Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19630 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13829 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9100 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Dekabr » 4 » Qəzza qələbə qazandı, İsrail isə məğlub oldu. Nə üçün?
    Qəzza qələbə qazandı, İsrail isə məğlub oldu. Nə üçün?
    08:15
    İsrail dövləti dünyanın İsrail oğullarının atalarının qan və göz yaşı üçün ödədiyi bədəl idi. Qəzzada tökdüyü qan və səbəb olduğu gözyaşı da İsrail oğullarının nəvələrinin ödəmək məcburiyyətində qalacağı borc olacaq.

    İsrailin adını müqəddəs kitabdan verdiyi “Bulud sütunu” əməliyyatı 2012-ci il 14 noyabr tarixində, saat 16.00 radələrində HƏMAS hərəkatının hərbi qanadının lideri Əhməd əl-Cabiriyə qarşı sui-qəsd həyata keçirməklə başladı.

    “Bulud sütunu” barbarlığı həyata keçirilməzdən qabaq noyabr ayının əvvəlində İsrail topla oynayan 22 yaşlı fələstinlini açdığı tank atəşi ilə qətlə yetirərək, 2008-2009-cu ilə təsadüf edən “Tökmə qurğuşun” əməliyyatından sonra atəşkəsi pozan tərəf idi. Bir qədər sonra psixi problemlərdən əziyyət çəkən 20 yaşlı daha bir fələstinli gənc isə tellərə yaxınlaşdığı bəhanə gətirilərək, qətlə yetirilmişdi.

    Bundan sonra İsrail rejimi fələstinli müqavimətçilərin cavab atəşlərini əsas gətirərək, hər zaman olduğu kimi beynəlxalq ictimaiyyətə həqiqətə uyğun olmayan informasiya verərək, 8 gün davam edən Qəzza qətliamını başlatdı. Səkkiz gün davam edən təcavüz zamanı İsrail ordusu havadan, qurudan və dənizdən Qəzza zolağına 1500-dən çox raket zərbəsi endirdi ki, bu da 162 fələstinlinin həyatını itirməsi ilə nəticələndi.

    Həyatını itirən fələstinlilərdən azı 35 nəfəri İsrail borbardmanı nəticəsində yanaraq, diri-diri torpağa qarışaraq, ürəkləri və daxili orqanları iflas edərək ölən azyaşlılar idi. Həmçinin, 11 nəfəri qadın və 10-dan çox yaşlı insan bu təcavüz zamanı İsrail ordusunun cinayətlərinin qurbanına çevrildi, 80%-i uşaq və qadın olmaqla azı 1200 fələstinli 8 gün davam edən bombardman nəticəsində yaralandı.

    Şübhəsiz ki, İsrailin ilk məğlubiyyətə mətbuat sahəsində düçar oldu. Başda “Tvitter” və “Feysbuk” sosial şəbəkələri olmaqla müxtəlif aparıcı internet saytlarında Qəzzaya dəstək məqsədilə “Qəzza hücum altındadır” kimi şərh və xəbərlər “İsrail atəş altındadır” kimi işğalçı rejim tərəfdarı olan şərhlərdən azı 20 dəfə çox idi. Noyabr ayının 15-də “Vaşinqton Post” qəzetinin “İsrail Müdafiə Qüvvələri” ifadəsi 808 dəfə qeyd edilərkən, Qəzzanı və dolayısı ilə fələstinliləri dəstəkləyənlərin sayı 120 min nəfərə çatmışdı.

    Üzərində “İsrailin yanındayam” yazılan lövhə ilə şəkil çəkdirən Mark Zukerberqin sahibi olduğu “Feysbuk” sosial şəbəkəsinin Qəzzanı dəstəkləyən bir çox istifadəçilərin hesablarını müxtəlif bəhanələrlə bağlamasına, “Tvitter”in fələstinliləri dəstək xarakterli mesajları silməsinə baxmayaraq, İsrail virtual müharibədə də ağır məğlubiyyətlə üzləşdi.

    Məğlub tərəflərdən biri də İsrail tərəfdarı və sərmayəsi “Hasbara”nın əlində olan mətbuat idi. Belə ki, sözügedən mətbu orqanların künc yazarlarının bütün cəhdlərinə rəğmən xarici KİV İsrailin Qəzzaya təcavüzünə şahid oldu, inandı. Sağlam informasiya axtarışında olan insanlar belə mətbuat əvəzinə alternativ və virtual mətbuata üz tutdular.

    Məsələn, İsrailin təcavüzün 2-ci günündə oğlunu qətlə yetirdiyi jurnalistin əməkdaşlıq etdiyi “Bi-Bi-Si” telekanalı üç israillinin Qəzzadan atılan raket zərbəsi nəticəsində öldüyü halda çərşənbə günü HƏMAS liderinin öldürülməsindən indiyədək İsrailin hava hücumu nəticəsində 13 fələstinlinin həyatını itirdiyinə dair xəbər yaydı. Habelə adının müstəqil olmasına rəğmən “İndependent” qəzeti 20-dən çox (!) israillinin “terror aktları” zamanı yaralanmasına baxmayaraq, Təl-Əvivin atəşkəs elan edilməsinə razı olduğunu yazdı.

    Fələstinlilərin həyatını itirdiyinə və israillilərin öldürüldüyünə dair burada qeyd edə bilməyəcəyimiz saysız-hesabsız məlumatlarına rəğmən başlıca xarici KİV-in onsuz da köpük üstündə olan etibarı daha da sarsıldı.

    Əslində İsrail hərbi təcavüzəbaşladığı ilk dəqiqədən məğlub idi. Çünki Ariel Şaronun oğlu Giladın: “Qəzzanı şumlamalıyıq” və işğalçı rejimin Daxili İşlər naziri Eli Yişainin: “Qəzzanı Orta əsrlərə qaytaracağıq” kimi bəyanatlarından başqa İsrail nə siyasi, nə də hərbi baxımdan bir uğur qazandı.

    Əgər başda islam ölkələri olmaqla beynəlxalq ictimaiyyət əvvəlki kimi davransaydı, bəlkə də İsrail asanlıqla məqsədinə çata bilərdi. İşğalçı rejim buna cəhd belə göstərdi – qurudan hücuma hazır olmasına rəğmən orduya “İrəli!” əmri verməyə cəsarət etmədi.

    Dünyanın ən sıx məskunlaşmış 4-cü bölgəsi olan Qəzzaya istənilən qurudan hücum xeyli sayda dinc vətəndaşın ölümü ilə nəticələnəcəkdi. İsrail və işğalçı rejim tərəfdarı mətbuat hər saatbaşı iki fələstinlinin öldürülməsinə haqq qazandıra bilmədiyi halda yüzlərlə insanın cinayətə qurban getməsini heç cürə əsaslandıra bilməyəcəkdi.

    İsrailin bütün dezinformasiyalarına rəğmən HƏMAS hərəkatı mümkün qədər mülki qəzzalılardan kənar idi. Bu məsələdə yeganə istisna mətbuat konfransı keçirilməsi üçün müvafiq binada olarkən İsrailin hava hücumu həyata keçirməsi oldu. Belə ki, sözügedən hücum nəticəsində 1 jurnalist yaralanmışdı. Məlum hücumdan bir gün sonra Türkiyənin və Ərəb Birliyi ölkələrinin Xarici İşlər nazirləri zolaqda ikən 3 jurnalist işğalçı rejimin təcavüzünün qurbanına çevrildi.

    Budəfəki əməliyyatlar zamanı HƏMAS İsrailə 2008-2009-cu illərdə baş verən hücumlar zamanı olduğu kimi gücsüz və müdafiəsiz olmadığını başda Təl-Əviv olmaqla işğal altındakı Qüds və ümumilikdə İsrailin istənilən şəhərinə cavab atəşi aça biləcəyini nümayiş etdirdi. Digər tərəfdən, açıq şəkildə məsuliyyəti öz üzərinə götürməsə belə Təl-Əvivdə avtobusun partladılması HƏMAS-ın assimetrik müharibədəki qabiliyyət və imkanlarını da sübuta yetirdi.

    HƏMAS 8 gün davam edən İsrail aqressiyası zamanı işğalçı rejimin zolaq ilə həmsərhəd quru qoşunlarına hücum etməyib əvəzinə qorxu yaratmaq və güc nümayişini prioritet tutdu. Hərəkatın bu hərbi siyasəti doğru idi, belə ki, əhalinin sıx məskunlaşdığı bölgədə qurudan müdafiə İsrailin hava və dəniz hücumu zamanı əhali arasında xeyli itki ilə müşayiət oluna bilərdi.

    İsrail məğlub oldu; çünki islam coğrafiyasında Qəzza zolağının yalnız buraxılması dövrü başa çatdı. Səudiyyə Ərəbistanı istisna olmaqla demək olar ki, bütün ərəb və islam ölkələri Qəzzaya nümayəndə heyətləri, humanitar yardım və həkim göndərməklə İsrailə qarşı fələstinlilərlə yekvücud oldu. İsrailin 6 ildir ki, tətbiq etdiyi embarqo faktiki olaraq, sarsıdıldı.

    İsrail məğlub oldu. Çünki onun qarşısında ərəb dünyasını təmsil edə biləcək bir Misir var. Misir prezidenti Məhəmməd Mürsi inqilabdan sonra ilk çətin sınağından uğurla çıxdı, İsrail aqressiyasının qarşısını diplomatik yolla almağa müvəffəq oldu. Xalid Məşəlin Qahirədə mətbuat konfransı keçirməsi Mübarək dövrünün tabutuna vurulan son mismar idi.

