Allah təala buyurur: "- Ey iman gətirənlər! Sizə elə bir ticarət (qazanc yolu) göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? (O qazanc yolu budur: ) Allaha və Onun Peyğəmbərinə iman gətirəsiniz. Allah yolunda malınız və canınızla vuruşasınız (cihad edəsiniz). Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" ( Səff surəsi, 10, 11).
Allaha elmi, mərhəməti, lütfü, böyüklüyü, alicənablığı və ucalığı qədər həmd olsun. Allahın yer üzərindəki qullarına xeyiri, fəziləti, aydınlığı və həqiqəti öyrədən bütün peyğəmbərlərinə, o cümlədən son peyğəmbəri Məhəmmədə (s.ə.s), onun ailəsinə, səhabələrinə, dəvət etdiyi hidayət yoluna tabe olanlara salam olsun.
Həmd və səna yalnız Allaha məxsusdur. Xeyir dua və salam Rəsulullaha (s.ə.v), onun ailəsinə və əshablarının və qiyamətə qədər onların yolunu davam etdirənlərin üzərinə olsun.
Allah Təala Peyğəmbər (s.ə.s)-ə belə əmr etmişdir: "Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib tə’riflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!" (əl İsra surəsi, 79) Bu əmrin Peyğəmbər (s.ə.s)-ə aid olmasına baxmayaraq, Rəsulallah (s.ə.s)-ə tabe olmaları əmr edilən bütün müsəlmanlar da bu hökmün içərisinə girir.
Əbdüləziz ibn Abdulla ibn Məhəmməd ِِAli Şeyx tərəfindən bütün müsəlmanlara müraciət. Allah hamımızı hər cür xeyirlərə müvəffəq etsin! Həmd olsun Allaha – aləmlərin Rəbbinə! Elçilərin və peyğəmbərlərlin ən şərəflisi olan Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə və bütün əshabələrinə salavat və salam olsun!
Telefon faydali ixtiralardan və yeni dövrün ehtiyaclarını ödəyən vasitələrdən biridir. O, vaxtı çoxaldır, məsafəni isə azaldır. Artıq müasir dövrdə telefon vasitəsi ilə bütün istiqamətlərlə əlaqə saxlamaq mümkündür. Telefondan namaza oyatmaq, dini sual vermək, fitva və məsləhət almaq, xeyirxah insanlara dəstək vermək və qohumluq əlaqələrini genişlətmək kimi saleh əməllər etmək üçün istifadə etmək mümkündür. Bu baxımdan telefonun faydalı xüsusiyyətləri çoxdur.
Qardaşlarımızın yol verdiyi böyük xətalardan biri də hər hansısa fərz namazı məsciddə camaatla birlikdə qılmamaq və ümumən camaat namazına getməməkdir. Bilmək lazımdır ki, Uca Allah fərz namazları camaatla qılmağı bizə əmr etmişdir. Uca Allah buyurur: - Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə surəsi, 43) -... Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get! (Ali İmran, 43)
Günümüzdə informasiya və digər texnologiyaların inkişafı uşaqlarımızı istədiyimiz kimi tərbiyə etməyi çətinləşdirir. Xüsusən oğlan uşaqları batil musiqi, əyləncə və rəhavətdən ibarət həyatın qarşısında kişiyə yaraşmayan incə, zərif, qadınsayağı xislətdə tərbiyə almaqdadırlar.
Sizə təqdim etdiyimiz bu kiçik məqalə böyük İslam alimi İbnul-Qayyim əl-Cevziyyənin (691- 728 h.) müsəlmanın qəlb və ruh tərbiyəsinə dair qələmə aldığı əl-Fəvaid adlı kitabından alınmışdır.