İnsanların iman etməsi üçün Allahın möcüzələri bu gün də davam etməkdədir. Bunu görmək üçün sadəcə olaraq insanların özlərini və ətraf təbiəti ağlın gözü ilə müşahidə etmələri lazımdır. Küveytli elm adamı dr. Yusuf Bədr Qərb ölkələrində qeyri-müsəlman alimlərin apardığı və özünün də iştirak etdiyi tədqiqatlarda su molekullarının üzərində deyilən söz səbəbi ilə müxtəlif formalar aldığını öyrənmişdir.
Belə ki, suyun fiziki xassəsi ona deyilən sözün təsiri ilə dəyişməkdədir. Elmi təcrübələr zamanı sübut olunmuşdur ki, suya söylənilən xoş və sevgi dolu sözlərdən sonra su molekulları gözəl bir formaya düşür. Əksinə, nifrət və qəzəb bildirən sözlər nəticəsində isə qarışıq və qorxulu şəkil aldığı görülmüşdür. Bundan sonra isə suya Quran ayələri oxunmuş bu zaman su molekullarının daha gözəl və ecazkar şəkil aldığı müşahidə olunmuşdur. Araşdırma aparan alimlər bu zaman suyun fiziki xassəsinin də dəyişdiyini isbatlamışlar. Beləliklə, nəzərə alsaq ki insan orqanizminin 70% sudan ibarətdir, bu zaman Quran oxumanın və zikr etmənin nə qədər faydalı olduğunu təsəvvür etmək asandır. Bildiyimiz kimi hər bir işə başladıqda "Bismilləhir-Rəhmanir-Rəhim" demək İslamın buyurduğu ədəblərdəndir. Yemək yeyərkən, su içərkən bu kəlmə ilə başlamaq əsas sünnətlərdəndir. Bu zaman yediyimiz maddənin və içdiyimiz suyun fiziki xassəsi dəyişərək tərkibindəki mikroblar inşallah məhv olar. Əlbəttə ki, bu elmi araşdırmanın nəticəsidir. Bundan başqa dinimizdə gündəlik həyatda hər bir işə başlarkən xüsusi oxunan dualar mövcuddur. Hətta mömin öz xanımına yaxınlaşdıqda belə cinsi münasibətdən əvvə! oxunacaq dua vardır: "Allahım, bizi şeytandan və şeytanın bizə verdiyi uşaqdan uzaqlaşdır" Yuxarıda dediyimiz elmi nəticəni və insanın nədən yarandığını nəzərə aldıqda bu duanın elmi faydası məlum olur. Bundan əlavə, Rəsululah (s) bizlərə hündürə qalxdıqda "Allahu Əkbər", yüksəklikdən endikdə isə "Sübhanallah" deməyi tövsiyə etmişdir. Beləliklə qalxma, enmə kimi insan bədənində fiziki dəyişikliklər yaradan hərəkətlər zamanı bu zikrlərin necə əhəmiyyətli olduğu bizə aydın olmaqdadır. Möminlər xəstələndikləri və ya hər hansı bir orqanları ağrıdığı vaxt ruqyə edərlər. Yəni şəfa niyyəti ilə suyun üzərinə xüsusi ayə və duaları oxuyub içərlər. Bu əməl Rəsulullahın sünnəti ilə sabitdir. Beləliklə elm də bir daha Rəsutullahın bu mübarək tövsiyəsinin məğzini izah etməkdədir. Beləcə Allah-tala öz ayələrini (yəni dəlil və sübutlarını) həmişə qullarına göstərməkdədir. Bu hal qiyamətə qədər belə davam edəcəkdir. İnsanlıq əsrlər, qərinələr keçdikcə yen-yeni elmi nailiyyətlər əldə etməkdədir. Ancaq bütün bu irəliləyişlər sadəcə Onun varlığının bir dəlil olmadan ötəyə getməz.