Xorasan diyarının Abdullah ibn əl-Mübarək kimi bir yetirməsi olmayıb. (İmam Əhməd)
İslam tarixinin və irsinin səhifələri bu tarixə töhfələr vermiş kişi və qadınların həyatları ilə zəngindir. Onlar islam ümmətinə hidayət rəhbərləri olaraq xidmət göstərmiş, ümmətin Elçisi Muhəmmədin (sallallahu aleyhi və səlləm) qoyduğu yolu işıqlandırmış və eyni zamanda məhz bu yolun qəhrəman mühafizləri olmuşlar. Nə dünya mənfəəti arxasında olmuş, nə də şəxsi maraqları uğrunda çalışmışlar. Daha doğrusu ixlasla və böyük zəhmət sərf edərək İslamın haqq xəbərini sizlərə və bizə çatdırmışlar. Gecə-gündüz2 demədən çalışmış, fəsada uğramış cəmiyyətləri saflaşdırmış və islah etmişlər. Məqsəd və amalları sadəcə axirət olmuş, odur ki, bu amal uğrunda fəaliyyət göstərərək həqiqi Allah bəndələri keyfiyyətini qazanmışlar. Nə onların gecəsi bizim gecəmiz, nə də bizim günlərimiz onların gününə tay ola bilər. Üstünlük və əldə olunan nailiyyətlər baxımından ömrümüzün onların bir neçə gününə belə bərabər olmadığını söyləsək yanılmarıq. Çünki onlar vaxtın qədrini bilən, həm asan, həm də çətin, həm yoxsul, həm də sağlam vaxtlarında əməl ilə zəngin həyat tərzi sürmüşlər. Allahın dininə yardım etməkdən söz düşdükdə onların əməllərinin həddi-hüdudu yox idi. Bununla belə öz əməl və cəhdlərindən yenə məmnun deyildilər. Bu keyfiyyətləri özündə daşıyanlar Səhabələr, Tabiinlər, Ətbaat Tabiinlər (Tabiinlərdən sonra gələn nəsil) keçmişdə ümmətin salehləri olmuş və sonradan gələn nəsillər üçün isə salehlik nümunəsi olmuşlar. Bu cür şəxsiyyətlər arasında istər rəhbərlik, alimlik, siyasi düşüncə, hərb bilik, bacarıq və vərdişləri, ticarət həyatı, istərsə də, ədəbiyyat kimi müəyyən sahələrdə yüksək uğur qazanmış şəxsiyyətlər olmuşdur. Müəyyən bir sahədə söz sahibi olan kəslərə, eləcə də başqa bir sahədə imam olanlara rast gəlmək olardı. Bununla belə, Peyğəmbərlikdən sonrakı dövrdə bu keyfiyyətlərin hamısını özündə cəm edən və bir neçə sahədə uğur qazanan şəxsiyyətlərə tarixdə çox nadir hallarda rast gəlinir. Tarixdə həyatları bu cür zəngin, eyni zamanda zənginləşdirici, təsirli və ruhlandırıcı, güclü və gücləndirici, təvazökar və təvazökarlıq ilə dolu insan həyatına rast gəlmək hər zaman mümkün deyil. Bu cür nadir şəxsiyyətlərdən biri məhz Xorasandan olan alim, döyüş sıralarında mücahid, dövrünün hüquqşünas-alimi və hədisşünas, Rəbbinin saleh bəndəsi, şəhərlərin səriştəli iş adamı, tanınmış zahid, şair və yazıçı, qrammatik və dilçi, nüfuz və hörmət sahibi, möminlərin əmiri Abdullah ibn Mübarəkdir… Elə isə Abdullah ibn Mübarək kim olmuşdur? Şam diyarının alimi İsmayıl ibn Ayyaşın barəsində: “Yer üzündə Abdullah ibn Mübarəkə tay olanı görmədim və Allah-Təalanın xəlq etdiyi gözəl keyfiyyət və məziyyətlərdən Abdullah ibn Mübarəkə nəsib olmayan birini belə tapmaq çətindir”söylədiyi İbn Mübarək kimdir? Gəlin İslam elm xəzinəsinə və tarixinə əta etdiyi töhfələrdən bu gün nəinki sadə kütlənin, eləcə də Peyğəmbər varisləri alimlərin faydalandığı bu şəxsiyyətin həyatına daha dərindən nüfuz edək.
Doğumu və Həyatı
Adı: Abdullah ibn əl-Mübarək ibn Vazih əl-Hənzəli ət-Təmimi Doğulduğu yer: O, Hicrətin 118-ci ilində Xorasanın başlıca şəhərlərindən sayılan Mərvdə (indiki Əfqanıstan və Mərkəzi Asiya tərəfdə) anadan olub. Mərv şəhəri tarixən elmin çiçəkləndiyi, ali zirvələrə yüksəldiyi, İmam Əhməd ibn Hənbəl, Süfyan əs-Səuri və İshaq ibn Rəhavey kimi çoxsaylı alim yetişdirən şəhər kimi tarixə imza atıb. Abdullah ibn Mübarək də məhz bu şəhərdə anadan olmuş və təxminən iyirmi yaşına qədər orada yaşamışdır. Bu yaş dövründən sonra elm tədris etmək üçün yaşadığı yeri tərk edərək səfərlər etmişdir. Atası Mübarək Bəni Hənzələdən olanbir tacirin köləsi olmuş Türk əsillidir. Lakin möminliyi ilə tanınmış, tez-tez özünə qapanaraq Allaha təklikdə ibadət edərdi.Şəcərət əl-Zəhəb və Vəfayat əl-Əyan kimi tarixi əsər və mənbələrdə ağasının tarlasında işləyərkənMübarək ilə bağlı baş vermiş maraqlı bir hadisədən bəhs olunur: “Artıq xeyli müddət həmin tarlada işləmiş, meyvə və əkinə qulluq işinə bələd olmuşdu. Bir gün sahibi ona yaxınlaşdı və şirin bir nar istədi. Mübarək əkin sahəsinə gedib nar dərib gətirdi, lakin narı dadarkən ağası bunun turş olduğunu hiss etdi və dedi: “Mən səndən şirin nar istəyirəm, sən isə mənə turş nar gətirirsən? Şirin nar gətir!’ O getdi və başqa bir nar gətirdi, lakin bu nar da turş çıxdı. Onu sərt bir şəkildə azarladı və yenə gətirməsini istədi. Üçüncü dəfə də eyni hal baş verdkdə sahibi: “Sən şirin və turş arasındakı fərqin nə olduğunu məgər bilmirsən?” Mübarək dedi: “Xeyr”. Sahibi soruşdu: “Necə yəni?” O dedi: “Axı mən bundan dadmamışam ki, fərqini də biləm”. Sahibi (təəccüblənərək) soruşdu: “Dadmamısan?!”Mübarək cavab verdi: ‘Çünki bundan yemək üçün səndən icazə almamışam”. Bu, onun atasının Allah qorxusu idi ki, tarlada işlədiyi illər boyu qulluq edərək qayğısına qaldığı meyvələri yeməkdən onu saxlamışdı – səbəbi isə bu idi ki, bunu yemək üçün icazə almamışdı, odur ki, Allaha itaət və Ondan həya edərək nəfsini saxlamışdı. Mübarəkin bu Allah qorxusuna şahid olan ağası ona öz qızı ilə evlənməyi təklif etmiş, lakin Mübarək ona belə cavab vermişdi: “Cəhalət dövrünün adamları qadınla onun nəsil-nəcabətinə görə, yəhudilər var-dövlətə görə, xristianlar gözəlliyə görə evlənərdilər, lakin bu Ümmət yalnız din-imana görə evlənir”. Mübarəkin bu cavabı sahibini daha da heyrətləndirmiş, bu barədə zövcəsinə bildirmişdi. Zövcəsi: “Mən qızımız üçün Mübarəkdən daha münasib olanını görmürəm” demişdi. Mübarək (Allah ona rəhmət etsin)daha sonra öz ağasının (Xarəzm vilayətindəndir) qızı ilə evlənmiş və ondan Abdullah adında oğlu dünyaya gəlmişdi. Beləcə, Abdullah ibn əl-Mübarək salehlik abu-havası hökm sürən bir ailədə böyümüş, təqvası, adilliyi və təvazökarlığı ilə tanınan valideynlərin himayəsində tərbiyə almışdır. Abdullah ibn əl-Mübarək ilk təhsilini küttab (uşaqlara oxuyub-yazmağı öyrədən mədrəsə) adlanan tədris ocağında almışdır. Hələ azyaşlı və şagird olduğu vaxtdan İbn əl-Mübarək iti zəka və güclü yaddaş nümayiş etdirməyə başlamışdı. Dostlarından biri, küttabda təhsil aldıqları zaman baş vermiş bir hadisədən danışır. O deyir: “Mən və İbn əl-Mübarək məktəb vaxtlarımızda gənc ikən (bir gün)xütbə verən bir nəfərin yanından keçirdik. Xütbə uzun çəkdi, (hər kəs) dağılışdıqdan sonra İbn əl-Mübarək mənə dedi : “Xütbəni əzbərlədim”. Bu zaman xütbə verən onun başının üstündə durmuşdu və dedi: ‘Bir söylə görüm”. Onda, İbn əl-Mübarək xütbəni başdan-ayağa təkrar danışdı və həqiqətən də o, xütbəni yadında saxlamışdı”.7 Atası ilə onun arasında baş vermiş digər bir hadisə əl-Mübarəkin təhsilə olan dərin sevgisini və onun güclü yaddaşa malik olduğunu bir daha göstərir. Onun təhsilə olan həvəsi ticarət işində atasına kömək etmək vəzifəsindən onu çəkindirirdi. Nueym ibn Həmməd rəvayət edir: ‘Mən İbn əl-Mübarəkin belə söylədiyini eşitdim: “Atam mənə dedi: “Kitablarını tapsam, hamısını yandıracam. Mən isə atama belə dedim: ‘Əgər bunlar mənim qəlbimdədirsə, bunu etməyin mənə nə zərər verə bilər? (yəni, o bu kitabları əzbərləmişdi”. Mənbələrə görə, İbn əl-Mübarək təhsil məqsədilə ilk dəfə Hicrətin 141-ci ilində Mərvi tərk etmişdir. Yəni, 23 yaşında ikən elm axtarışına başlamışdı. Gəncliyinin ilkin çağlarında onun başına gələnlərlə bağlı çox məlumat verilmir, lakin bəzi mənbələrə əsasən, təhsil və tədrisdən uzaqlaşaraq ətrafdakı gənclərin təsirinə düşmüş və vaxtı boşa getmişdir. Bununla belə, (Mərvi tərk etməsi və Kufədə məskunlaşmasının səbəblərini izah edərkən) özünün də söylədiyi kimi, bu, onun həyatında yaşanmış qısa bir mərhələ olmuşdur: “Mərvdə olanda elə bir məsələ yox idi ki, insanlar bu barədə məndən soruşmasınlar, yaxud: “İbn əl-Mübarəkdən soruş!” deməsinlər. Amma indi buradayam, bütün bunlardan (məsuliyyətdən)canım qurtardı”. Bununla belə ümumiyyətlə onun uşaqlıq illəri və elm əldə etmək üçün şəhəri tərk etdiyi vaxt müddəti arasındakı dövrlə bağlı çox az şey məlumdur. Hazırladı:Fərxiə Yəhya Tərcüməçi: Mehriban Əhmədova;Abuxadica Mənbə:Abdullah ibn əl-Mübarək, əl-İmam əl-Qudva, Muhəmməd Osman Camal