İddia
olunduğunun əksinə olaraq, ölkəmizdə başqa adı «əxilik» olan bu
cərəyanın kökləri bir neçə il öncəyə deyil, XII-XIII əsrlərə gedib çıxır. Sələfiliyin Azərbaycanda tarixi köklərinə dair tarixi mənbələri üzə çıxardıq. Azərbaycan
müstəqillik qazanandan sonra insanların sərbəst şəkildə dini
məlumatları əldə etmələri asanlaşdı. Təbii ki, Azərbaycanda dini
azadlıqlara qoyulan əsarətdən sonra sürətli şəkildə dini cərəyanların
Azərbaycana gəlməsi bu vaxta qədərki ənənəvi din-məzhəb-sekta-təriqət
kimi müxtəlif qavramlar da dilimizin aktiv sözləri sırasına əlavə
olundular. Və təbii ki, bu aktivlik dini həyatımızda da özünü
göstərməyə başladı. Yeni ibadətgahların tikilməsi ilə yanaşı dini
cərəyanlar və onlara münasibət də formalaşmağa başladı.
Xəbər verildiyi kimi, daxili işlər nazirinin müavini Oruc Zalov
televiziya vasitəsilə çıxış edərək bütün məscidlərin həyətində namaz
qılınmasına qadağa qoyulduğunu bildirib. O, nazirliyin bu qərarını
Şəhidlər Xiyabanının insanların istirahət məkanı olması və məsciddən
kənarda namaz qılmağın insanların istirahətinə maneçilik yaratması ilə
əsaslandırır.
«Azərbaycanda sabitliyi pozmaq üçün Əbu Bəkr məscidinə qumbara atılması başlanğıc idi». Bunu «Mediaforum» saytına Əbu Bəkr məscidinin imamı Qamət Süleyman deyib...