Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Oktyabr » 1 » ŞƏHADƏT KƏLİMƏSİNİ ANLAMAYANLAR
    ŞƏHADƏT KƏLİMƏSİNİ ANLAMAYANLAR
    07:59
    Bəzi qardaşlarımızın xəta etdikləri məsələlərdən biri də şəhadət kəliməsini mənasını anlamadan deyən və özlərini müsəlman adlandıran adi insanların zahirdə və batində müsəlman olmaqlarına etiqad etməkləridir. Bu cür etiqad ümmətin alimlərinin görüşlərindən xəbərsiz olmaqlarından irəli gəlir. Ola bilsin ki, bəzi səhih hədislərin zahirinə aldanaraq onları doğru şəkildə anlamayıblar. Bizim bu məsələdə razı qaldığımız və etiqad etdiyimiz məzhəb əhli-sünnətin alimləri tərəfindən əsrlər boyu dəstəklənmiş məzhəb olaraq bir insanın tövhid kəlimələrinin mənasını anlamadan dildə söyləməsinin ona fayda verməməsi görüşüdür. Bunun bəyanı üçün bəzi alimlərin sözlərinə işarə etmək istəyirik.



    Zamanının böyük alimi Əbul-Abbas Əhməd bin Yəhya əl-Vanşərisi[1] – rahiməhullah – Qayravan, Bicəyə, Tilmisan, Səbtə, Qurtuba, Ğarnata, Fas, Mərakeş bölgələrinin fəqihlərinin ictihadlarını bir külliyat halında toplayıb. “əl-Mi’yər əl-Mu’rib val-Cami əl-Muğrib” adlanan bu fətvalar toplusunda əl-Vanşərisi İmam Malikin tələbələrindən öz şeyxlərinə qədər gəlib keçmiş maliki alimlərinin ictihadlarını, müxtəlif zamanlarda ortaya çıxmış məsələlər barədəki fətvalarını bir arada toplamışdır.[2] Bu külliyatında zikr etdiyi məsələlərdən biri də bizim mövzumuzla bağlıdır. Böyük maliki alimi Alləmə Əhməd bin İsa əl-Bicəi – rahiməhullah – və Bicəyə[3] bölgəsinin digər fəqihlərindən tövhid şəhadətinin mənasını anlamadan onları sadəcə dilində deyən, müsəlmanların arasında böyüyən və onların arasında yaşayan, namaz qılıb oruc tutan kimsələr haqqında soruşublar. Müsəlmanlar şəhadət kəliməsini gündəlik həyatlarında təkrarladıqları üçün bu kimsələr də onlardan bu sözləri öyrənmiş və mənasını dərk etmədən sözləri təkrarlayıb, onlar kimi namaz qılıb, onlar kimi oruc tutublar. Allahın kimliyini, peyğəmbərin kimliyini anlamırlar, vəhdaniyyət və risalət etiqadlarından cahildirlər. Bu cür insanların şəhadət kəliməsini mənasını anlamadan sadəcə dillərində tələffüz etməklərinin onların müsəlman sayılmaqları üçün kifayət edib etməyəcəyi barəsində Bicəyə fəqihlərindən soruşurlar və Şeyx Əhməd bin İsa əl-Bicəi bunun cavabında buyurur:
    “Müsəlmanların arasında böyümüş, peyğəmbərə - aleyhissələm – şəhadət gətirməklə birlikdə tövhid kəlimələrini söyləyən, namaz qılıb oruc tutan, lakin qeyd etdiyiniz kimi bu mübarək sözlərin daşıdığı mənadan xəbərsiz olan birinə tövhiddən heç bir pay düşmür, ondan heç bir nəsib qazanmamışdır və (belə biri) nə imana, nə də islama nisbət edilməz. Əksinə o, həlak olanlar sırasındadır, kafirlər zümrəsindəndir və onun hökmü öldürülməkdən savayı bütün hökmlərdə məcusilərin hökmündədir, beləki belə biri yalnız öyrənməkdən boyun qaçırdığı halda öldürülə bilər...” Şeyx Əhməd əl-Bicəi digər hökmlərə də toxunduqdan sonra sözünə davam edərək deyir: “İfratçı mürciələrə – onlar bidət əhlindən bir qrupdur – görə bu mübarək sözlərin daşıdığı mənadan xəbərsiz olaraq sadəcə tələffüz etmək, namaz və orucla birlikdə və ya namaz və oruc olmadan belə iman üçün kifayət edir və bu adla vəsf olunan biri cənnətə daxil olacaq. Allah bizi sapıq fikirlərdən və azdırıcı fitnələrdən qorusun! Bizi cahilliyin çaşqınlığından və batilə bulaşmaqdan qorusun, bizi sünnətə bağlı qalmaqla və həmişə doğru yolu izləməklə ruziləndirsin! O, kərimdir və bol-bol nemət verəndir!” Eyni sual digər böyük maliki alimi Şeyx Abdur-Rahmən əl-Vağilisi’yə yönəldilib. Sualda Şeyx Əhməd bin İsa əl-Bicəi’nin və Şeyx Əbul-Abbas Əhməd bin İdris məsələ haqqında verdikləri cavab da zikr olunur. İbn İsa’nın cavabını ixtisar ilə təqdim etdik, lakin Alləmə əl-Vanşərisi “əl-Mi’yar” külliyatında Əhməd bin İdris’in cavabını qeyd etmir, lakin əl-Vağilisi’nin cavabından anlaşılır ki, Əhməd bin İdris mucməl olaraq sadəcə tələffüz etməklə insanı müsəlman saymışdır. Buna etiraz olaraq əl-Vağilisi deyir: “Bil ki, şeyxin – Allah ona rəhm etsin! – (sözlərindən) bu cür bir şey anlamaq batildir, səhih deyildir, beləki onun bu sözlərindən, Allah haqqında məxluqata, mövcud şeylərin surətlərindən bir surətə bənzər şeylər etiqad edərək şəhadət kəlimələrini söyləyən birinin həqiqi mömin olması mənasını çıxarmaq olmaz. Cahillər arasında belələrini görmüşük və bizə onlar və onların bənzərləri haqqında yazıb soruşublar. Belə şeylərə etiqad edənlər müsəlmanların icması ilə kafirdir. İmamlarımız bu və bunun kimi icma ilə küfr olan şeyləri qətiyyətlə ifadə ediblər. Beləliklə şeyxin belə bir şeyi qəsd etməsi əslən səhih deyildir və bu və buna bənzər məsələlərdə hər hansı bir kəsin ixtilaf etməsi doğru deyildir. Elə bu şəkildə Sidi Əhməd bin İsa cavab vermişdir. Mən Sidi Əhməd bin İdris ilə danışdım, ona şeyximizin dediklərini xatırlatdım və o, bununla razılaşdı və dedi: “Bu, haqdır və bundan başqa bir söz deyilə bilməz.”[4]
    Bu və digər fətvalar bir daha isbat edir ki, dildə şəhadət kəliməsini tələffüz etmək insanın iman dairəsinə daxil olması üçün kifayət etmir. Ağıl və elm sahibi heç bir müsəlman bu görüşün doğruluğunda şəkk etməz. Haqq əhli bu məsələdə icma halındadır və ğulati-murciələrdən başqa heç bir firqə bu məsələdə fərqli düşünməyib.
    Alləmə Əbu Abdilləh Muhamməd bin Yusuf əs-Sənusi “Şərhul-Kubra”da dinin əsli məsələləri haqqında düşünmədən və anlamadan sadəcə təqlid edənlərin halı haqqında danışarkən Bicəyə fəqihlərinin görüşünü bir daha xatırlayaraq deyir:
    “Təqlid əhlindən bəziləri mənasını bilmədən, peyğəmbər ilə Allahı fərqləndirmədən şəhadət kəlimələrini söyləyirlər. Bicəyə alimləri və onlardan başqa muhaqqiqlərin bu cür kimsələr haqqında cavablarında bildirirlər ki, belə kimsələrə İslamdan heç bir pay düşməz.”[5]
    əs-Sənusi bu görüşü çox doğru olaraq təhqiq əhlinin hamısına nisbət etmişdir. Bicəyə əhlini xüsusilə qeyd etməsinin səbəbi onların fətvasının xüsusilə məşhur olması ilə bağlıdır.