    İsrail məğlub tərəfə çevrildi; çünki HƏMAS legitimliyini qazandı. Hərəkatın Qəzza zolağında siyasi və hərbi güc olduğu atəşkəs maddələri ilə öz təsdiqini tapdı. Birbaşa HƏMAS-la müzakirələr aparmaqdan imtina edən ABŞ belə dolayı yolla hərəkatın legitimliyini tanıdı.

    İsrail qələbə qazanmadı, çünki Türkiyə Qərbin mənafeyi ilə ərəb xalqlarının haqqlarının birləşdirilə biləcəyi bir zəminin yaradılmasının mümkünlüyünü sübuta yetirdi. Atəşkəs prosesində Misirin ərəbləri təmsil etdiyi halda Türkiyə Fələstin xalqının haqlı mübarizəsini Qərbin başa düşəcəyi formada tərcümə edə bildi.

    İsrail məğlubiyyətlə üzləşdi; çünki Obama administrasiyası diqqətini Cənub-şərqi Asiyaya yönəldərək, Yaxın Şərqdən uzaqlaşdırma siyasətinin davamı kimi İsrailə problemlərini Misir və Türkiyə ilə həll etməsi mesajını verdi. İsrailin arxasında olduğunu bildirməsinə baxmayaraq, ABŞ vətəndaşlarını təxliyə etmək üçün bölgəyə gəmi göndərməyi də unutmadı.

    İsrail məğlubiyyətə düçar olmuşdur. Belə ki, atəşkəs maddələrindən biri ilə Qəzzanın quru, dəniz və hava sahəsinin qanuniliyi tanındı. Dərhal reallaşmasa belə artıq İsrail donanması qəzzalı balıqçılara atəş aça, eləcə də bölgəyə gələn gəmilərin qarşısını ala bilməyəcək. Digər tərəfdən, İsrailin daha əvvəl bombardman etdiyi beynəlxalq hava sahəsindən yaxın gələcəkdə istifadə ediləcək.

    İsrailin məğlubdur. Çünki, işğalçı rejimin Misir “firon”u Hüsni Mübarək hökuməti ilə razılaşdırdığı Qəzzanın mühasirəsi artıq qüvvədən düşüb. Misir hökuməti “Rəfəh” keçid məntəqəsindən insan və ya müxtəlif ləvazimat keçidinə görə ittiham olunmayacaq ki, bu da mühasirə və embarqonun başa çatdığı deməkdir.

    İsrail məğlub tərəfdir – artıq Avropa Birliyi də daxil olmaqla beynəlxalq ictimaiyyət Fələstin dövlətinin yaradılmasının zəruriliyinin fərqinə varıb. Digər tərəfdən, HƏMAS-ın İsrailə qarşı hərbi müqavimət gücünün olması İordan çayının qərb sahilindəki Fələstin muxtariyyətinin də İsrailə qarşı diplomatik mövqeyini qüvvətləndirib. Bir sözlə, İsrailin bütün cəhdlərinə rəğmən Fələstinin BMT-yə üzvlüyü məsələsi təminat altına alınmışdır.

    Yuxarıda qeyd edilən bütün üstünlüklərə rəğmən islam dünyası bu məsələdə hələ çox məsafə qət etməlidir. Bunlardan ilki isə sözügedən coğrafiyada müsəlman qanının bu qədər ucuz olmasının qarşısının alınmasıdır.

    Canın ən müqəddəs şey sayıldığı bir dinin mənsublarının belə asanlıqla qan tökməsi başa düşülmür. Başda Suriyada olmaqla islam coğrafiyasının ilk prioriteti qan tökülməsinə son qoyulması olmalıdır.

    İsrailin Qəzza aqressiyasından sonra regiondakı gücünü sübuta yetirən Misir və Türkiyə Suriya probleminin həlli xüsusunda bir çox üstünlük əldə edə bilər. Belə ki, İranın da daxil ediləcəyi trio hər gün yüzdən çox insanın öldürüldüyü Suriyaya hüzuru qaytara bilər.

    Vaxt keçirmədən elmi və texnoloji inkişafın islam coğrafiyasının prioritetinə çevrilməsi və bununla Qərblə arasındakı azı bir əsrlik fərqin bağlanması digər bir prioritet məsələdir. İslam ölkələri əhalisinin çoxluğu ilə yanaşı, elmi və daha sonra hərbi baxımdan da güclənəcəyi təqdirdə tələb olunan balanslaşdırıcı mövqeyə çata bilər.

    İsrail dövləti dünyanın İsrail oğullarının atalarının qan və göz yaşı üçün ödədiyi bədəl idi. Qəzzada tökdüyü qan və səbəb olduğu gözyaşı da İsrail oğullarının nəvələrinin ödəmək məcburiyyətində qalacağı borc olacaq.
    Bölmə: Dünya Xəbərləri | Əlavə etdi: Terane | Baxılıb: 860 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru