Ana Səhifə » 2012»Oktyabr»3 » “Türkiyə müsəlman ölkə olduğu üçün Avropa Birliyinə daxil olmasına maneə yaradırlar”
“Türkiyə müsəlman ölkə olduğu üçün Avropa Birliyinə daxil olmasına maneə yaradırlar”
22:35
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, siyasi karyerası dövründəki xatirələrinə dair kitab qələmə alan İngiltərənin sabiq Xarici İşlər naziri Cek Stro Türkiyənin Ədalət və İnkişaf Partiyası hökumətinin müharibədən sonrakı dövrdə ən uğurlu siyasət yürüdən iqtidar olduğunu bildirib. Sabiq XİN rəhbəri kitabında “xəstə insan”ın artıq sağaldığını qeyd edib.
Stro kitabında Türkiyənin Avropa Birliyinə (AB) qəbul edilməməsi məsələsinə də toxunaraq, müəyyən ölkələrin bu prosesin qarşısını almağa çalışdıqlarını bildirib. Sabiq nazir Türkiyənin AB-yə daxil edilməməsini onun müsəlman ölkə olması ilə əlaqələndirib. Diplomat Türkiyənin NATO-da ABŞ-dan sonra ən çox əsgəri olan ölkəsi olduğunu, Ərdoğanın hakimiyyətə gəlməsindən sonra bu ölkənin iqtisadi güclə birlikdə diplomatik güc də əldə etdiyini xüsusi vurğulayıb.