyə, zərifliyə aparan işlərdən çəkindirmək.

    Uşağın valideyni öz evladını (oğlan uşağını) qadınlar kimi geyinmək, onlar kimi saçını daramaq, rəqs etmək, qızıl taşmaqdan çəkindirməlidir. İmam Malik deyir: Uşağın qızıl taxması məkruhdur. Çünki, mənə çatmışdır ki, Rəsulullah qızıl üzük taxmağı qadağan etmişdir. Mən qızılı yaşlı kişilərə və uşaqlara məkruh görürəm" (İmam Malik, Mubatta kitabı).Evladlarımız Allahın bizə əmanətləridir. Onların təbiyəsi, şəxsiyyətlərinin formalaşması bizim məsuliyyətimizdədir, bunlara görə Allaha cavab verəcəyik. Bu qarışıq zamanda tərbiyədə ancaq İslami dəyərlərə sadiq qaldığımız müddətcə övladlarımızı xilas edə bilərik.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 696 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 8
    Qonaqlar: 8
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru