“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Kəbə evinin yaxınlığında ucaldılan “Zəmzəm” qalasında yerləşdirilən Məkkə krallıq saat qülləsi ilə birlikdə bir çox islam ölkəsi vaxtlarını Məkkə saatına görə müəyyənləşiriblər.
Başda “əl-Cəzirə” telekanalı olmaqla ərəb ölkələrindəki bir çox teleradiokanallar proqramlarının efir vaxtını Məkkə saatına görə təyin etdiklərini bildiriblər. Mövzu ilə bağlı xəbərlərdə Məkkə vaxtının bütün islam coğrafiyasında tətbiqinin hədəfləndiyi öz əksini tapıb.
Habelə xəbərlərdə qüllənin içərisində alimlər tərəfindən vaxtın hesablanmasında əsas üsullardan sayılan atom saatının (sezium) yerləşdirildiyi də qeyd olunub.