    Digər böyük imam, maliki alimi Alləmə əl-Hafiz Əbul-Abbas Əhməd bin Ömər əl-Qurtubi – rahiməhullah – “Sahih Muslim” kitabını ixtisar edərkən bablar üçün ayrı-ayrı ünvanlar yerləşdirmişdir və “İman” fəlsində açdığı bablardan birinin ünvanında deyir: “Şəhadət kəlimələrini sadəcə tələffüz etmək kifayət etmir, əksinə qəlbin yəqinliyə qovuşması vacibdir.” “Təlxis Sahih Muslim” adlandırdığı bu müxtəsəri şərh edərkən deyir: “Bu ünvan başlığı “şəhadət kəliməsini tələffüz etmək iman üçün kifayət edir” deyən ifratçı murciələrin məzhəbinin fasid olmasına işarə edir. Bu babdakı hədislər (onların məzhəblərinin) fasid olmasını göstərir, şəriətdən xəbərdar olan biri üçün bu məzhəbin fəsadı şəriətdə açıq-aşkar məlumdur. Üstəlik bu görüşdən ortaya çıxan nəticə münafiqliyə icazə verir və münafiqin imanının səhih olduğuna hökm edir; belə bir şey isə qəti olaraq batildir.”[6]
    Bunlarla yanaşı qeyd etməliyim ki, bütün bu sözlər həqiqi iman haqqında, qulun Rəbbi yanındakı hökmü haqqında deyilmiş sözlərdir. Bu dünyada isə zahiri hökmlərdə şəhadət kəliməsini tələffüz etmək hökm etibarı ilə İslama daxil olmaq üçün kifayət edir və bu cür fərq qoymağımızın əsli əhli-sünnətin məşhur kitablarında mövcuddur. Burada xatırlatmaq istədiyimiz konkret olaraq mənasını anlamayaraq şəhadət kəlimələrini deyən kimsələrin həqiqi hökmləri ilə bağlıdır. Bu cür insanlardan hər hansı birinin cəhaləti üzə çıxarsa onların cənazələrini qılmaq, kəsdiklərini yemək, müsəlmanlar üçün vəli təyin etmək, onların varisi olmaq olmaz. Doğrusunu Allah bilir!


    [1] Tilmisan bölgəsində təxminin hicri 834-cü ildə doğulub və orada böyüyüb. Həyatının orta çağlarında Fas ərazisinə köçür və oranın alimləri və elm tələbələri tərəfindən xüsusi məhəbbətlə qarşılanır. Ensiklipedik biliklərə sahib olan bir alim idi. Müasirləri arasında maliki məzhəbindəki elminə görə seçilirdi. Hicri 914-cü ildə Fas şəhərində vəfat edib.
    [2] əl-Vanşərisi’dən dərs almış alimlər sırasında Fas bölgəsinin qazisi Muhamməd bin Muhamməd bin əl-Ğardis ət-Təğləbi də yer alır. ət-Təğləbinin məğrib və Əndəlüsün ən nəfis kitablarını özüncə cəm edən böyük bir kitabxanası var idi. Muhamməd ət-Təğləbi həmin bu kitabxanasını şeyxi əl-Vanşərisi’nin üzünə açır və ona istədiyi kitabı götürməyə izn verir. əl-Vanşərisi’nin “əl-Mi’yar” əsərinin ana qaynağını da məhz bu kitablar təşkil edir.
    [3] Müasir Əlcəzairin şimalında Aralıq dənizinin sahilində yerləşən şəhərin adıdır.
    [4] “əl-Mi’yər əl-Mu’rib val-Cami’ əl-Muğrib ’an Fətavi Əhli İfriqiyyə val-Əndəlus val-Məğrib”, 2/382-384; Vazaratul-Əvqaf vaş-Şuunil-İsləmiyyə, Rabat, 1401/1981
    [5] “Umdətu Əhlit-Təufiq vat-Təsdid fi Şərh Aqidətit-Təuhid”, səh: 37-38; Mətbəəti Cəridətil-İsləm, Misir, hicir 1316-cı il
    [6] “əl-Mufhim limə Əşkələ min Təlxisi Kitəbi Muslim”, 1/204; Dar İbn Kəsir/Darul-Kəlimit-Tayyib, Dəməşq - Beyrut, birinci nəşr: 1417/1996
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 687 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2012  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 2
    Qonaqlar: 2
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru