Telefon faydali ixtiralardan və yeni dövrün ehtiyaclarını ödəyən vasitələrdən biridir. O, vaxtı çoxaldır, məsafəni isə azaldır. Artıq müasir dövrdə telefon vasitəsi ilə bütün istiqamətlərlə əlaqə saxlamaq mümkündür. Telefondan namaza oyatmaq, dini sual vermək, fitva və məsləhət almaq, xeyirxah insanlara dəstək vermək və qohumluq əlaqələrini genişlətmək kimi saleh əməllər etmək üçün istifadə etmək mümkündür. Bu baxımdan telefonun faydalı xüsusiyyətləri çoxdur.
Lakin, eyni zamanda telefon bir çox günahların yaranmasına vəsilədir. Neçə-neçə ailələr bu qurğunun yalnış istifadəsi nəticəsində dağılmış, evin sakinləri isə pərən-pərən düşmüşlər. Telefonun çox asanlıqla yalnış istiqamətdə istifadəsi fitnəni evə bayırdan ən tez gətirən vasitədir. Onun yalnış istiqamətdə istifadəsi: 1.Onun vasitəsi ilə qarşılıqlı konfliktlər artır. 2.Qadın yad kişi ilə tanış olur. Əlaqələri genişlənir. Allahın tövbə yoluna hidayət etdiyi bir gənc deyir ki, az-az ola bilər ki, oğlan bir qızla telefonda tanış olsun, amma görüşməsin. Görüşəndən sonra da aralarında olan haram münasibət get-gedə inkişaf edir. 3.Ərin arvada, arvadın da ərinə xəyanətinə, övladların valideynlərinə asiliyinə səbəb olur. 4.Qəlbin paslanmasına və Allahı zikrdən uzaqlaşmağa səbəb olan faydasız söhbətlər vaxtı hədər yerə aparır. Xüsusilə də bu hal qadınlar arasında daha çox yayılmışdır. Telefon problemlərinin həlli: 1.Ondan yalnış istiqamətlərdə istifadə edənlərə tövsiyə vermək. 2.Danışıq zamanı şübhəli xəbər eşitdikdə Allahın kitabına müraciət etmək lazımdır ki, fitnə yaranmasın. Allah taala buyurur ki, aydınlaşdırın! 3.Islam tərbiyəsi bu cihazın doğru istiqamətdə istifadə edilməsinə zamindir. 4.Əgər bu cihazın istifadəsi bir evdə xeyrindən çox ziyan gətirirsə və bunun qarşısını başqa yolla almaq mümkün deyilsə, onu evdən uzaqlaşdırmaq daha yaxşı olardı.