Ana Səhifə » 2012 » Sentyabr » 15 » İngiltərə məktəblərində Həzrəti Məhəmmədin həyatı tədris olunacaq
İngiltərə məktəblərində Həzrəti Məhəmmədin həyatı tədris olunacaq
09:50
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, ötən gün İngiltərənin paytaxtı Londonun mərkəzi məscidində Məhəmməd peyğəmbərin həyatının ölkə məktəblərində tədrisinə dair konfrans keçirilib.
Konfransda iştirak edən İslam Dünyası Liqasının (İDL) Baş katibi Adil əl-Şiddi tədbirin sentyabr ayının İngiltərədə Həzrəti Məhəmməd ayının elan edilməsi çərçivəsində keçirildiyini deyib.
Tədbirdə çıxış edən mərkəzi məscidin müdiri və İslam Mədəniyyət Mərkəzinin sədri Əhməd əd-Dubayan krallıq məktəblərində Həzrəti Məhəmmədin həyatının öyrədilməsi üçün kursların keçirilməsi məsələsində hökumətlə razılıq əldə olunduğunu deyib. Dubayan kursların təşkilində məqsədin İngiltərə ictimaiyyətinin Məhəmməd peyğəmbərin həyatı ilə tanışlıq və onun barəsində yayılan yanlış məlumatların aradan qaldırılması olduğunu vurğulayıb.
Mərkəz sədri ingiltərəlilərin Həzrəti Məhəmmədin həyatını rəsmi icazə ilə öyrənəcək ilk avropalılar olmaqdan fəxr etməyə haqq qazanacaqlarını da çıxışında bildirib.