Uca Allah buyurur: “(Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) öz günahlarının, bağışlanmasını dilə”. (Muhəmməd 47:19). İmam əl-Buxari öz “Səhih” əsərində “Elm, söz və əməldən öncədir” fəslini əlavə edərək bu ayəni gətirmiş və demişdir: “Allah əvvəl elmdən başlamışdır”. ( Bax “Səhih əl-Buxari”, 1/211.)
Elmin əzəmətliyini və fəzilətini bilmək üçün, Uca Allahın Öz Peyğəmbərinə (s.a.v) elminin artırılmasını istəməsini əmr etdiyi ayəni zikr etmək kifayətdir. Uca Allah demişdir:
Son dövrlərin ümumi mənzərəsi budur ki, ümmət təqlidçilik içərisində itib-batmış, şanlı keçmişin xoş arzularını yadına salaraq məst olmuşdur. İdarəçilərlə dinin mənbələri arasında uçurum yarandıqdan, kütlələr keyləşib nəfsi istəklərin əlində oyuncağa çevrildikdən, ümmətin alimləri başlarını lazımsız məşğuliyyətlərlə qatdıqdan sonra hamı öz işindədir və hər kəs məhz özünü haqlı sayır.
İsrail dövləti dünyanın İsrail oğullarının atalarının qan və göz yaşı üçün ödədiyi bədəl idi. Qəzzada tökdüyü qan və səbəb olduğu gözyaşı da İsrail oğullarının nəvələrinin ödəmək məcburiyyətində qalacağı borc olacaq.
Axirətə iman hər şeydən əvvəl insanın hədəf və istiqamətini müəyyən etməsinə imkan verir, yaradılmasındakı məqsədi, hikmət və qayəni öyrədir. Belə inanc sahibi insanlardan ibarət cəmiyyət doğru yoldan ayrılmaz, qazancını halal yollarla əldə etməyə çalışar, hiyləyə, yalana və rüşvətə yaxın durmaz. Öz haqqını bildiyi kimi başqalarının haqqını qəsb etməz, heç kimə haqsızlıq etməz.