"Həcc və ümrə edənlər Allahın ziyarətçiləridir. Əgər Allaha dua edərsə Allah onların duasını qəbul edər. Əgər Allahdan bağışlanma dilərsə Allah onları bağışlar."(Əbu Hüreyrədən Nəsai, İbni Macə.)Dua yerləri və vaxtları:Hər zaman və hər yerdə dua etməkdə sərbəst olduğun halda, Haram,Zil-Hiccədə, Muhərrəm Məkkədə Allah üçün Həccə gəldiyin halda necə ola bilər?!
Xüsusi zaman və yerlər: 1. Məscidi-Harama ilk girişdə boynu büküb təvazü halında Kəbəyə çatdıqdan sonra başı qaldırıb Kəbəyə baxaraq əlləri qaldırıb edilən dua. 2.Təvaf vaxtı, 3."Həcərül-Əsvədi"(Qara daşı) əl ilə məsh edərkən və ya öpərkən "Rəsul (s.a.s) Həcərül-Əsvədi salamladıqdan sonra dodaqlarını daşın üzərinə qoyaraq ağlamağa başladı. Ömər (r.a) də ağlamağa başladı. RəsululIah (s.a.s): "Ya Ömər bura göz yaşlarının tökülən yeridir" (İbni Ömərdən Hakim) 4.“Hicri-İsmayılda."(Kəbənin içi hökmündə olduğu üçün namaz, zikr, dua etmək sünnət və müstəhəbdir.) 5."Zəm-Zəm" suyunu içərkən. 6."Mültəzəm"-in yanında. MüItəzəm-Rüku (Həcərül-Əsvədin küncü) ilə Kəbənin qapısı arasındakı yerdir. Təvafdan sonra "Məqami-İbrahimdə" iki rəkət namazdan sonra Zəm-Zəmdən içib sonra Mültəzəmdə dua etmək müstəhəbdir. 7."Səfa" və "Mərva" təpələrində. 8."Səfa-Mərva" arası səy edərkən. 9.Arafa günü "Arafatda" məğribə qədər. 10."Müzdəlifədə. "Müzdəlifədə gecələdikdən sonra Sübh namazım ilk vaxtında qılıb günəşin doğmasına qədər dua və istiğfar etmək. "Arafatdan endiyinizdə, Allahı Məşaril-Həramda zıkr edin. Onu sizə göstərdiyi şəkildə zikr edin...Allahdan bağışlanma diləyən. Allah bağışlayar və mərhəmət edər." (Bəqərə 198,199) 11-Şeytanı daşladıqdan sonra. Hər "Cəmərəti" (şeytanın simvolu olan heykəli) daşladıqdan sonra üzünü Kəbəyə çevirib dua etmək.
Dualar, növləri, şəkilləri. I.İxlas, hidayət, sədaqət, təslimiyyət,əzm, fədakarlıq, razılıq 2.İbadət Gündüzləri oruc gecələri qiyam, səhər-axşam və gecə saatlarında zikr, dua, Quran tilavəti, təfəkkür. Xüşu və ihsan. 3.Əxlaq Səbr, təvəkkül, zikr, dinləmə və nəsihət qəbul etmə, xətaları etiraf və islah etmə, istişarə və istixarə, yerli yerində dostluq (sevgi) və düşmənçilik (qəzəb), yəqin, kərəm, cəsarət və s. Zühd və təqva. Az yemək, az danışmaq və az yatmaq, halal loxma. Sünnətə sevə-sevə bağlanmaq Fəhm, elm, ibrət. Düzgün, doğru müşahidə, təhlil, nəticə çıxarma və bunlardan doğan əməl 4.Sığınılacaq şeylər: Xəstəliklər (kibr,həsəd,ucb,qürur,qəzəb,xəsislik,qorxaqlıq,tənbəllik) Dilin qeybət,yalan,iftira,nəmmamlıq,bilmədiyi şeyləri və yersiz danışmaq, yersiz mübahisə, çirkin sözlər, yersiz zarafatlar, mələ yanih, lağlağı, xəbərçilik, sirri ifşa, vədə vəfasızlıq, yalan şahidlikdən islah Qulaq və gözün günahlarından. Fitnələrdən uzaq olmaq Qadın, mal-mülk, şan-şöhrət hərisliyi, dünya malından hər hansı birinə düşgünlük və zəiflik. Müsəlmanla arası fitnə, cahil xalq ilə fitnə, dövlət ilə, ailə, qohum əqrəbə arası fitnə. Münafiqlərin, zındıqların, Allah düşmənlərinin, səmimi lakin cahil olanların fitnəsindən. Dua ediləcək şəxslər:
I. Özün. 2. Ata ,ana,nənə,baba.qaynata,qaynana. 3. Övladlar və ailələri. 4. Zövcələr. 5. Qardaş,bacı,baldız,qayın (ailələri və uşaqları ilə birlikdə) 6. Əmi,dayı,bibi,xala (uşaqlan və onların ailələri) 7. Digər qohumlar. 8. Nəsil,qəbilə,kənd. 9. Müsəlman dostlar,yol yoldaşları. 10. Azərbaycandakı müsəlmanlar. 11.Dünya müsəlmanları. 12. Bəşəriyyət. 13. Ürəyin arzuladığı, xatirinə gəldiyi, tanıyıb tanımadığın bəzi xüsusi adamlar. Dünya coğrafiyasına görə:
2. Amerika, Kanada 3. Latın Amerikası 4. Avstraliya 5. Ərəb dünyası:
Cəzirə-Xəlic (Səudiyyə,Küveyt,Bəhreyn,Qatar,Oman,Ərəb Əmirlikləri,Yəmən) FƏLƏSTİN,İRAQ,Şam,Ürdün,üvan Məğrib (Misir,Əlcəzair,Tunis,Mərakeş,Mavritaniya) 6.Afrika Sudan,Somali,Cibuti,Eritriya,Efiopiya,Mali,Çat,Niger,Nigeriya,Kenya,Uqanda,Tanzaniya,C.A.R, Qalan Afrika diyarı...
7. Asiya: Əfqanıstan , Kəşmir, Moro, Uyqurstan , Türkiyə, İran, Pakistan, Hindistan, Malaziya, İndoneziya, Bruney, Sinqapur, Banqladeş, Filippin , Çin , Tayland. Nepal . Orta Asiya (Özbəkistan, Qazaxstan, Qıqğızıstan, Türkmənistan, Tacikistan), Türküstan və s. 8. Rusiyada yaşayan bütün müsəlmanlar.
Qafqaz (bütün xalqları üçün) Göyçə, Zəngəzurun Azərbaycan: İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN ən tez zamanda azad olunmass , bütövlüklə Azərbaycan xalqı . Dua ediləcək xüsusi möhtac müsəlmanlar: 1 .Namusu taptalanmış və ya taptalanma təhlükəsi ilə üz-üzə qalanlar və yaxınları. 2. Əsir və məhbuslar və yaxınları. 3. Xəstələr və yaxınları. 4. Əlil, iflic,qolsuz,ayaqsız,kor,kar,lal,halsız,aciz qocalar və yaxınları. 5. İstirab,sıxıntı,şübhə,vəsvəsə 6. Narkotik alüdələri 7. Sonsuzlar S.Subaylar 8. Evsizlər 9. Aclar 10. Borclular 11. Mühacir, müsafir, yolda qalanlar 12. İtkin düşənlər və yollarını gözləyənlər 13. Gənclər, uşaqlar,qadınlar,ailə başçıları 14. Məscid imamları,alimlər,elm tələbələri,məscidlər 15. Zənginlər (pulun fitnəsi,qazanma yolundakı fitnələr və zülm, halal haram) 16. Kasıblar 17. Məzlumlar,zəiflər,haqqı taptalananlar 18. Zalimlər,haqqa təcavüz edənlər 19. ÖIülər 20. Şəhidlər 21. Ruhi xəstələr
Rəhmanın qonaqları bizi dualarınızdan əsirgəməyin - Allah həcciniİ qəbul etsin. Amin!