Allah-tala Qurani-Kərimdə buyurmaqdadır: «De: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.» (İsra 88) Qurani-Kərim qeybi bilən, var olan və var olacaq insanların halını bilən Xaliq və Alim olan Allahın Kitabıdır.
Quran göydəki ulduzlar üçün نجم nəcm sözünü işlədərkən beş yerdə dəكوكب kəvkəb kəlməsindən istifadə etmişdir. Ağlımıza bir fikir gəlməkdədir bu kəvkəb kəlməsi ilə planetlər qəsd edilməkdədir və ya planetlərin ulduzlardan ayn olduğunu diqqətə çatdırmaq üçün Allah onlardan " kəvkəb" olaraq bəhs etmişdir. Araşdırdığımız zaman bu iki fikri Quranın dəstəklədiyini görə bilərik. " Kəvkəb" sözünün keçdiyi yerlərə nəzər salaq:"Həqiqətən ən yaxın göy üzünü bir bəzəklə, kəvkəblə bəzədik ( Saffat 6)
İnsanların iman etməsi üçün Allahın möcüzələri bu gün də davam etməkdədir. Bunu görmək üçün sadəcə olaraq insanların özlərini və ətraf təbiəti ağlın gözü ilə müşahidə etmələri lazımdır. Küveytli elm adamı dr. Yusuf Bədr Qərb ölkələrində qeyri-müsəlman alimlərin apardığı və özünün də iştirak etdiyi tədqiqatlarda su molekullarının üzərində deyilən söz səbəbi ilə müxtəlif formalar aldığını öyrənmişdir.
Əvvəlki iki yazımızda insanlar arasında yeknəsəqsizliyin səbəblərindən, islam dünyasında ixtilaf deyilən və müsəlmanlara ən böyük zərbəni endirən bir problemi doğuran cəhətlərdən danışmışdıq.
Indi isə,müsəlmanların düçar olduqları ixtilafın səbəblərini araşdıraq.Öncə bir şеyi qеyd еdək ki, ümumi olaraq ixtilafı iki yеrə: a) parçalanmaya səbəb olan, b) parçalanmaya səbəb olmayan ixtilafa bölürlər.