“Qəzzadakı döyüşlərin günahkarı, sözsüz ki, İsrail hökumətidir”.
İsrail ordusunun Qəzzadan getməsindən sonra anklav bölgənin blokadasını dərhal aradan qaldırmaq lazım idi.
İndi də məsələnin həlli bundan ibarətdir. Qəzza üçün su və hava məkanını açmaq və qısa vaxt üçün real ödəniş şərti ilə onlara elektrik enerjisi və su təchizatının təmin edilməsi vacibdir.
Onda Qəzzaya azad şəkildə silah gətiriləcəyi ilə bağlı gedən söz-söhbət isə sağçı ekstremistlərin boş və yersiz uydurmalarından başqa bir şey deyildir. Axı Suriyadakı silah və təyyarə hətta raketlərin sayı Qəzzada 20 il sonra olacağından da çoxdur. Lakin Suriyadan İsrailə raket uçmur.
Nə qədər ki İsrail Qəzzanı blokadada saxlayacaq, Qəzza xalqı o qədər bütün mümkün vasitələrlə azadlıq uğrunda mübarizəsini davam etdirəcək...
Nə qədər ki İsrail Qəzzanı blokadada saxlayacaq, onda Təl-Əviv orada yaşayan insanlara görə bütün dünya qarşısında məsuliyyət daşıyacaq...
İsrail hökuməti Qəzza və işğal olunmuş bütün ərazilərin məsələsini ona görə həll etmək niyyətində deyil ki, bu problem olmazsa, onda İsrail xalqı hökumətdən normal pensiya, normal yaşamaq şəraiti, məhsul və dərman ləvazimatları üçün münasib qiymətlər, normal tibbi xidmət və s. tələb edəcək.
SSRİ uzun illər ərzində xalqı bir şüar altında saxlayıb inandırdı: “Qoy bizim çörəyimiz olmasın, ancaq yetər ki, müharibə başlanmasın!”
İsrail də bu iyrənc düşüncəni başqa tərzdə həyata keçirir: “Əhali ona görə pis yaşayır ki, həmişə müharibə gedir!”
Yefraim Melamed - İsrailin “Bizim təqaüdümüz” Assosiasiyasının sədri